Cəmiyyətimizin daim narahatlığına səbəb olan erkən nigahlar. Bu mövzu illərdir ki, müzakirə edilir, fəsadları araşdırılır. Düzdür son illər əvvəlki dövrlə müqayisədə ölkəmizdə erkən nikahlara daha az rast gəlinir. Amma yenə də var. Sən demə bu fakt ölkəmizdə , yeniyetmə qızların abort statistikasına da kifayət qədər ciddi təsir göstərir.
2013-cü ildə yetkinlik yaşına çatmayan yəni 15-17 yaş arası 88 yeniyetmə abort olunub.
Ötən illərlə müqayisədə aşağı olan bu rəqəm yeniyetmə yaşlı qızlarla bağlı problemi gündəmə gətirib. Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun həkimi Leyla Məmmədovanın sözlərinə görə, bu fakt əxlaqlıqsız problemi kimi qiymətləndirtilməməlidir. Çünki səbəb erkən nigahlardır.
Əksər insanlar qızların erkən yaşda ərə verilməsinə qarşı olsa da problem aktuallığını qoruyur.
Hüquqşünas Ayas Əhmədov deyir ki, istər ailə vəziyyətində, istərsə də təsadüfi, hər bir halda yetkinlik yaşına çatmayan insanla cinsi əlaqəyə girən şəxs cinayət məsuliyyətinə cəlb edilir və onu 3 ilədək həbs cəzası gözləyir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?