GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Başçının səhlənkarlığı sakinləri çıxılmaz duruma saldı

Başçının səhlənkarlığı sakinləri çıxılmaz duruma saldı

Tarix: 27-08-2015, 22:46 Bölmə :Ölkə Baxış: 0
Başçının səhlənkarlığı sakinləri çıxılmaz duruma saldı


Araşdırma prosesində nəzərdən keçirdiyimiz məlumatlardan görünür ki, kütləvi informasiya vasitələrinə müraciet edən bir qrup sakinin sözlərinə görə, sakinlər insanlar problemlər məngənəsində çabalasa da, icra başçısı Ceyhun Cəfərov heç nə olmamış kimi öz işində-gücündədir. Sakinlər iddia edirlər ki, bələdiyyə sədrləri icra başçısına güvənərək, bildiyini edir və bu vəziyyət uzun müddətdir ki, davam etməkdədir. Bəzi bələdiyyələrin sədrləri icra başçısına arxalanır və hər dəfəsində onunla yaxınlığından istifadə edərək, kəndlərin sakinlərinə təsir və təzyiqlər edir. Şəxsən özüm həmin bələdiyyə nümayəndələrindən birisi ilə telefon əlaqəsi saxladım. Məlum oldu ki, bu insanı mən uzun müddətdir tanıyıram. Lakin həmin şəxsə baş verən qanunsuzluqlarla bağlı fikirlərimi çatdırmağıma baxmayaraq, sonuncu bir kəlmə ilə kifayətlənmişdir, “Azad bəy burada bir nəfərin söylədiyi sözün əhəmiyyəti var, o da İcra başçısıdır, istər səhf olsun, istər düz olsun.” Hətta mənim ona sadaladığım faktları dinləyib, məndən soruşdu ki, “bunları icra başçısına deyə bilərsiniz ?” Təsəvvür edin bu ağılın yiyəsi bələdiyyədə çalışır, insanlarımıza yardımçı olmaq üçün müəyyən səlahhiyyətlərə malikdir. İcara başçısı bunun kimilər üçün sizin, mənim kimi, vətandaş deyil, əstafırılla san ki, Allahdır. Belə çıxır ki, “hörmətli” Ceyhun Cəfərov Kürdəmir Rayon İcra hakimiyyətinin başçısı təyin edilməsəydi, faciyə baş verərdi, Kürdəmir ən geridə qalan rayonlar sırasında yer alardı, apokalipsin dönüşü qaçılmaz olardı. Lap Şeyx Nəsrulla yadıma düşdü.
Ümumiyyətlə, öncədən Tərtər rayonunda olduğu kimi, bu gün Kürdəmir rayonunun təkcə bir kəndində deyil, rayonun əksər kəndlərində eyni vəziyyət hökm sürür. Hamı icra başçısından və onun adamlarından narazıdır. Saysız-hesabsız problemlər məngənəsində sıxılan sakinlər deyəsən, qarşıdan gələn növbəti qışı da yolsuzluqdan və digər sosial problemlərin mövcudluğundan əziyyət çəkəcəklər. İcra başçısı dəfələrlə rayonda bu problemlərin birdəfəlik həllini tapacağını desə də, ortada heç bir nəticə yoxdur. Camaat artıq neçə ildir, bir birini dəyişən başçıların, bu gün isə Ceyhun Cəfərovun nağıllarını dinləyir. Etibarlı mənbənin verdiyi məlumata görə, icra başçısı rayona ayrılmış vəsaitlərin bəzi qismini heç də təyinatı üzrə xərcləməyib. Üstəlik, onun yerli sahibkarları incidərək, onlardan aldığı pullarla bir sıra tikinti işlərini həyata keçirdiyi də üzə çıxıb. Bütün bunlar onu göstərir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ölkə başçısı tərəfindən ona göstərilən etimadı doğrultmadığından yaxın vaxtlarda vəzifəsinə əlvida deyə bilər.
Bu susmaqların nəticəsidir ki, Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun adı bir müddət əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun müəmmalı şəkildə ölməsi iə bağlı hallandırılır. Baş vermiş arzuolunmaz olayla bağlı respublikanın bir çox kütləvi informasiya vasitələrində, xüsusilə savash.org-da, Cumhuriyyet.az-da ilginc məlumatlar dərc olunmuşdur. Yayılan informasiyaya görə, şöbə müdiri 2014-ci ilin dekabrın 14-də sonuncu dəfə icra başçısı Ceyhun Cəfərovla danışıb və həmin söhbət kifayət qədər gərgin keçib. Belə ki, icra başçısı mərhum şöbə müdiri ilə kifayət qədər sərt danışıb və onun rəhbərlik etdiyi qurumun fəaliyyətinin Baş Prokurorluq tərəfindən yoxlanmasının vacibliyini dilə gətirib. Mənbəmiz iddia edir ki, icra başçısı ilə mərhum şöbə müdiri arasında buna qədər də anoloji problemlər yaranıb. Belə ki, bir müddət öncə rayondakı tikinti və abadlıq işlərinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri, mərhum Gülbala Əsədov Bakıdakı və Kürdəmirdəki evlərini banka girov qoyaraq küllü miqdarda kredit götürüb. Həmin məbləğin əhəmiyyətli hissəsini rayondakı abadlıq işlərinə sərf edən şöbə müdiri bundan sonra maddi cəhətdən iflasa uğrayıb.
Məlumatlarda o da qeyd olunur ki, rayondakı “Heydər bulağı”nın ətrafını öz hesabına hasarladan Gülbala Əsədov eyni zamanda “Dördyol” adlanan ərazidən Mollakənd isqiqamətində yol kənarındakı səkiləri təmir etdirib. Amma bütün bunlara baxmayaraq, mərhum şöbə müdiri ilə icra başçısı arasındakı gərginliyə son qoyulmayıb. Məlumat üçün bildirək ki, mərhum şöbə müdirinin qardaşı Kürdəmir rayonu Karrar kənd icra nümayəndəsi vəzifəsində işləyir. Onun qardaşının düşdüyü acınacaqlı durumla bağlı dəfələrlə Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun qəbulunda olub. Amma icra başçısı hər dəfə şöbə müdirinin danışığına belə qulaq asmayıb və bu da nəticə etibarilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun ürəyinin partlayıb ölməsilə nəticələnib.
Kürdəmirdə şöbə müdirinin ölümü ilə bağlı müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlara görə şöbə müdiri dekabrın 14-də icra başçısı Ceyhun Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənib. Ətrafındakılara icra başçısının onu infarkt həddinə gətirdiyini söyləyib. Evə getdikdən sonra isə dünyasını dəyişib. Həkimlər G.Əsədovun ürək tutmasından dünyasını dəyişdiyini təsdiqləyiblər. Son dövrlər müavinlərinə belə rəhm etməyən və onları müxtəlif maxinasiyalarda ittiham edən Ceyhun Cəfərov, hətta onların həbs olunmasına şərait yaradan addımlar atıb.
Araşdırma prosesində məlum olmuşdur ki, mərhum Gülbaba Əsədov barəsində kütləvi informasiya vasitələrinə hələ 2013-cü ildə bir sıra maraqlı məlumatlar sızıbmış. Hələ 31.10.2013-cü il tarixdə mətbuat səhifələrində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsində baş verən özbaşınalıqlardan, saxtakarlıq və digər korrupsiya hallarından bəhs edən, “Kürdəmirdə torpaq qalmadı - Gülbala Əsədov rayon torpaqlarını ucdantutma satır” sərlövhəli tənqidi material dərc olunmuşdu. Qeyd edək ki, şöbənin fəaliyyətində yer almış neqativ hallara dair çoxsaylı şikayət məktubları mütamadi şəkildə KİV redaksiyalarına daxil olurmuş. Məlumatlarda bildirilir ki, sözü gedən şöbənin rəisi Gülbala Əsədovun yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar ən müxtəlif instansiyalara təqdim olunsa da, əlaqədar təşkilatlar bu məmurun “toxunulmazlıq” statusunu almaq niyyətində olmayıblar. Təqdim olunan faktların əsasında isə ilk növbədə G.Əsədovun kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları dururmuş. Bu xüsusda mənbələr bildirirlərmiş ki, “rayonun bir çox kəndlərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Məlumatlarda isə bu zəmində torpaq şöbəsi müdirinin yeni-yeni maxinasiyalara əl atdığına dair iddialar irəli sürülür.” Qeyd olunur ki, “Gülbala Əsədov ən müxtəlif əsassız bəhanələr gətirməklə, əvvəlki vaxtlarda verilmiş sənədləri etibarsız elan edir. Mahiyyətcə isə, məqsəd yalnız torpaq sahiblərindən yenidən rüşvət qoparmaqdır. Təbii ki vətəndaşlar buna etiraz edərək bildirirlər ki, müvafiq dövlət rüsumunu da, hətta tələb olunan rüşvəti də artıq ödəyiblər. Amma Gülbala müəllimi bu məqam az maraqlandırır. Əks halda isə şöbə müdiri vətəndaşları aldıqları torpaqlara olan mülkiyyət hüquqlarından belə məhrum edəcəyi ilə hədələyir.” Digər tərəfdən isə məlumatlara görə məhz 2007-2008-ci illərdə rayonda torpaq sahələrinin satışı daha çox intensivliyi ilə fərqlənib. Maraqlıdır ki, bu intensivlik 2007-ci il dekabrın 12-də Ölkə Prezidentinin sərəncamı ilə torpaq satışının dayandırılmasından sonrakı dövrə təsadüf edib. Maxinasiyaların diqqət cəlb etməməsi üçün isə Gülbala Əsədovun xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilirmiş. Məsələn, faktiki olaraq 2008-ci ilin mayında alınan torpaq sahələri 2006-cı ilin oktyabr ayına sənədləşdirilib. Belə faktlar saysız-hesabsızdır. Məlumatlarda narazılıqların yaranmasına daha bir səbəb kimi də Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması göstərilir. Belə ki, Gülbala müəllim və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verirlərmiş. Bununla da həmin torpaqların sahiblərinin razılığı olmadan digər sakinlərə və ya gəlmə iş adamlarına icarəyə verilməsinə şərait yaradırlarmış. Bəzi mənbələr isə artıq bu zəmində rayonda müəyyən insidentlərin də yaşandığını iddia edirlərdi. Həmçinin məlumatlarda qeyd olunur ki, bu cür saxta sənədi təqdim etmək üçün onlar rəy verəcəkləri torpaqların hər hektarına görə vətəndaşlardan 150-200 manat məbləğində rüşvət alırlarmış. Bu ittihamlara dair yaranan suallara aydınlıq gətirmək məqsədilə Gülbala Əsədovla kütləvi informasiya vasitələrinin nümayəndələri əlaqə də saxlayıblarmış. Lakin şöbə rəisi onların məramlarını bildikdən sonra onlarla söhbətdən imtina edib. Proseslərin izlənməsi isə belə qənaətə gəlməyə əsas verir ki, DTXK rəhbərliyinin diqqətini G.Əsədovun yarıtmaz fəaliyyətinə yönəltməyə heç bir ehtiyac yoxdur. Görünür bu fəaliyyətdən yuxarı instansiyada nəinki xəbərdar olublar, hətta onu istiqamətləndiriblər və təqdir ediblər. Əgər belə olmasaydı şöbə rəisi həmin dövrdən hələ üç il əvvəl törətdiyi maxinasiyaları, məlumatların daxil olduğu dövrdə də, hətta daha geniş miqyaslarda həyata keçirməyə qərarlı olmazdı.
Hər iki məlumatın (1.G.Əsədovun müəmmalı şəkildə ölümü. 2. G.Əsədovun özünün qanun pozuntuları) təhlili göstərir ki, G.Əsədovun ölümündə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun adının hallanması heç də əsassız deyil. Belə ki, hal hazırda hörmətli oxucunun diqqətinə G.Əsədovun qanun pozuntularına dair təqdim etdiyimiz məlumat sössüz ki, Kürdəmir rayonuna rəhbər vəzifəyə yenicə təyin edilmiş Ceyhun Cəfərova da məlum olmamış deyil. Elə buradan da istər istəməz ehtimal özü formalaşır. Əgər Ceyhun Cəfərov rayonun rəhbəri kimi, mərhum G.Əsədovun qanunsuz hərəkətlərini bilə bilə onun tutduğu vəzifədən azad olunması istiqamətində bir addım atmayırsa, əksinə onunla çalışmağı davam edirsə və rayonda aparılan bir sıra “abadlıq” işlərini ona tapşırırsa bu artıq İcra Hakimiyyəti başçısının özünün fəaliyyətinə şübhə yaradır. Belə bir ehtimal yarana bilər ki, mərhum G.Əsədov həqiqətən həbsə atıla bilərdi, atılmamaq üçün isə abadlıq işlərini öz üzərinə götürmüşdü. Belə çıxır ki. mərhum G.Əsədov və icra başçısı bu qanunsuz biznes fəaliyyətində şərik olublar. Mənim söylədiyim sadəcə ehtimaldır, əsl versiyaları hüquq mühafizə orqanları irəli sürüb və həmin versiyaları işləməli idi. Bütün hallarda heç kimin bu şəkildə ölümünü arzulamayaraq Allahdan mərhuma rəhmət diləyirik.
Bildirək ki, buna qədər Kürdəmir RİH başçısına dəfələrlə xəbərdarlıq edilib. Belə ki, C.Cəfərovun Kürdəmir rayonuna icra başçısı təyin olunmasından az bir müddət keçməsinə baxmayaraq onun adı dəfələrlə qalmaqallı hadisələrdə hallanıb. Elə C.Cəfərov bu ilin iyul ayında xidməti vəzifəyerini icazəsiz tərk edərək, qəza törədib, bunun ardınca Kürdəmir rayonunda bayrağın yandırılması haqda xəbərlər yayıldı, İcra Hakimiyyətinin yüksək çinli şəxslərinin həbsi, ardınca G.Əsgərovun ölümü…Araşdırmamız davam edir və yaxın gələcəkdə hörmətli oxucunun diqqətinə daha maraqlı hadisələri təqdim edəcəyik, bəlkə məlumatlarımızla aidiyyatı orqanları da maraqlandırdıq.

Azad
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Göyçayda məmurların kütləvi istefa qalmaqalına rəsmi münasibət: " ...xəbərimiz var, oxumuşuq"

    Göyçayda məmurların kütləvi istefa qalmaqalına ...

    1-07-2019, 13:45

  • 
  • Qusarda İcra başçısı bələdiyyə sədrini necə "mən maklerəm" deməyə məcbur etdi?

    Qusarda İcra başçısı bələdiyyə sədrini necə ...

    3-11-2014, 08:17

  • 
  • PARADOKS - Deputatdan icra başçısına ittiham: "Yalançı, ikiüzlü idi..."

    PARADOKS - Deputatdan icra başçısına ittiham: ...

    10-10-2014, 11:23

  • 
  • Badamdar qəsəbə sakinlərindən icra başçısına AÇIQ MÜRACİƏT - FOTO

    Badamdar qəsəbə sakinlərindən icra başçısına AÇIQ ...

    8-11-2018, 14:18

  • 
  • Cəlilabadda daha bir FAKT: KAMXOZ müdiri icra başçısına nə qədər maaş kartı verib?

    Cəlilabadda daha bir FAKT: KAMXOZ müdiri icra ...

    11-01-2021, 10:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu