GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet »  “Azərsu” ASC-də 50 minlik “sülh sazişi”ndən sonra 50 minlik “müharibə” başlanır

 “Azərsu” ASC-də 50 minlik “sülh sazişi”ndən sonra 50 minlik “müharibə” başlanır

Tarix: 15-12-2014, 15:46 Bölmə :Manşet Baxış: 0
 “Azərsu” ASC-də 50 minlik “sülh sazişi”ndən sonra 50 minlik “müharibə” başlanır

İcraatda olan məhkəmə qərarları, Tamara Həmidovanın qanunsuz “razılaşmaları” nədənsə aidiyyatı dövlət qurumlarını “hərəkətsiz” vəziyyətə salıb.

Paytaxtın böyük hissəsinin su təchizatını təhlükə altında qoyan tikili illərdir ki, “Çin səddi” kimi bütün qanunlara və dövlət qurumlarına meydan oxuyur. Tamara Həmidovanın qanunsuz “razılaşmaları” nədənsə bir çox dövlət qurumlarını “hərəkətsiz” vəziyyətə salıb. Magistral su kəmərinin üzərində yerləşən bu “tilsimli” tikili haqqında ölkənin ən ali hüquqi instansiyalarının qərar və qətnamələri olduğu halda heç kim “cürət” edib verilən qərarları icra edə bilmir.

Uzun illər ərzində Azərbaycanda bir çox sahələrdə “xüsusi imtiyazlar” qazanan, həmin sahənin şəriksiz sahibinə çevrilən qruplaşmalar fəaliyyət göstərir. Bir çox hallarda yüksək səviyyədə himayə olunan belə qruplaşmalar və yaxud şəxslər heç bir qanuna məhəl qoymadan öz əməllərini davam etdirirlər. Digər vətəndaşların hüquqlarının tapdanması hesabına özlərinin dəbdəbəli həyat tərzini təmin edənlər üçün açılmayan qapı, aşılmayan sədd yoxdur. Çünki, müxtəlif vasitələrlə özlərinə ən yüksək səviyyədə himayədarlar tapan belələri “toxunulmaz” statusu qazanıblar.
Öz məqsədlərini reallaşdırmağa çalışan, başqalarının qanuni hüquqlarını tapdalamaq hesabına qanunsuz əməllərini reallaşdırmaq istəyən şəxslərdən biri də vətəndaş Tamara Əliyevna Həmidovadır. Adı müxtəlif qanunsuz torpaq qalmaqallarında hallandırılan T. Həmidova artıq keçmiş əməllərini pərdələmək, iz itirmək məqsədi ilə soyadını, hətta övladının belə soyadını dəyişdirməkdən çəkinməyir. Belə ki, uzun müddət Tamara Əli qızı Həmidova kimi tanınan bu xanım qəflətən Tamara Əliyevna Həmidovaya, oğlu Ağarəhimov İlqar Ağarəhim oğlu isə Ağarəhimoviçə çevrilib. Bu “dəyişikliyin” isə səbəbi birdir: nəyin bahasına olursa olsun, öz qanunsuz əməllərini həyata keçirmək və əvvəlki cinayətlərini, haqqında çıxarılmış məhkəmə qətnamələrini pərdələmək məqsədinə nail olmaqdır.

Nəzərinizə çatdıraq ki, Həmidov Cəlal Əli oğlu qəyyumu Həmidova Tamara Əli qızı (Əliyevna) ilə birlikdə Bakı şəhəri, Çobanzadə küçəsi 30 C ünvanında Bakı şəhərinin şərq zonasını içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan magistral su kəmərlərinin üzərində qanunsuz olaraq fərdi yaşayış evi və digər tikililər inşa edib. Cinayət işi üzrə təyin edilmiş ekspertizalar üzrə 05 avqust 2014-cü il tarixli, 13667 nömrəli ekspert rəyinə və mütəxəssis araşdırması barədə 07 noyabr 2014-cü il tarixli 17-3/1473 saylı arayışa əsasən qeyd olunan fərdi yaşayış evinin digər tikililərin həqiqətən magistral su kəmərinin üzərində tikilməsi tam sübuta yetirilib.

Göstərilən fakt üzrə AR cinayət MƏCƏLLƏSİNİN 222-2.1-ci maddəsi ilə 140080036 nömrəli cinayət işi açılmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində Həmidova Tamara Əli qızı (Əliyevna), zərərçəkmiş şəxs qismində isə “Buxar” KM tanınmışdır.

Yuxarıda sadaladığımız faktlardan və təkzibolunmaz dəlillərdən də aydın olduğu kimi, Tamara Həmidova öz şəxsi maraqları naminə qanunlara məhəl qoymadan paytaxtın böyük bir qisminin su təchizatını təhlükə altında qoyur. T. Həmidova heç bir əsası olmadan dövlət tərəfindən ona fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış ərazidə deyil, AR Torpaq Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq tikinti aparılması qadağan olunan, mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədilə qısa müddətli istifadəsi mümkün olan ərazidə tikinti işləri aparmışdır. Beləliklə, Tamara Həmidova mühüm dövlət əhəmiyyəti kəsb edən magistral kəmərin üzərində tikinti aparmaqla kifayətlənməyərək qonşuluqda yerləşən “Buxar” KM-nin də ərazisini zəbt etmişdir.

Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, aparılmış bütün yoxlamalar, istintaq tədbirləri tamamilə vətəndaş Tamara Həmidovanın cinayətlərini ortaya çıxarıb. Lakin, indiyə qədər bu qanunsuzluqlara hələ ki, son qoyulmayıb. Aldığımız məlumatlara əsasən, FHN İstintaq İdarəsi və şəxsən Elçin Əsədov təkzibolunmaz faktlara baxmayaraq T.Həmidovanın cinayətkar əməllərini ört-basdır etməkdə yardımçı olur. Maraqlıdır ki, aparılmış bütün araşdırmalar, təhqiqatlar T. Həmidovanın cinayət əməlləri törətdiyini təsdiq etdiyi halda Elçin Əsədov hansı əsaslarla və yaxud hansısa maraqları naminə onu himayə edir? Əgər sabah paytaxtın böyük qismini su ilə təchiz edən magistral kəmərdə hər hansı qəza baş verərsə, adlarını çəkdiyimiz şəxslər bunun məsuliyyətini daşıyacaqlarmı? Hər halda Elçin Əsədov ilk növbədə qanunların aliliyini qoruma prinsiplərinə hörmətlə yanaşmalı, hər hansı maraqlarını deyil, dövlətin maraqlarını hər şeydən üstün tutmalıdır.
Əldə etdiyimiz faktlara əsasən, Tamara Həmidova törətdiyi əməlləri ört-basdır etmək üçün himayədarlardan ibarət daha geniş şəbəkə formalaşdırmağa müvəffəq olmuşdur. Belə ki, Elçin Həmidovun həyat yoldaşı, eyni zamanda T. Həmidova ilə yaxın rəfiqəlik münasibətlərinə malik olan və hakim vəzifəsində çalışan Tahirə Əsədova da bu “şəbəkəyə” daxildir. Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Tahirə Əsədova bütün vasitələrlə rəfiqəsi Tamara Həmidovanı müdafiə etməklə məşğuldur. Bunun nəticəsidir ki, edilən çoxsaylı müraciətlərə, şikayət ərizələrinə baxmayaraq hələ də Tamara Həmidovaya “gözün üstə qaşın var” deyən tapılmır.
Təsadüfi deyil ki, “Buxar” KM-nin rəhbəri Oqtay Əliyev ölkənin demək olar ki, bütün hüquqi instansiyalara müraciət etməsinə baxmayaraq heç bir tədbir görülməyib. Sanki, Tamara Həmidova heç bir günah sahibi deyil və etdiyi bütün əməllər tamamilə qanunauyğundur. Oqtay Əliyevin 18 noyabr 2014-cü il tarixində Baş Prokurorluğa ünvanladığı müraciətdə T. Həmidovanın bütün qanunsuz əməlləri faktlarla göstərilmişdir. Baş Prokurorun müavini Rüstəm Usubov göstərilən faktların araşdırılması və qanuni tədbirlərin görülməsi üçün 04 noyabr 2014-cü ildə FHN İstintaq İdarəsinə göndərib. Lakin, iş yuxarıda qeyd etdiyimiz kimi Elçin Əsədov tərəfindən “unudulmuş”, heç bir tədbir görülməmişdir.
Paytaxtın böyük hissəsinin su təchizatını təhlükə altında qoyan tikili illərdir ki, “Çin səddi” kimi bütün qanunlara və dövlət qurumlarına meydan oxuyur. Tamara Həmidovanın qanunsuz “razılaşmaları” nədənsə bir çox dövlət qurumlarını “hərəkətsiz” vəziyyətə salıb. Magistral su kəmərinin üzərində yerləşən bu “tilsimli” tikili haqqında ölkənin ən ali hüquqi instansiyalarının qərar və qətnamələri olduğu halda heç kim “cürət” edib verilən qərarları icra edə bilmir.
Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Burcayev İmran Ramazan oğlunun sədrliyi ilə 17 yanvar 2013-cü il tarixində keçirilən açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət edib:
“Həmidov Cəlal Əli oğlu və onun qəyyumu Həmidova Tamara Əli qızı tərəfindən Bakı şəhərini içməli su ilə təchiz edən magistral su kəmərinin yanında və sanitar mühafizə zonasında, yəni Bakı şəhəri, Çobanzadə küçəsi 30C ünvanında inşa edilmiş tikililər, o cümlədən, ümumi sahəsi 105 kv.m olan fərdi yaşayış evi sökülsün.
Göstərilən ərazidə magistral su kəmərinin sanitar mühafizə rejimi təmin edilsin.”
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər İlham Qoşunəli oğlu Əsədov, Azad Nizam oğlu İmanov və Aygün Abdulla qızı Abdullayevadan ibarət tərkibdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il Tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq qət etmişdir:
“Apelyasiya şikayəti təmin edilməsin.
Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın”.
Lakin qəbul edilən qətnamələrdən “razı qalmayan” Tamara Həmidova kassasiya şikayətləri verməkdən yorulmur. Hər vasitə ilə öz məqsədlərinə nail olmağı sevən bu xanım yenə də qanunsuz əməllərinə hüquqi don geyindirmək üçün çalışır. Lakin, onun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2014-cü tarixli qətnaməsindən etdiyi kassasiya şikayəti də istənilən nəticəni vermir.
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 08 oktyabr 2014-cü il tarixli iclasında hakimlər Quliyev Gündüz Ağababa oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərara alır:
“ Həmidova Tamara Əli qızının kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.”
Tamara Həmidova Çobanzadə küçəsi 30C ünvanında tikdirdiyi qanunsuz tikilini mühafizə etməkdən ötrü bütün yolları sınaqdan keçirir. Təbii ki, bu işdə ona yuxarıda qeyd etdiyimiz kimi yardım edən çoxsaylı qüvvələr də az rol oynamayıblar. Paytaxtın su təchizatına bilavasitə cavabdeh olan “Azərsu” ASC rəhbərliyində də Tamara Həmidovanı “mühafizə” edənlər tapılıb. Baxmayaraq ki, həmin şəxslərin borcu ilk öncə magistral su kəmərinin təhlükəsizliyini mühafizə etməkdən ibarətdir. Lakin, Tamara Həmidovanın “səxavətindən” imtina edə bilməyən səlahiyyət sahibləri sonda onunla “barışıq müqaviləsi” imzalamağa qərar verirlər. Əldə etdiyimiz məlumatlara əsasən, “dəyəri” 50 min manat təşkil edən bu “barışıq müqaviləsinin” imzalanmasında “Azərsu” ASC-nin səlahiyyət sahibi olan Məmmədov Famil Mehman oğlunun vasitəçiliyi xüsusi rol oynayıb. Bilavasitə onun iştirakı ilə 19 aprel 2013-cü ildə baş tutan “böyük sülh sazişi”ni “Azərsu” ASC-nin adından Cəmiyyətin sədrinin birinci müavini Teyyub Cabbarov və Tamara Həmidova imzalayıblar. Qeyd etdiyimiz kimi, “50 minlik sülh sazişi”nin şərtlərinə əsasən 1-ci tərəf (“Azərsu” ASC) müxtəlif məhkəmə instansiyalarına verdiyi şikayətlərdən imtina edir və 2-ci tərəfin (Tamara Həmidova) mübahisəli ərazidə “su kəmərlərindən azı beş metr kənarda” tikinti işləri aparmasına etiraz etmir. Göründüyü kimi, paytaxtın su təchizatını böyük təhlükə altına almaq bahasına da olsa, “Azərsu” ASC Tamara Həmidova ilə “barışmağa” qərar verir. Lakin, sonraki bütün məhkəmə proseslərinin hamısı T. Həmidovanın əleyhinə qərar qəbul etdiyi üçün tərəflər arasındakı “sülh sazişi” pozulub. Əldə etdiyimiz məlumatlara əsasən, saziş qüvvədən düşən kimi tərəflər “mehriban düşmənlərə” çevriliblər. İndi Tamara Həmidova “Azərsu”-da “batırdığı” 50 min manatın davasını edir. Necə deyərlər, “50 minlik sülhdən” sonra “50 minlik müharibə” başlanır.
Lakin, davam edən məhkəmə prosesləri, çıxarılan bütün qətnamələr hələ ki, kağız üzərindəcə qalır. Maraqlıdır ki, ölkənin ali məhkəmə orqanlarının qəbul etdiyi qətnamələrin icrasına mane olan qüvvələr nə üçün hələ də cəzasız qalıblar? Onsuz da bərbad durumda olan paytaxtın su təchizatına yaradılan bu böyük təhlükəni görməməzlikdən gəlməyə səbəb nədir? Sabah Bakının böyük bir qisminin su təchizatı Tamara Həmidovanın “şıltaqlığına” qurban gedərsə kimlər məsuliyyət daşıyacaq?
Hələ ki, bütün bu suallar icra olunmayan məhkəmə qətnamələri kimi cavabsız qalır. Yəqin ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi tezliklə bütün bu suallara hüquqi cavab verəcəklər. Əks təqdirdə baş verəcək hər hansı böyük faciədən sonra heç kim “sudan quru çıxmağı” yəqin ki, bacarmayacaq!

Rəşad Hüseynov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qanunsuzluqlarla bağlı nazir Kəmaləddin Heydərova müraciət olundu

    Qanunsuzluqlarla bağlı nazir Kəmaləddin Heydərova ...

    13-11-2014, 12:46

  • 
  • Səbaildə torpaq maxinasiyaları araşdırılır

    Səbaildə torpaq maxinasiyaları araşdırılır ...

    25-04-2014, 11:44

  • 
  • Bir müqavilənin tarixçəsi və ya saxtakarlığa meydan açanlar

    Bir müqavilənin tarixçəsi və ya saxtakarlığa ...

    18-04-2015, 23:15

  • 
  • Mütəşəkkil cinayətkar qrup iş başında

    Mütəşəkkil cinayətkar qrup iş başında ...

    18-04-2014, 10:59

  • 
  • Hacıbala Abutalıbovun “partlayan” qanunsuz torpaq qərarları - Daha bir TƏHLÜKƏ ANONSU...

    Hacıbala Abutalıbovun “partlayan” qanunsuz torpaq ...

    28-10-2022, 14:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu