GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sensasiya: İcra başçısı şöbə müdirini infarkt edib?! - Məmurun ölüm işində sirlər açılır

Sensasiya: İcra başçısı şöbə müdirini infarkt edib?! - Məmurun ölüm işində sirlər açılır

Tarix: 15-12-2014, 19:40 Bölmə :Manşet Baxış: 0
Sensasiya: İcra başçısı şöbə müdirini infarkt edib?! - Məmurun ölüm işində sirlər açılır

Dekabrın 15-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədov dünyasını dəyişib. Kürdəmirdə şöbə müdirinin ölümü ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Həmin məlumatlara görə şöbə müdiri dekabrın 14-də icra başçısı Ceyhun Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənib. Ətrafındakılara icra başçısının onu infarkt həddinə gətirdiyini söyləyib. Evə getdikdən sonra isə dünyasını dəyişib. Həkimlər G.Əsədovun ürək tutmasından dünyasını dəyişdiyini təsdiqləyiblər.

Redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirmək üçün Müsavat Partiyasının Kürdəmir rayon təşkilatının sədr müavini Baha Mikayılovla əlaqə saxladıq. B.Mikayılov rayonda baş verənlərlə bağlı bunları söylədi: "Kürdəmirdə bütün idarə və təşkilat rəhbərlərinə güclü təzyiq var. Guya Kürdəmir rayonunun abadlaşdırılması dövlətin planı və maliyyəsi hesabınadır. Amma bu işin görülməsinə Kürdəmir rayonunda idarə və təşkilat müdirləri pul ayırır və rayonu abadlaşdırırlar, kanal, yol çəkirlər. Səhiyyə, Su, Təhsil və digər çoxsaylı idarə-təşkilatların rəhbərlərinin hər birinə yer ayrılıb və tapşırılıb ki, bu qədər yol çəkilməli, kanal qazdırmalı, ağac əkdirməlisən. Təbii ki, Gülbala Əsədov da bu tapşırıqdan kənarda qalmayıb”.

B.Mikayılov bildirib ki, dövlət idarə-təşkilat müdirlərinin gördüyü abadlıq-quruculuq işlərinə pul ayırıb. Sadəcə həmin pul ortada yoxdur: "Prezident rayona gələndə görür ki, burada abadlıq-quruculuq işləri görülüb. Kürdəmirin baş arxitektoru Sarif Əsgərov bir neçə gün əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olundu. Sarif Əsgərovu tutandan sonra rayonda belə söhbət yayıldı ki, onunla bərabər icra başçısının müavinini, mühəndisləri, Gülbala Əsədovu da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparıb gətirirlər. Sarif Əsgərov Kürdəmirin Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı külli miqdarda büdcə pulunun yeyintisində ittiham olunur. Ortada milyonlar yoxdur. Sarif Əsgərov bunu özbaşına edə bilər?”

B.Mikayılov deyib ki, ölümündən bir neçə gün əvvəl G.Əsədovun saxlanılması xəbəri də yayılıb: "Hətta bir gün belə xəbər yayıldı ki, səhər tezdən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gülbala Əsədovu aparıb. Bu məlumatın nə dərəcədə doğru-dürüst olduğunu bilmədik”.

B.Mikayılov deyib ki, Kürdəmirdə büdcə pulları dağıdılır: "Bu işlər hazırkı icra başçısının əli ilə həyata keçirilir. Kürdəmir Su İdarəsində işləyənlər gedib rayon mərkəzində bağça tikirlər. Kürdəmir məktəbləri direktorlarının başçılığı ilə məktəblərdə xadimə işləyənlər işdən sonra gedib rayon mərkəzindəki küçələri süpürürlər. İcra başçısı xadimələrə küçələri süpürtdürür. Məktəb direktorları da onların başının üstündə dayanır”.

Yada salaq ki, C.Cəfərov bu ilin aprelində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Dekabrın 12-də isə Baş Prokurorluğun mətbuat xidməti Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş materialınBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması haqda xəbər yayıb.

Həmin məlumatda bildirilirdi ki, "Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalovun Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar S. Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib rəsmiləşdirərək dövlət büdcəsinin vəsaitini mənimsəmələrində, habelə öhdəsinə götürdüyü işi keyfiyyətli qaydada yerinə yetirməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin dağılması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə 143 min manat məbləğində mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Belə məlumatlar da var ki, icra başçısı onunla hesablaşmayan rayondakı idarə və təşkilat müdirlərini Hesablama Palatası vasitəsi ilə yoxlatdırmaqla qorxudur. Bu yolla müdirləri onunla hesablaşmağa məcbur edir.

Rəşad Hüseynov

P.S. Yazıda adı hallanan hər kəsi, o cümlədən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovu da dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ICRA BAŞÇISI PREZIDENT APARATINA ÇAĞRILDI: ŞÖBƏ MÜDIRININ MÜƏMMALI ÖLÜMÜ BAŞÇINI BITIRIR...

    ICRA BAŞÇISI PREZIDENT APARATINA ÇAĞRILDI: ŞÖBƏ ...

    18-12-2014, 23:34

  • 
  • Vidadi Zeynalovla icra başçısı məmurları necə intihara çatdırırmış? - Kürdəmirdə

    Vidadi Zeynalovla icra başçısı məmurları necə ...

    5-11-2015, 19:00

  • 
  • Başçının səhlənkarlığı sakinləri çıxılmaz duruma saldı

    Başçının səhlənkarlığı sakinləri çıxılmaz duruma ...

    27-08-2015, 22:46

  • 
  • İcra başçısı, müavini və şöbə müdiri saxlanılıb

    İcra başçısı, müavini və şöbə müdiri saxlanılıb ...

    19-08-2020, 14:52

  • 
  • Kürdəmirdə qarşıdurma – Elman Məmmədov başçı ola biləcəkmi?

    Kürdəmirdə qarşıdurma – Elman Məmmədov başçı ola ...

    7-03-2019, 16:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu