AXCP fəalı Mirfeyzulla Seyidova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (küllü miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb.
Mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib və oradan Kürdəxanı təcridxanasına etap edilib. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bildirib.
“Hələ M.Seyidovla görüşə bilməmişəm. Hələ ittihamın mahiyyəti ilə bağlı da məlumatım yoxdur. Ancaq onu bilirəm ki, istintaqı Daxili İşlər Nazirliyinin BaşMütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır”, o qeyd edib.
Vəkil həbsdən apellyasiya şikayəti verməyə hazırlaşır.
O, M.Seyidovun səhhətində ciddi problemlərin olduğunu deyib.
“Ailəsi onun şəkərli diabet və böyrək xəstəliyindən əziyət çəkdiyini bildirir. Seyidov müntəzəm dializ prosedurundan keçir və mayın 11-də növbəti prosedur olmalıdır”, vəkil qeyd edib.
M.Seyidov 1980-cı illərin əvvəli və 1990-cı illərin sonlarında milli-demokratik hərəkatın fəal iştirakçısı olub.
O, son həftə qanunsuz narkotik maddə dövriyyəsi ilə ittiham olunaraq həbs edilən ikinci AXCP fəalıdır.
Bundan öncə mayın 6-da AXCP fəalı Orxan Baxışlı həmin ittihamla həbs edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?