Rayon sakinləri tərəfindən gundemxeber.az-a şikayət məktubu daxil olub. Bir qrup şikayətçilərin redaksiyamıza ünvanladığı məktubu olduğu kimi oxucuların diqqətinə təqdim edirik.
Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elxan Rəhimovun yarıtmaz fəaliyyəti nəticəsində biz yoxsulluq həddindən də aşağı acınacaqlı vəziyyətdə yaşayırıq.Belə ki, qanunda nəzərdə tutulan sənədlərimizi toplayıb sosial yardım almaq üçün Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmişik.Sənədlərimiz cari ilin əvvəlindən qəbul edilsə də hər ay bizi get-gələ sala-sala süründürməçiliyə məruz qoyub sosial yardımdan məhrum ediblər.Mərkəzin direktoru Elxan Rəhimovu iş yerində tapana muştuluq da verirlər.Gününü restoranlarda yeyib-içib əyyaşlıqla keçirən Elxan Rəhimov sosial yardım verilməsi üçün əvvəlcədən 1000 manat rüşvət istəyir. Pulun belə çox istənilməsini isə onunla əsaslandırır ki, əvvəl bir illik verilən ünvanlı sosial yardımı indi iki illik alacaqsınız, buna görə də sənədlərin qəbul edilməsi üçün mən nazirliyə də haqq verməliyəm, xoşu gələn buyursun, narazı qalan varsa hara istəyir gedib şikayət edə bilər deyir və kabinetində divardan asdığı dayısı deputat Şəmsəddin Hacıyevin şəkilini göstərib bildirir ki, mənim arxamda dayanan var.Bizim əlimizdə böyük bir siyahı var ki, Ucar rayonunda ünvanlı sosial yardım alanların əksəriyyəti imkanlı şəxslərdi .Qanunda onlara sosial yardım düşməsədə əyyaşlıqla gününü keçirən Elxan Rəhimovun özəl qanunları ilə yardım alırlar. Həmin adamların elektron siyahıdan adlarını oxuyub dəhşətə gəlmişik.Çünki həmin adamların avtomobilləri olanlar, yaxşı imkanları olanlardılar ki, onların yardıma heç bir ehtiyacı yoxdur.Bu faktın yoxlanılması təşkil edilərsə biz həmin adamların adlarını təqdim edəcəyik, əlimizdə böyük bir siyahı var.Əgər Elxan Rəhimovu alkoqol testindən keçirilərsə onun alkoqol xəstəsi olduğu subut olunacaq ki, buna görə onun fəaliyyəti ciddi yoxlanılmalı və barəsində təsirli tədbirlər görülməlidir. Kabinetində divara dayısı deputat Şəmsəddin Hacıyevin şəkilini asıb şikayət edənləri onunla qorxuzur.Biz başı əyyaşlıq etməyə qarışan Elxan Rəhimovun qanunsuz əməlləri barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya ,Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova və digər aidiyyatı orqanlara şikayət ərizəsi yazıb göndərmişik, həmçinin 22 sentyabrda Prezidentin Ucar rayonuna gözlənilən səfəri zamanı bu barədə yazdığımız şikayət məktublarını ona verəcəyik. İnanırıq ki, sərxoşluqla , əyyaşlıqla məşğul olan korrupsiyaya qurşanmış Elxan Rəhimovun barəsində qanunu tədbirlər görüləcək.O korrupsiya şəbəkəsi yaradıb , tüfeyli, əyyaş həyatı sürməklə yoxsul insanların haqqını yeyir.
gundemxeber.az-a daxil olan şikayət ərizəsi ilə bağlı Elxan Rəhimova telefon zəngi edib, problemlərin varlığına münasibətini öyrənmək istəsək də, təəssüflər olsun ki, o, telefonunu açmadı. Belə olan halda məcbur olduq ki, daxil olan məlumatları bitərəfli qaydada dərc edək.
1) Qədirov Rafiq İsrafil oğlu Ucar rayonu Qazyan kəndi 1-ci qrup gözdən əlil
2) Babayev Rahim Vahid oğlu Ucar rayonu Vaqif küçəsi ev 8
3) Məmmədov Murad Məhəmməd oğlu Firdovsi küçəsi ev 17
4) Bbayeva İmmileyla Abdulhüseyn qızı Vaqif küçəsi ev 8
5) Babayeva Ruqiyyə Vahid qızı Ucar rayonu Vaqif küçəsi ev 8
6) Qədirova Zenfira Məhəmmədqulu qızı Ucar rayonu Qarabörk kəndi
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?