GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Binədə etirazlar və həbslərdən sonra yola çınqıl döşədilər

Binədə etirazlar və həbslərdən sonra yola çınqıl döşədilər

Tarix: 11-11-2014, 23:35 Bölmə :Manşet Baxış: 0
Binədə etirazlar və həbslərdən sonra yola çınqıl döşədilər
Bakının Binə qəsəbəsində, “Sovxoz Binə” kimi tanınan yeni salınmış yaşayış massivində sakinlərin yağışdan sonra bataqlığa çevrilən yollara görə küçələrə çıxmasından sonra yerli hakimiyyət orqanları hərəkətə gəlib.

Virtualaz.org xəbər verir ki, Binə qəsəbə icra nümayəndəliyi Binə qəsəbəsinin mərkəzindən “Sovxoz Binə” massivinə qədər olan 1.5 kilometr yola çınqıl döşəyib. Bu barədə qəsəbə icra nümayəndəsi Tahir Əliyev “Kavkazskiy uzel” portalına bildirib.

Xəbər verildiyi kimi sakinlər noyabrın 8-də qəsəbə yollarının keçilməz vəziyyətinə və yerli icra hakimiyyəti orqanlarının bu problemə laqeydliyinə etiraz olaraq küçəyə çıxıblar və yolu kəsiblər. 2 minə yaxın qəsəbə sakininin qatıldığı etiraz aksiyasının yatırılması zamanı polislə qarşıdurma olub. Əlavə polis qüvvələrinin cəlb olunmasından sonra sakinlərin aksiyası sərt güc tətbiq olunmaqla dağıdılıb, həbslər aparılıb. Həbs olunanlardan 11 nəfəri 10-20 sutka inzibati həbs cəzası alıblar. Üç qəsəbə sakini isə polisə müqavimət ittihamı ilə 2 aylıq həbsə göndərilib. Onları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Qəsəbə icra nümayəndəsi deyib ki, yola çınqıl döşəndikdən sonra 160 saylı marşrutun xətti qəsəbənin içərilərinə doğru uzadılıb. “Bu, işlərin birinci mərhələsidir. İndi Nazirlər Kabineti tərəfindən yola asfalt döşənməsi üçün əlavə vəsaitin ayrılması məsələsinə baxılır” Tahir Əliyev bildirib. Onun sözlərinə görə, həmin yaşayış massivi kortəbii salınıb, keçmiş südçülük sovxozunun ərazisinin satılması nəticəsində “kənd rayonlarından gələnlər tərəfindən” qanunsuz olaraq evlər tikilib və qeyri-müəyyən statusa malik yaşayış massivi meydana çıxıb. Qəsəbə icra nümayəndəsinin dediyinə görə əslində həmin massiv Xəzər rayonunun ərazisinə daxildir və Binə qəsəbəsinin tərkibində deyil. “Bizim qəsəbədə 60 minə yaxın əhali var, öz problemlərimiz kifayət qədərdir. “Sovxoz Binə”də 10 minə yaxın adam məskunlaşıb, onların problemini bir saatın içində həll etmək olmaz” nümayəndə deyib.

Bəs həmin 10 min adam yerli icra hakimiyyəti orqanlarından xəbərsiz “Sovxoz Binə”də minlərlə evi necə tikib? Evləri tikmək üçün keçmiş sovxoz ərazilərini kim parça-parça edib onlara satıb? Yoxsa “Sovxoz Binə” adlanan statussuz, rəsmi adsız, küçələri qışda bataqlığa, yayda toz-torpağa bürünən yaşayış massivi “bir saatın içində”, yəni yağışdan sonra göbələk kimi meydana çıxıb? İcra nümayəndəsi bu sualların heç birinə aydınlıq gətirməyib.

İndi belə çıxır ki, həmin massivin sakinləri yola bir neçə maşın çınqıl döşənməsinə nail ola bilmək üçün azı 3 nəfəri 3-7 illik həbsə göndərməli olublar. O zaman sual yaranır: yeri icra hakimiyyəti orqanları yola asfalt döşəməyə pul tapmırdısa heç olmasa bir neçə maşın çınqıl tapıb bataqlığı doldura və beləliklə də toqquşma ilə müşaiyət olunan etirazın baş qaldırmasını önləyə bilməzdimi?

Təəsüf ki, əksər hallarda yerli məmurlar bu cür xırda problemlərin həlli üçün heç vaxt təşəbbüs göstərmirlər və nəticədə lokal sosial narazılıqlar, etirazlar böyüyür. Məsələn, bu günlərdə “Sovxoz Binə”nin aqibətini yaşayan, ancaq yeni deyil, təxminən 20 il əvvəl salınan başqa yaşayış massivinin, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsinin Samir Əliyev küçəsi, “A massivi”nin sakinləri də redaksiyamıza eyni məzmunlu şikayət göndərmişdilər. Onların şikayətlərindən məlum olurdu ki, uzun müddətdir öz vəsaitləri hesabına qismən işlək vəziyyətdə saxladıqları yolları “Azərsu”nun podratçı şirkətləri su boruları basdırmaq üçün darmadağın edib. Həmin vaxtdan dağılmış yolların bərpası üçün sakinlərin şikayət etmədiyi ünvan qalmayıb. Bu ilin yazında sakinlərin bir qrupu etiraz aksiyası da keçirib. Ancaq yerli məmurlar onlara vəd verməklə işlərini bitmiş hesab edirlər. Sakinlər isə etirazın və şikayətin daha hansı formasına əl atmaq barədə düşünürlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ittiham olunur

    ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ...

    23-09-2016, 01:20

  • 
  • Prokurora görə “Binə məhbusları”na hökm oxunmadı

    Prokurora görə “Binə məhbusları”na hökm oxunmadı ...

    19-08-2013, 11:54

  • 
  • "Binə" ticarət mərkəzinin sahibkarları etiraz edir

    "Binə" ticarət mərkəzinin sahibkarları ...

    25-12-2013, 15:26

  • 
  • Binə hava limanı bağlanır

    Binə hava limanı bağlanır ...

    27-11-2014, 20:00

  • 
  • Xəzər rayonunda özbaşınalıq hökm sürür - Təzə başçının nəzərinə...

    Xəzər rayonunda özbaşınalıq hökm sürür - Təzə ...

    15-02-2019, 14:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (71)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu