Sudan XİN-nin yüksək vəzifəli nümayəndəsinin qızı İslam Xilafəti dövlətinin mücahidlərinə qoşulub.
Avropa.info xəbər verir ki, Sudan XİN-nin Ərəb ölkələri üzrə departament başçısı Əli Sadiqin qızı bu məqsədlə Suriyaya gedib. 18 yaşlı qızın bir dəstə özü kimi gənclə Türkiyə sərhədini keçdiyi bildirilir.
Bir neçə gün əvvəl məlumat yayılmışdı ki, 18 nəfərdən ibarət həkim qrupu sudanlı həkim Suriyaya keçib. Tibb təhsili alan Sudan diplomatının qızı da onların arasında oldu.
Diplomat Əli Sadiq qızı ilə əlaqə saxlamaq üçün hal-hazırda Türkiyədədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?