Müsavat Partiyası Milli Şuradan çıxıb. Bu barədə APA-ya Müsavat Partiyasından məlumat verilib.
Milli Şuradan çıxmaq barədə qərar partiyanın dünən keçirilmiş Divanında verilib.
Qərarda qeyd edilir ki, Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır.
Müsavat Partiyasının başqanı İsa Qəmbər faktı Musavat.com-a təsdiqləyib
Sorğu
Yeni dizaynımız necədir?