“Freedom House” hüquq müdafiə təşkilatı sayca dördüncü “İnternet azadlığı” hesabatını açıqlayıb. 60 ölkə əsasında hazırlanan hesabatda İslandiya, Estoniya, Almaniya, Birləşmiş Ştatlar, Avstraliya, Fransa, Yaponiya, Macarıstan, İtaliya, Birləşmiş Krallıq, Filippin, , Şimali Afrika, Argentina, Keniya, Ukrayna internet azadlığı olan ölkələr qrupundadır.
Azərbaycana qonşu olan ölkələrdən bu qrupa ancaq Gürcüstan və Ermənistan düşə bilib. Türkiyə 49 balla, Azərbaycan isə 53 balla interneti “qismən azad” olan ölkələr cərgəsindədir.
Maraqlıdır ki, ölkəmiz bu siyahıda Şimali Koreya, Qırğızıstan, Tunis, Hindistan, Banqaladeş kimi ölkələrdən geridə qalır.
Onu da əlavə edək ki, ötən ilin hesabatı ilə müqayisədə Azərbaycan 2 bal geriləyib. Rusiya 54 balla “qismən azad”, İran isə 91 balla interneti “azad olmayan” ölkələr qrupundadır.
Hesbatda qeyd olunur ki, internet Azərbaycanda informasiya paylaşımında platformaya çevrilə bilməyib və ənənəvi media vasitələrinə sərt dövlət nəzarəti olduğu qeyd olunur. şərh yaz
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?