Yeni başqan Napaleonun məşhur deyimini də dəyişdirdi...
Müsavat Partiyasının başqanı Arif Hacılı partiyada narazı qrupun ötən gün yayımladığı bəyanata münasibət bildirib.
Azvision.az xəbər verir ki, partiya başqanı narazı kəsimə müraciətində bildirib ki, onları bir neçə dəfə görüşə dəvət etsə də dəvətini qəbul edən olmayıb: “Müsavat üzvlərinə qovğa açmaq niyyətində deyiləm. Üzərimə müharibə ilə gələn müsavatçıları da sülhlə qarşılayacağam. Napaleonun məşhur deyimini mən belə dəyişdirirəm: "Müharibə istəyənlər onu almayacaqlar". Öz tərəfimdən körpüləri yandırmamışam. Kimin mənə nə sözü varsa gəlsin, görüşsün, sözünü desin,iradını bildirsin. Açıq qapını sındırmağa nə ehtiyac var?! Qubad İbadoğluna 3 dəfə - özü də müəyyən saatda yox, gün ərzində görüşməyi təklif etmişəm. Bir dəfə xaricdə, iki dəfə isə daha vacib işləri olduğu üçün gələ bilməyib”.
A.Hacılı vurğulayıb ki, bəyanatı imzalayanlar siyahısında adı olanlardan bəziləri ilə görüşüb, bəzilərini şəxsən görüşə dəvət edib: “Bəziləri hətta Divanın qərarı ilə bizimlə görüşməkdən rəsmi imtina edib. Siyahıda fədakar patriya üzvləri ilə yanaşı Müsavatda aylarla,hətta illərlə görünməyən, indi bu siyahıda elan etdikləri vəzifələrə aid funksiyaları uzun müddət yerinə yetirməyənlərin də adları var. Onların illərlə cəmiyyətdə baş verən dəhşətlərə susqunluqla yanaşdıqları halda indi yox yerdən problem uydurub,qətiyyətlə üzərimizə gəlmələrinin motivləri mənə məlum deyil. Bununla belə, onlarla da görüşüb mövqelərini dinləməyə hazıram”.
Görüşə hazır olduğunu qeyd edən partiya sədri narazı kəsimi bəyantlarla danışmamağa çağırıb: “Bir dəfə demişəm, yenə təkrar edirəm. Mənim mühafizəçilərim və normalaşdırılmış qəbul saatlarım yoxdur. Sözünüz varsa, gəlin sözünüzü deyin. Bizimlə televiziya kanalları, bəyanatlar vasitəsi ilə danışmayın”.
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılıdan narazı qrupun dünən yaydığı bəyanatda qeyd olunur ki, partiyadaxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, partiya üzvlüyündən çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpa olunması üçün konkret addımlar atılsın və partiyada ikitirəliyə, bölüşdürücülüyə şərait yaradan və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?