Binəqədi rayon İcra Hakimiyyəti Aparatında kadr dəyişikliyi edilib.
Bu yaxınlarda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Elxan Allahverdiyev Modern.az-a müsahibəsində dediyi kimi, işinin öhdəsindən gələ bilməyən məmurları yola salmaqda davam edir.
Binəqədi rayon İcra Hakimiyyəti Aparatında Təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov və müdir müavini Elşad Rəhimov tutduqları vəzifədən azad ediliblər.
Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə Azər Kərimov təyin olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?