Azərbaycanda prezident İlham Əliyevi Qarabağ məsələsində güc variantına yönəltməyə cəhd edən siyasətçilər və hərbçilər az deyil.
Virtualaz.org xəbər verir ki, bu haqda yüksək rütbəli avropalı diplomat Ağdamda Ermənistan silahlı qüvvələrinin Mi-24 vertolyotunun Azərbaycan ordusu tərəfindən vurulmasını şərh edərkən bildirib. Diplomatın adı açıqlanmasa da onun Cənubi Qafqaz problemləri üzrə ixtisaslaşdığı qeyd olunur.
Diplomat bildirib: “Azərbaycanda prezident İlham Əliyevi güc variantına yönəltməyə cəhd edən hərbçilər və siyasətçilər az deyil. Onlar ümid edirlər ki, Bakının silahlı qüvvələri möhkəmləndirməyə yönələn neft milyardları qüvvələr balansını dəyşməyə imkan verib və 1990-cı illərin əvvəllərindəki məğlubiyyətə görə revanş əldə etmək olar”. Avropalı diplomatın fikrincə əgər hərbi əməliyyatlar bərpa olunsa bu, bütün region üçün dağıdıcı olacaq, o cümlədən Azərbaycanın neft sənayesi zərər çəkəcək. “Lakin hərbi məqsədlərə nail olmaq çox güman ki, mümkün olmayacaq. Nəticədə Azərbaycanda vəziyyət gərginləşəcək. Mənə elə gəlir ki, İlham Əliyev bunu başa düşür və gərginliyi azaltmaq üçün imkanlar tapacaq, təmas xəttindəki insidentlərin tammiqyaslı müharibəyə aparıb çıxarmasına imkan verməyəcək” diplomat bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?