Ailəsi noyabrın 3-də Naxçıvanda həbs olunan AXCP fəalı Hicran Qasımovun taleyindən narahatdır. Həbs olunandan sonra ailəsinin onunla görüşməsinə və əlaqə saxlamasına imkan yaradılmır, onun həbsinin səbəbləri haqda ailəyə dəqiq məlumat verilmir.
Bu barədə Moderator.az-a Hicran Qasımovun yaxınları məlumat verib.
H. Qasımovun ailəsi deyib ki, Naxçıvan DİN-ə müraciət etsələr də, onlara “görüş verə bilmərik ”- cavabı verilib.
“Görüş vermirlər. Ona işgəncə verilib və düşünürük ki, vəziyyəti ağır olduğu üçün bizimlə görüşdürmürlər. Ona müstəqil şəkildə vəkil də tapa bilmirik. Dediklərinə görə vəkil təyin ediblər. Onların verdikləri vəkil isə Hicranla və bizimlə heç bir əlaqə saxlamır. Onun taleyindən ciddi narahatıq ”.
Qeyd edək ki, 52 yaşlı Hicran Qasımov 1990-cı illərdən AXCP-nin üzvüdür. O, noyabrın 3-dən yoxa çıxıb. Yalnız 5 gün sonra evlərinə zəng vurub, onun saxlandığını bildiriblər. Ailəsinə deyiblər ki, onunla bağlı DİN-də cinayət işi açılıb. Bildirilib ki, 3 gün öncə məhkəmə keçirilib və Hicran Qasımova 3 aylıq həbs qətimkan tədbiri seçilib.
.AXCP MR Təşkilatının sədri Yaşar Bağırsoy və ailəsi onun həbsinin siyasi olduğunu, son prezident seçkisində fəallıq etdiyini və həbsindən əvvəl izləndiyini bildiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?