GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İctimai Palatadan hakimiyyətə sərt mesajlar

İctimai Palatadan hakimiyyətə sərt mesajlar

Tarix: 24-01-2013, 11:08 Bölmə :Manşet Baxış: 779
Mehman Əliyev:
“Artıq cəmiyyətdə indiki iqtidardan bezmək sindromu yaşanır və cəmyyətdə gərginlik güclənir”

İctimai Palatadan hakimiyyətə sərt mesajlar

İsa Qəmbər:
“20 ildir ki, iqtidarda olan Əliyevlər rejimi ölkəni yalan, zor və korrupsiya ilə idarə edir”
İctimai Palatadan hakimiyyətə sərt mesajlar

Əli Kərimli:
“Xalq birləşərək ölkəni bu kriminal iqtidardan xilas etməlidir və buna nail olmaq lazımdır”

İctimai Palatadan hakimiyyətə sərt mesajlar


Dünən Müsavat Partiyasının ofisində “Seçkiöncəsi durum və aqressiv iqtidar” mövzusunda dinləmələr keçirilib. Mövzu bu il yanvarın 13-də Müsavat Partiyası başqanı İsqa Qəmbər başda olmaqla, Lənkərana gedən nümayəndə heyətinə qarşı bur qrup insanın cinayət əməlindən sonra aktuallaşıb. Bu addım ölkədə və dünyada rezonans doğurub, iqtidarın əleyhinə işləyib. Bu addım həm də iqtidarın 2013-cü il prezident seçkilərini necə keçirəcəyinin anonsu sayılıb.
“Turan”ın direktoru Mehman Əliyev adı çəkilən hadisə ilə 2003-cü ilin prezident seçkiləri zamanı baş vermiş hadisələr arasında paralellər apararaq, törədilən hadisələrdə iqtidarın əli olmasının sübut olunduğunu deyib. Sadəcə 2003-cü ildə iqtidar bu zorakılıqları polisin əli ilə edirdi, 2013-cü il hadisəsində isə şərti “narazı vətəndaşlar”ın əli ilə edir. Amma dəst-xətt, mahiyyət eynidir. Həm də bu cinayət əməllərinin seçki ilində törədilməsi aparıcı siyasi müxalifəti və müxalifəti dəstəkləyəcək elektoratı seçkidə fəal iştirakdan çəkindirməkdir. Natiq bu təzyiqləri müxalifətin hakimiyyət iddialarını zəiflətmək istəyi kimi şərh edib. M.Əliyev baş vermiş cinayət əməlini sərbəst hərəkət, sərbəst toplaşmaq, ifadə azadlığı kimi hüquqların kobud şəkildə pozulması adlandırıb. Bir də fərq budur ki, 2003-cü ildə iqtidar zorakılıqlara seçkilərə 3 ay qalmış başalmışdısa, bu il 10 ay qalmış başlayıb.
2003-cü il seçkilərində İlham Əliyevin hakimiyyətə gəlməsində ABŞ, Türkiyə və Rusiyanın maraqlarının üst-üstə düşdüyü, indi isə tam fərqli beynəlxalq situasiya olduğu vurğulanıb. “Artıq cəmiyyətdə indiki iqtidardan bezmək sindromu yaşanır və cəmyyətdə gərginlik güclənir”, - deyə M.Əliyev cəmiyyətdaxili proseslərə toxunub. “Gülərgeyt”, BP ilə yaşanan problemlər, əsgər ölümlərinə etiraz aksiyası, 13 yanvar Müsavat başqanına sui-qəsd cəhdi, 19 yanvar “Binə olayları”, Avropa ilə yaşanan problemlər bu gərginliyin aşkarlanması kimi dəyərləndirilib. Eyni zamanda, iqtidar daxilində də gərgin vəziyyət yaşandığı nəzərə çatdırılıb. Vəziyyətin get-gedə daha da ciddiləşəcəyi xəbərdarlığı edilib. İqtidarın cəmiyyətə təzyiqlərinin, eləcə də cəmiyyətin iqtidarın təzyiqlərinə müqavimətinin artacağı xüsusi vuğulanıb. Hazırda sessiyası gedən AŞPA-nın Azərbaycana münasibətdə ortaya sərt mövqe sərgiləyəcəyi deyilib.
Müsavat başqanı İsa Qəmbər 20 ildir ki, iqtidarda olan Əliyevlər rejiminin ölkəni yalan, zor və korrupsiya ilə idarə etdiyini deyib. İqtidarın siyasi fəallığın qarşısını repressiyalarla aldığı, siyasi məhbusluğun bu iqtidarın atributuna döndüyü qeyd olunub. Məhz iqtidarın vətəndaşa belə münasibətinə görə ölkəni etiraz dalğasının bürüdüyü deyilib. Müsavat başqanı 19 yanvar “Binə olayları”nı xalq üsyanı modeli adlandırıb. Daha sonra Müsavat lideri yanvarın 27-də Lənkərana təkrar səfərə gedəcəyini deyib. Bu səfərə Lənkəran ziyalılarının, dindarların, cəmiyyət fəallarının dəvətilə getməyə hazırlaşdığını bildirib. İ.Qəmbər bir qrup insanın Lənkəran sakini adından bu səfərə etiraz müraciəti yaymasına baxmayaraq, bu səfərə gedəcəyini bəyan edib.
AXCP sədri Əli Kərimli iqtidarın fəal vətəndaş mövqeyi sərgiləyənlərə aqressivlik göstərməsinə “aqressiv iqtidar” mövqeyi ifadə edib. Onun fikrincə, iqtidar bilir ki, xalq içində dəstəyi yoxdur və hakimiyyətdə xof yaratmaqla qalmaq istəyir. AXCP sədri mövcud iqtidarı “qeyri-siyasi, kriminal ünsürlər” adlandırdı. Ölkənin bütün problemlərinin kökü olan bu iqtidardan xilas olması üçün bütün qüvvələrin birliyinin təmin olunması zərurəti nəzərə çatdırılıb. Xalq birləşərək ölkəni bu kriminal iqtidardan xilas etməlidir və buna nail olmaq lazımdır.
“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov görüşüblər

    İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov ...

    5-08-2013, 22:36

  • 
  • İsa Qəmbər Tiflisdə Nauman fondunun konfransında çıxış edib – (Fotolar)

    İsa Qəmbər Tiflisdə Nauman fondunun konfransında ...

    20-11-2013, 17:32

  • 
  • İsa Qəmbər benzin xəbərinə reaksiyası

    İsa Qəmbər benzin xəbərinə reaksiyası ...

    3-12-2013, 10:39

  • 
  • İsa Qəmbər Milli Şura ilə bağlı  açıqlama verdi

    İsa Qəmbər Milli Şura ilə bağlı açıqlama verdi ...

    28-05-2013, 23:29

  • 
  • Müsavat Partiyası Milli Şuranı tərk etdi

    Müsavat Partiyası Milli Şuranı tərk etdi ...

    7-01-2014, 12:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu