GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qanunsuzluqlarla bağlı nazir Kəmaləddin Heydərova müraciət olundu

Qanunsuzluqlarla bağlı nazir Kəmaləddin Heydərova müraciət olundu

Tarix: 13-11-2014, 12:46 Bölmə :Manşet Baxış: 0
"gundemxeber.az" saytının redaksiyasına kifayət qədər ciddi və təkzibolunmaz faktlarla zəngin şikayət məktubu daxil olub. Həmin məktubda şikayətçi Bakının böyük bir hissəsinin içməli su ilə təminatının təhlükə altında olduğunu iddia edir. "gundemxeber.az" olaraq həmin şikayətnaməni olduğu kimi təqdim edirik:

Qanunsuzluqlarla bağlı nazir Kəmaləddin Heydərova müraciət olundu

Hörmətli cənab nazir! Ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində qəti addımlar atılmış, güclü hüquqi baza yaradılmışdır. Tam əminliklə söyləmək olar ki, bu gün Azərbaycan dövləti bütün sahələrdə vətəndaşların hüquqlarının qorunmasına ən yüksək səviyyədə təminat verir. Lakin, təəssüflər olsun ki, bir çox məmurlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək bəzən qanunları tapdalamaqdan belə çəkinmirlər. Bu isə öz növbəsində vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunur.

Müxtəlif vasitələrlə öz məqsədlərini reallaşdırmağa çalışan, başqalarının qanuni hüquqlarını tapdalamaq hesabına qanunsuz əməllərini reallaşdırmaq istəyən şəxslərdən biri də vətəndaş Tamara Əliyevna Həmidovadır. Adı müxtəlif qanunsuz torpaq qalmaqallarında hallandırılan T. Həmidova artıq keçmiş əməllərini pərdələmək, iz itirmək məqsədi ilə soyadını, hətta övladının belə soyadını dəyişdirməkdən çəkinməyir. Belə ki, uzun müddət Tamara Əli qızı Həmidova kimi tanınan bu xanım qəflətən Tamara Əliyevna Həmidovaya, oğlu Ağarəhimov İlqar Ağarəhim oğlu isə Ağarəhimoviçə çevrilib. Bu “dəyişikliyin” isə səbəbi birdir: nəyin bahasına olursa olsun, öz qanunsuz əməllərini həyata keçirmək və əvvəlki cinayətlərini, haqqında çıxarılmış məhkəmə qətnamələrini pərdələmək məqsədinə nail olmaqdır.

Nəzərinizə çatdıraq ki, Həmidov Cəlal Əli oğlu qəyyumu Həmidova Tamara Əli qızı (Əliyevna) ilə birlikdə Bakı şəhəri, Çobanzadə küçəsi 30 C ünvanında Bakı şəhərinin şərq zonasını içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan magistral su kəmərlərinin üzərində qanunsuz olaraq fərdi yaşayış evi və digər tikililər inşa edib. Cinayət işi üzrə təyin edilmiş ekspertizalar üzrə 05 avqust 2014-cü il tarixli, 13667 nömrəli ekspert rəyinə və mütəxəssis araşdırması barədə 07 noyabr 2014-cü il tarixli 17-3/1473 saylı arayışa əsasən qeyd olunan fərdi yaşayış evinin digər tikililərin həqiqətən magistral su kəmərinin üzərində tikilməsi tam sübuta yetirilib.

Göstərilən fakt üzrə AR cinayət MƏCƏLLƏSİNİN 222-2.1-ci maddəsi ilə 140080036 nömrəli cinayət işi açılmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində Həmidova Tamara Əli qızı (Əliyevna), zərərçəkmiş şəxs qismində isə “Buxar” KM tanınmışdır.

Yuxarıda sadaladığımız faktlardan və təkzibolunmaz dəlillərdən də aydın olduğu kimi, Tamara Həmidova öz şəxsi maraqları naminə qanunlara məhəl qoymadan paytaxtın böyük bir qisminin su təchizatını təhlükə altında qoyur. T. Həmidova heç bir əsası olmadan dövlət tərəfindən ona fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış ərazidə deyil, AR Torpaq Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq tikinti aparılması qadağan olunan, mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədilə qısa müddətli istifadəsi mümkün olan ərazidə tikinti işləri aparmışdır. Beləliklə, Tamara Həmidova mühüm dövlət əhəmiyyəti kəsb edən magistral kəmərin üzərində tikinti aparmaqla kifayətlənməyərək qonşuluqda yerləşən “Buxar” KM-nin də ərazisini zəbt etmişdir.

Cənab nazir! Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, aparılmış bütün yoxlamalar, istintaq tədbirləri tamamilə vətəndaş Tamara Həmidovanın cinayətlərini ortaya çıxarıb. Lakin, indiyə qədər bu qanunsuzluqlara hələ ki, son qoyulmayıb. Aldığımız məlumatlara əsasən, FHN İstintaq İdarəsi və şəxsən Elçin Əsədov təkzibolunmaz faktlara baxmayaraq T.Həmidovanın cinayətkar əməllərini ört-basdır etməkdə yardımçı olur. Maraqlıdır ki, aparılmış bütün araşdırmalar, təhqiqatlar T. Həmidovanın cinayət əməlləri törətdiyini təsdiq etdiyi halda Elçin Əsədov hansı əsaslarla və yaxud hansısa maraqları naminə onu himayə edir? Əgər sabah paytaxtın böyük qismini su ilə təchiz edən magistral kəmərdə hər hansı qəza baş verərsə, adlarını çəkdiyimiz şəxslər bunun məsuliyyətini daşıyacaqlarmı? Hər halda Elçin Əsədov ilk növbədə qanunların aliliyini qoruma prinsiplərinə hörmətlə yanaşmalı, hər hansı maraqlarını deyil, dövlətin maraqlarını hər şeydən üstün tutmalıdır.

İnanırıq ki, şəxsən bu faktı nəzarətə götürəcək, günahkarların layiqli cəzalarını almasına yardımçı olacaqsınız.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şamaxı rayon sakini Baş prokuror Zakir Qaralova MÜRACİƏT ETDİ

    Şamaxı rayon sakini Baş prokuror Zakir Qaralova ...

    6-03-2017, 01:32

  • 
  •  “Azərsu” ASC-də 50 minlik “sülh sazişi”ndən sonra 50 minlik “müharibə” başlanır

     “Azərsu” ASC-də 50 minlik “sülh sazişi”ndən ...

    15-12-2014, 15:46

  • 
  • İnformasiya istehlakçılarının hüquqlarını qoruyacaq QHT yaradılıb

    İnformasiya istehlakçılarının hüquqlarını ...

    14-12-2016, 22:06

  • 
  • "Jalal-İ" tədris mərkəzinə qarşı CİNAYƏT İŞİ AÇILDI

    "Jalal-İ" tədris mərkəzinə qarşı ...

    6-08-2020, 14:45

  • 
  • Azərbaycanda Konstitusiya günüdür

    Azərbaycanda Konstitusiya günüdür ...

    12-11-2013, 00:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu