GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Binəqədinin icra başçısının saxta hesabatı və Xaləddin İsgəndərovun məhv etdiyi nəfəsliyimiz... - Başçı bu suallara cavab verə biləcəkmi?

Binəqədinin icra başçısının saxta hesabatı və Xaləddin İsgəndərovun məhv etdiyi nəfəsliyimiz... - Başçı bu suallara cavab verə biləcəkmi?

Tarix: 20-12-2014, 23:07 Bölmə :Manşet Baxış: 0
Binəqədinin icra başçısının saxta hesabatı və Xaləddin İsgəndərovun məhv etdiyi nəfəsliyimiz... - Başçı bu suallara cavab verə biləcəkmi?

...Binəqədi rayonunun son illər aparılan bəzi quruculuq işləri danılmaz faktdır və mən həmin rayonun sakini və Zeytun bağında - onun başı üstə Demokl qılıncısayağı ucalan bir və ikimərtəbəli şadlıq evlərindən, iaşə obyektlərindən qalxan, insan sağlamlığını məhvə aparan zəhərli kabab tüstüsünü ciyərlərimə çəkən canlı şahidəm! Bu cümləni daha da genişləndirə bilərdim - əlavə edərdim ki...
***
...Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun bir qəzetdə (“Yeni sözçü”, 05.11.2014-cü il) verilmiş portretini gördüm... İcra hakimiyyətinin inzibati binasının fonunda, “Binəqədi: Sosial-iqtisadi inkişaf və quruculuğun parlaq nümunəsi” - imzalı məqalə; 2013-2014-cü illərdə qazanılan uğurların statistikası, bir növ hesabatı. Əlbəttə, bir səhifəlik məqalədə jurnalist Adıgözəl Muxtaroğlu X.İsgəndərovun adını çəkmir və “Rayon icra hakimiyyətinin başçısı” sözlərilə ümumiləşdirir. Bunun fərqinə varmırıq...
Məqalə - hesabatı oxuyanda bəzi rəqəmlər xoş əhval doğurmaya bilməzdi və belə tamamlanırdı: “Artıq yola salmağa hazırlaşdığımız 2014-cü il bütün ölkədə olduğu kimi, Binəqədi rayonunda da əlamətdar il kimi yadda qalacaq. Son 9 ay ərzində rayonda əldə edilən sosial-iqtisadi göstəricilər, geniş quruculuq, abadlıq və yeniləşdirmə, böyük sosial layihələrin yerinə yetirilməsi zəngin mədəni tədbirlərin reallaşmasından xəbər verir”.
Bu məlumatı jurnalistin bir yanaşması təsdiqləyir: “Son illərdə Binəqədi rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlərin bənzərsizliyi rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmış..., ümumi həyat şəraitində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır”.
Sonra oxuyuruq: “...Rayonun müxtəlif ərazilərində 8554 ədəd müxtəlif növdə ağac, 276480 ədəd gül-çiçək və kol bitkiləri əkilmiş, 63753 kv.m. çəmən örtüyü salınmışdır”.
Bu statistikada diqqəti cəlb edən bir də 8554 ədəd ağacın əkilməsidir. Necə də dəqiq yaddaşdır. Amma məsələnin daha ciddi, diqqəti cəlb edən sosial və mənəvi tərəfi ondadır ki, bü sətirlərin müəllifi “Təzadlar” qəzetində “Binəqədidəki Zərifə Əliyeva parkında nə baş verir? (02.09.2014) və həmin qəzetdə mövzuya yenidən qayıtmaqla “Məktub və məktublar niyə yetişmir?” (23.10.2014) geniş həcmli iki məqaləm çap olunmuşdu. Həssas oxucu diqqət edər ki, birinci məqalə ilə ikincinin arasında əlli bir gün vaxt ayrılığı olmasına baxmayaraq nə Binəqədi Rayon İcra Hakimiyyətindən, nə də Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu yazıya reaksiya verilmədi. Halbuki redaksiya hər iki tərəflə əvvəlcədən əlaqə saxlamışdı, qarşı tərəf bu yazılardan xəbərdar idi... Birinci məqalədən bəzi xatırlamalar: “Mir Cəlal Paşayev küçəsinin son dayanacağında “Ceyhun”, “Sona”, “Sonalar sonası”, “Millenium”, “Üzeyir” şadlıq sarayları və onların bir çoxunun ikinci mərtəbələri, habelə onlara bitişik irili-xırdalı iaşə obyektləri xeyli vaxtdır fəaliyyət göstərməkdədir. Bunu obyektlərin qonşuluğunda yaşayan, tüstüsündən gözlərimi kor edən bir sakin kimi çoxdandır müşahidə edirəm”.
Yaxud, “Həmin çoxsaylı şadlıq evlərinin və restoranların, kafelərin hansı hüquqi və mənəvi əsaslarla istifadədə olduğunu diqqətə yönəltmək bir insan kimi mənim də mənəvi borcumdur”.
Və yaxud: “Bu ərazinin sakini olaraq ağacların qırılmasının şahidiyəm”. Çünki mən burada doqquzuncu mikrorayonda yaşayıram və doqquzuncu mərtəbədən müşahidələr aparmışam.
Daha başqa sitatlar: “Acınacaqlısı odur ki, əhaliyə zəhərli tüstü uduzduran (yedizdirən) bu iaşə obyektləri mərhum ədibimiz Mir Cəlal Paşayev küçəsinin son dayanacağını və ətrafını zəbt etmişdir”. (Bəlkə onların anonim sahiblərini deyək? Axı, cansız şeylər - iaşə obyektləri yeriməz!).
“Zeytun bağı” ərazisində şadlıq evləri və restoranlardan beş-on metr aralıda mərhum akademik Zərifə Əliyevanın adını daşıyan parkdır və görkəmli oftomoloqun heykəli qoyulmuşdur ağ mərmərdən. Məsələnin digər bir tərəfi ona görə təəccüb doğurur ki: qırılan ağacların hesabına iki göydələn yaşayış binası və bir nəhəng ölçülü ictimai bina tikilməkdədir. Maraqlısı ondadır ki, bu binalara gediş-gəliş üçün yenidən yaşıl ağaclar qırılmalıdır; axı, müəyyən standartlar bunu tələb edir. Bəlkə bu binalar istifadəyə verildikdən sonra burada yaşayanlar və işləyənlər vertolyotdan istifadə edəcəklər?
İkinci məqalədən fraqmentlər: “Sosial şəbəkələrdə yayımlanmış, qəzetin saytında yerləşdirilmiş bu yazıda (I nəzərdə tutulur - A.E.) qaldırılmış problemlərdən ola bilməz ki, Binəqədi Rayon İcra Hakimiyyətinin... xəbəri olmasın? Bu ərazidən az qala hər gün ərşə dirənən və ətrafı görünməz edən kabab tüstüsünün bir ucu da... baş alıb gedir”. Və ona da toxunmuşam ki, Respublika Prezidenti İlham Əliyev çıxışlarında, görüşlərində insana qayğını önə çəkmiş, insan kapitalına bəzi səlahiyyətli məmurların laqeyd münasibətini pisləmişdir.
Daha bir xatırlama: “Binəqədi Rayon İcra Hakimiyyəti başçısının hələlik susmasını heç cürə başa düşmürəm...”.
Xatırladıram ki, tüstünün “qonağı” olan, habelə təmiz havadan məhrum insanların sayı dörd rəqəmlərlə ölçülür. Və bu ciddi, analoqu olmayan problemin yaranmasında və davam etməsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov da şəxsən məsuliyyət daşıyır, ən azı rayon İcra Hakimiyyətinin başçısı qədər! ...Ən ümdəsi ona görədir ki ekologiya ilə bağlı ölkə Prezidenti İlham Əliyevin məlum sərəncam və göstərişlərindən, tövsiyyələrindən... irəli gələn təbiətə qayğı məsələsi və digər vəzifələr məhz vəzifəli şəxslərin bilavasitə səlahiyyətinə daxildir. Güman etmək olarmı ki, bu rəsmi səlahiyyətlər onların əlindən çıxmışdır?!
Məlum hesabat xarakterli jurnalist məqaləsindən daha bir fraqment: “...Binəqədi Rayon İcra Hakimiyyəti başçısı 19 iyun 2014-cü il tarixli 133 nömrəli- “Təmiz Binəqədi” adlı sosial layihənin həyata keçirilməsi ilə əlaqədar sərəncam imzalamış və Tədbirlər Planı təsdiq edilmişdir”.
Məhz bu mesajdan bir sual çıxır: Bu rəsmi sənəddə “Zeytun bağı”nın cari faciəsi, şadlıq evlərinin, bir sözlə, iaşə obyektlərinin minlərlə əhalini fəsadlara düçar edən zəhərli tüstüsünün “emalı”, görkəmli alim, akademik Zərifə Əliyevanın adına olan Parkın təhlükə qarşısında qalması məsələsi öz əksini tapıbmı?
Bu fikrim ironiya kimi səslənməsin. Başçının Binəqədi rayonunun sosial-iqtisadi inkişafının parlaq nümunəsi kimi təqdir etməsinə, məni səmimi başa düşün, cənab X.İsgəndərov, necə baxırsınız?
Amma ürəyimdən keçdi ki, kaş, əzəmətli bina ilə yanaşı, həmin iaşə obyektlərinin axşamlar havaya, oradan da vətəndaşların evlərinə təşrif buyuran tüstüsü də, ağacların qırılması hesabına başa gələn o nəhəng üç binanın fotosunu, toy axşamlarında səkilərə qarışqasayağı doluşmuş minik maşınlarının piyadaların gedişinə imkan verməyən və qəza vəziyyəti yaradan mənzərəsini də hesabatınızda göstərəydiniz. Necə də obyektiv olardı ki, nədir vətəndaşların günahı?
Cənab başçı! İkinci məqaləmin çapından (23 oktyabr 2014-cü il) da xeyli vaxt keçmişdir. Lakin Rayon İcra Hakimiyyətinin başçısı kimi ciddi faktlara (akademik Zərifə Əliyevanın adını daşıyan parkın ekologiyasına qarşı münasibətə və minlərlə Binəqədi sakinlərinin sağlamlığına fəsad gətirən kabab tüstüsünə laqeydlik) hələlik heç bir reaksiya verməməyinizi nə ilə izah etmək olar? Vəzifənin toxunulmazlığı iləmi? Mətbuatın qaldırdığı vacib sosial problemə etinasızlıq iləmi? Fəsadları digər vətəndaşlar kimi ailəsilə bərabər yaşayan və bunu qəzet səhifəsinə çıxaran bir mən ziyalını: yazıçı, pedaqoq, jurnalist, ədəbiyyatşünas və publisistin harayını necə eşitməmək olar? Unutmayay ki, bu harayın arxasında minlərlə sakin dayanır...

Allahverdi Eminov,
Bakı PKİYİ-nin dosenti,
“Qızıl qələm” mükafatı laureatı. \\ tezadlar.az \\
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18

  • 
  • Binəqədinin icra başçısı Xaləddin İsgəndərov rayon prokuroru ilə qarşı-qarşıya gəldi

    Binəqədinin icra başçısı Xaləddin İsgəndərov ...

    18-12-2017, 15:33

  • 
  • Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olundu- PROKURORLUĞUN TƏQDİMATIYLA

    Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olundu- ...

    11-01-2018, 16:34

  • 
  • Binəqədinin icra başçısı daha bir məmuru işdən çıxardı

    Binəqədinin icra başçısı daha bir məmuru işdən ...

    12-02-2014, 13:27

  • 
  • Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən AZAD EDİLİB?

    Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən ...

    19-03-2018, 15:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu