GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İlham Rəhimovun Qubada "İşğalçı" Maraqları

İlham Rəhimovun Qubada "İşğalçı" Maraqları

Tarix: 25-11-2014, 21:48 Bölmə :Manşet Baxış: 0
İlham Rəhimovun Qubada "İşğalçı" Maraqları

Rusiya bazarlarında at oynadan olqarx, nə Azərbaycan qanunlarına, nə də mənəvi dəyərlərə məhəl qoymur

Moskvanın böyük "bazarkomlarından" olan və azərbaycanlı bazar əhlinin qəniminə çevrilırək, oliqarxa çevrilən İlham Rəhimov öz pullarına arxayın olub, indi də Quba rayonuna tamah salıb.

Quba sakinləri bildirir ki, Ilham Rəhimovun Qubadakı özbaşınalıqları ucbatından yerli camaatda narazılıq baş qaldırıb. Oliqarxın adamları zorla, adamlara hədə-qorxu gələrək torpaqlar zəbt edib, insanların şəxsi mülkiyyətinə sahib olmaq istəyir. Qubalılar deyir ki, Ilham Rəhimov Rusiyada öyrəndiyi “bespredel” davranışlarını Azərbaycanda da işə salır.

Aldığımız şikayət üzərinə Qubada apardığımız araşdırma nıticəsində məlum oldu ki, Rəhimovun özbaşına hərəkətləri Qubada ciddi narazılığa səbıb olub.

Yersiz gəldi, yerli qaç

İlham Rəhimovun zorbalıq prinsipinin mahiyyəti məhz bundan ibarətdir. Villasının yaxınlığındakı, başqalarının, üstündə tikili olmayan və başqalarının halal torpağına, yaşıllaşdırılan bir sahəyə göz qoyub. Özü də təsadüfə baxın ki, özünə məxsus kənd təsərrüfatı təyinatlı torpağı hansı yollasa təyinatını dəyişərək, ağacları qıraraq tikililərlə doldurduğu ərazidən fərqli olaraq, bağ ərazisi kimi saxlanılan qonşunun torpağına gözü düşüb. Araşdırma zamanı öyrəndik ki, heç bir meşə və yaxud başqa kateqoriya torpağına aid deyil, 1 santimetr və 1 ağac belə dövlət mülkiyyət sənədindən kənara çıxmır və elə İ.Rəhimovun ərazisinə aid nə sənədi varsa, bu torpağın da var.

Bu sahə qanuni icarə əsasında Azərbaycan Qərb Universitetinə məxsusdur. Baxmayaraq ki, bəziləri əsassız yerə bu yerin meşə fonduna aid olduğunu və zəbt edildiyini söyləyir. Amma sənədlərdən öyrəndik ki, icarə əsasında Universitetin İnsan İnkişafı İnstitutu (Təhsil Naziri işləmiş mərhum L.Rəsulova da istefasından sonra bu institutun direktoru olub) bu sahədə eksperimental bağçılıq sahəsi yaradıb, meşə zolağını da elə bu insanlar öz özəl ərazilərində yolun səsini, qonşuları eşitməmək, görməmək üçün son 15-16 ildə minlərlə ağac əkərək salıblar. Birisi öz ərazisində qonşuları eşitməmək, görməmək üçün yaşıl zolaq yaradır, birisi də deyir ki, mən səni, sənin yaşıl zolağını da görmək istəyirəm. Bu nə ədəbsizlikdir?

Burada müxtəlif cür ağac və bitki növlərinin şəraitə davamlılıq məziyyətləri öyrənilir, müxtəlif təsərrüfat fəaliyyətlərinin effektivlik dərəcəsi müəyyən edilir, yerli şəraitlə uyğunlaşdırılmış növlər yetişdirilir. ( Bizə göstərilən sənədlərdən görünür ki, bu ərazi əvvəllər sovxoz mülkiyyətində olub və kənd təsərrüfatı təyinatlıdır, sonralar pay torpaqları kimi əhaliyə paylanıb və ərazi halallıq prinsipləri qorunaraq (yerli əhali də bunu təsdiq edir) qanuni qaydada payçılardan satın alınıb.) Onu da deyək ki, hazırda bu ətrafda yalnız bu sahənin kənd təsərrüfatı təyinatı qorunub saxlanılır. Hədsiz sayda ağac əkilib, çay kənarında (çayın sahili yumasının qarşısını almaq üçün) və digər özəl sahələrdə zəhmət bahasına son 18 ildə meşə zolağı yaradılıb.

Deməli, İlham Rəhimovun bu torpaqlara da göz qoyması əbəs deyilmiş. Bu məqsədlə də o, gözünü doydurmaq üçün adamlarına fit verib ki, başlayın zəbtə. Dəxli yoxdur, zorla-xoşla, nə yolla olur-olsun. Beləliklə də “hüquqşunas” Rəhimovun başqasının mülkiyyətini zəbt etmək əməliyyatı başlayıb. O əvvəlcə adamları hasara alınmış özəl mülkiyyətin hasarlarını söküb, sonra qəsdən villasının çirkab sularını bu sahəyə yönəldib, dayanmayıb, üstəlik özgəsinin yerinə balkon da çıxarıb. (Qeyd edək ki, gördüyümüz sənədlərdə Azərbaycanda bu insanın qanunsuz əməllərinin qanuni yolla qarşısının alınmasına çalışılıb. Yerli polis hasar sökənləri yaxalayıb, özgə mülkiyyətinə zərər vurduqlarına görə cinayət işi qaldırılıb, cərimə edilib. Sonradan isə Universitet humanistlik göstərərək hasar sökən şəxsləri, öz təqsirlərini etiraf etdiklərinə görə bağışlayıb .)

Amma nə biləydilər ki, Rəhimovun özbaşınalığının, zorba əməllərinin həddi-hüdudu yoxdu. Yaşadığı qonşu ölkədə öyrəndiyi “bespredel” işə düşüb. Yenə başqasının hasarlarının özbaşına sökülməsi davam etdirilib. Məgər hüquq təhsilli Rəhimov bilmir ki, özgəsinin mülkiyyətinə müdaxilə edib, zərər vurmaq cinayətdir? Necə hüquq proffessorudur, necə ziyalıdır? Deməli, bu adlar və titullar maskadır, hər dəfə geyinilir və çıxarılır. Yəni Rəhimov deyir ki, mən yersiz gəldim, sən yerli qaç.

Özgə mülkiyyətinə hücumun məqsədi nədir?

Hər halda bu bir xislətdir. Bəlkə milyonçu xisləti, bəlkə adi xəstəlik. Mənəviyyat xəstəliyi də demək olar buna. Adi qonşuluq qaydalarını ayaq altına ataraq qonşunun mülkünə hücum edirsən, 15 il duran hasarı qonşu ilə razılaşmadan belə uçurursan, sənə sənəd təqdim olunur. Polis gəlib adamlarını həbs edir, xuliqanlığa görə üzr istəyirsən. Hətta dağıdılan hasarı öz hesabına bərpa etməyi təklif edirsən, (mülk sahibləri bundan imtina edərək hər şeyi özləri bərpa edib) sonra bilə-bilə ki, bu heç bir meşə torpağı, zəbt olunmuş ərazi və ya daha nəsə deyil, qanuni mülkdür (tutaq ki, bu məqama qədər bunu bilmirdin) yenidən çirkli, yalan üzərində qurulan murdar kampaniyaya başlayırsan. İyrənc iş bu deyil, bəs nədir?

Suçlu ola-ola qarşındakının, özəl mülkiyyətinə heç bir prinsipə məhəl qoymadan cinayətkarlıqla müdaxilə etdiyin insanların əleyhinə kampaniya aparmaqda məqsədin nədir? Belə çıxır ki, yerli çıxıb getməlidir yersiz gəlir? Yoxsa evin sahibi deməlidir ki, yaxşı mənim hasarlarımı sök, pəncərələr aç, balkonlar çıxar, çirkab suları axıt. Təki sən razı qal. Bu hansı kitaba sığır? Bu necə qonşuluğa başlamaqdır? Özgə mülkiyyətinə bu cür hücum etməyin məqsədi nədir? Halallıq, məhrəmlik prpnsiplərini necə pozmaq olar? Və bu kəs özünə hüquqşunas, zəngin ziyalı deyir?

Belə anlamaq olar ki, bu kəsin psixi problemləri var. Azərbaycanda qonşular arasında məhrəmliyi qorumaq, özgə həyətinə, evinə soxulmaq nədir, baxmaq belə ayıbdır, böyük ayıb. Əgər mənzərəli böyük ərazi istəyirsən, pulunu ver, elə bir yer seç al ki, səni qane etsin. Aldığın yer səni qane etmirsə, öz ərazində meyvə ağaclarını qırmısansa, başqasının hesabına məhrəmlik, qonşuluq, özəl mülkiyyət hüquqlarına hörmət qaydalarını pozaraq özünü quldur kimi aparmaq nə deməkdir? Dəfələrlə özgə həyətinə hasarı aşaraq daxil olmaq və orada ağacları zədələmək, tikililəri dağıtmaq hansı ölçüyə sığır?

Hər şey bir tərəfə, bu Moskva bazarlarının "bespredel xozeyni" əl atdığı çirkin yollarla nəyə nail olmaq istəyir? Yerli sakinlər deyir ki, 1996-cı illərin əvvəllinədək bağ yerləri olmuş, indi dəbdəbəli villaların göbələk kimi çoxalmağa başladığı Qəçrəş kəndinə doğru yolun sağında və solundakı ərazilərdə bir dənə də ağac qalmamışdı. Ən bahalı və necə deyərlər “prestijli” də elə bu yerlər idi. Qudyalçayına daha yaxın, dərənin altında daha rütubətli ərazilər o qədər də maraqlı görünmədi villa tikənlərə. Qərb universitetinin tapşırığı ilə elə həmin illərdə burada bir neçə pay torpağı sahiblərindən halallıqla satın alınıb. İlham Rəhimovlardan fərqli Universitet torpağın təyinatını min bir fırıldaqla dəyişməyib, elə kənd təsərrüfatı üçün istifadə etmək qərarına gəlib, gözəl eksperimental bağlar salıb ki, 10 ildən sonra məhsul verməyə başlayacaq. Univerisitet buradan gəlir götürmür, olan meyvəni də nəzdindəki məktəbə, uşaqlar üçün təhvil verir. Sıx, yaşıl meşə zolaqları salınıb ərazidə, daha nəhəng villalar tikılməyib. Mövcud, çiy kərpicdən olan bir mərtəbəli binanı təmir edib istifadə edir. At tövləsini təmir edib istifadə edir. Rütubətli olması insanlara xeyrli olmasa da, ağaclara düşərli olub bu yerin şəraiti. İndi bu İlham Rəhimov qonşuluğa gəlib kimin qoruyub saxladığına gözü düşüb?

Ərazidə heç bir kənd, yaşayış olmayıb villalara qədər, yəni mal-qara saxlayan da olmayıb, indi də yoxdur. Olsa da özəl mülk sahibi özü bilər, hansı qanuni fəaliyyət göstərir. Mal saxlamaq istəyirsə, İlham Rəhimov müvafiq yer tapsın, alsın, istəsə lap fil saxlasın. Bunun buradakı halal insanlara nə dəxli?

Təbii ki, bu halda suallarımızın cavabı birmənalıdır. Özbaşınalıq, Quba camaatına bilərəkdən və bəlkə də məqsədli şəkildə sataşmaq.

Öyrəndik ki, Rəhimovun villasının ətrafı elə digər villalarla əhatələnib. Yəni onun genişlənməyə başqa istiqaməti olmadığından üzünü camaatın (Universitetin) min bir əziyyətlə yetişdirib saxladığı bağ-baxçaya yönəldib. Yan-yörəsindəki “ideoloqları” da məsləhət bilib ki, guya “yalan ayaq tutar yeriyər”, başla böhtan kampaniyasına. Amma gördüklərimiz doğrudan da uydurulan yalanların yalan olduğunu və böhtan kampaniyasının tərkib hissəsi olduğunu təsdiqləyir. Saxta isimlərlə yerli camaat adından şayiə yaymağa çalışılır ki, guya sakinlərin mal-qarasının çaya gedən yolu bağlanıb, ağaclar məhv edilib. Gördüklərimiz isə onu deməyə əsas verir ki, camaatın, mal-qaranın yolunu bağlayan ağacları qıraraq yerində bir-birindən böyük villalar tikənlərdir. Bu villaların biri də Rəhimovundur ki, məhz o, sakinlərin adından danışmaq kimi saxta yolla bu ətrafda qalan yeganə təbii mənzərəni zəbt etmək fikrinə düşüb.

Məlumat aldıq ki, Rəhimovun adamları qonşuluqdakı Qərb Universitetinin istifadəsində olan ərazinin hasarını sökərkən içəridəki ağacların qolunu, gövdəsini, budağını ciddi zədələdikləri üçün Universitet məcbur olub həmin ağacların yerinə yeni ağaclar əkib. Mədəni davranışdan uzaq, utanmaz quldurlar polisin müdaxiləsindən sonra təkrarən bərpa olunmuş hasarı aşaraq özgə ərazisinə yenidən soxulub, (bu artıq residivizm, yəni xəstəliyə çevrilmiş quldurluq deməkdir) yeni əkilmiş fidanları da sındırıb. Görünən odur ki, Azərbaycanda özəl həyatın qorunmasına yönəlmiş qanunlar kobudcasına pozulub, çəkilişlər aparılıb. (Görəsən nəyi çəkirmişlər? Özlərinin qol-qabırğasını sındırdığı ağacların kötüklərinimi, yoxsa yenidən əkilmiş ağacların özü tərəfindən sındırılmış budaqlarınımı?) Açıq şantaj kampaniyasıdır.

Sual olunur: əgər bu Universitet sənin ucbatından kəsilmiş ağacların yerinə yeni ağaclar əkibsə, bunu özü niyə sındırmalıdır ki? Bizcə əslində bunu İ.Rəhimovun qoçuları yaxşı kadr alsın deyə edib. Maraqlısı budur ki, bu nəyə hesablanıb? Nəticədə bu nə verməlidir?

Harınlamış birisi belə situasiyada “mən sənin yerini alıram, sat burdan çıx” deyə bilər. Ona cavab verirlər ki, razıyam, ya razı deyiləm. Razı deyiləm, deməli nöqtə, məsələ bağlandı. Bu halda sadəcə harınlamış milyardçı ilə üz-üzə dayanmırsan. Artıq qarşında harınlamış vicdansız, bütün çirkli vasitələrə əl atan, qonşuya yaraşmayan işlərlə, əməllərlə ikrah hissi oyatmaq yolunu tutmuş birisi görünür.

Yaxınlıqdakı kəndlərin sakinlərindən biri olan Məhəmməd Əlməmmədov deyir ki, bu ərazi hasara alınsa da, burada əksəriyyəti meyvə ağacı olmaqla xeyli sayda ağac əkilib, yaşıllıq salınır. Təbiətə heç bir ziyan dəymir. Elmar Cəfərov isə bildirir ki, bu ərazidə bir neçə yerdən adamların, mal-qaranın çaya çıxması üçün keçidlər qoyulub. Bir də öyrəndik ki, hasarların çəkilməsində də məqsəd meyvə ağaclarını mal-qaradan qorumaqdır. Digər bir məqam isə ondan ibarətdir ki, bu yol qırağı sahə quldurların iddia etdiyi kimi nəinki 5 kilometr, heç də kilometrlərlə uzanmır, ümumi sahə cəmi 9-10 hektardır ki, bu da yerli camaatın əksəriyyətinin mülkiyyətində olan torpaq sahəsi ilə eynidir. Hətta 5 kilometr olsa belə, əgər pulunu verib torpağı satan vətəndaşdan alınıbsa, bunun kimə nə dəxli var? Azərbaycanda indi nəinki 10-20, hətta 1000 hektar torpağı olan fermer var. Sənədlər isə göstəriri ki, bu ərazi hələ 1998-ci ildən sahibindən qanuni yolla alınıb.

Şəxsi maraqlar üçün sifariş, yoxsa...

Bəlkə də Rəhimovun sifarişli kampaniyasının şəxsi maraqlardan irəli gəldiyini, yəni genişlənmək arzusu ilə Qubanın torpaq sahələrinə sahib olmaq istəyindən irəli gəldiyini demək olardı. Amma bu şəxsin Azərbaycan üçün qaranlıq olan reputasiyası, Rusiya ilə çox möhkəm əlaqələri onu deməyə ehtimal yaradır ki, Rəhimov şəxsi maraqlarından daha çox başqa maraqlara, yəni kimlərinsə marağına xidmət edir.

P.S Universitet məcbur olub yenidən hüquq-mühafizə orqanlarına öz hüquqlarının qorunması üçün müraciət edib.

Yuxarıda qeyd etmişik ki, Universitet hüquq-mühafizə orqanlarına müraciət edib və onların iştirakı ilə öz hüquqlarını bərpa etmişdi. Və ərazisinə müdaxilə edən, soxulan, ağacların qırılmasına səbəb olan hasar sökənləri bağışlamışdı. Aldığımız məlumata görə Universitet yenidən öz hüquqlarını bərpa etmək üçün hüquq-mühafizə orqanlarına müraciət edib və bu dəfə heç kəsi bağışlamaq fikri yoxdu.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Qubada

    İlham Əliyev Qubada ...

    7-12-2017, 12:58

  • 
  • İlham Rəhimovun bazarı yandı - Video

    İlham Rəhimovun bazarı yandı - Video ...

    18-01-2018, 15:56

  • 
  • Azad Rəhimovun dünyasını dəyişdiyi təsdiqlənir - AÇIQLAMA

    Azad Rəhimovun dünyasını dəyişdiyi təsdiqlənir - ...

    28-04-2021, 16:22

  • 
  • Azad Rəhimovun nəşi Bakıya gətirilir - Ölüm xəbəri təsdiqlənir...

    Azad Rəhimovun nəşi Bakıya gətirilir - Ölüm ...

    30-04-2021, 12:25

  • 
  • İlham Rəhimovun bazarına yenə basqın oldu

    İlham Rəhimovun bazarına yenə basqın oldu ...

    25-11-2013, 12:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu