GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda yeniyetmə qızların abort etdirmə səbəbləri AÇIQLANDI

Azərbaycanda yeniyetmə qızların abort etdirmə səbəbləri AÇIQLANDI

Tarix: 8-07-2015, 08:02 Bölmə :Maraqlı Baxış: 0
Azərbaycanda yeniyetmə qızların abort etdirmə səbəbləri AÇIQLANDI

Hər bir qadın dünyaya sağlam körpə gətirməyi özünün müqəddəs missiyası hesab edir. Amma çox təəssüf ki, bir çox qadınlar birinci və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti hamiləliyini arzuolunmaz hesab etdiyindən süni yolla (abort etdirməklə) pozdurur. Bunun üçün müxtəlif səbəb və bəhanələr gətirirlər. Maddi problemlər, evsizlik, işsizlik isə göstərilən səbəblər içərisində prioritet təşkil edir. Ailələrin bir çoxu illərlə övlad həsrəti çəkdiyi halda, digərləri yaşamağa bir damları belə, olmadan da hamiləlikdən qorunmaq barədə də düşünmürlər. Nəticədə analar öz övladlarının qatilinə çevrilirlər...

Azərbaycanda abort qadağan olunmasa da, müəyyən məhdudiyyətlər mövcuddur. Amma riayət edən varmı?

Modern.az saytının mövzu ilə bağlı suallarını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Leyla Məmmədova cavablandırıb:

O, Azərbaycanda abort göstəricisinin digər ölkələrlə müqayisədə yüksək olmadığını bildirib. Postsovet məkanı ölkələrinin əksəriyyəti ilə müqayisədə hər 1000 reproduktiv yaşlı qadına abort göstəricisinin nisbətən aşağı olduğunu deyib:

"Azərbaycanda 2012-ci ildə abortların sayı 31 000, 2013-cü ildə 27 892, 2014-cü ildə isə 27 220 olub. Reproduktiv yaşlı hər 1000 qadına düşən abortların sayı 2012-ci ildə 11,5 , 2013-cü ildə 10,4 təşkil edib.

Nəzərə almaq lazımdır ki, rəsmi statistikaya tibb müəssisələrində icra edilən abortlar daxil edilir. Qadınlar apteklərdə reseptsiz satılan dərman preparatlarını qəbul etməklə ev şəraitində də hamiləliklərini pozur və bu da ümumi abort saylarına daxil edilmir. Həmin qadınlar yalnız fəsadlar yarandıqda, qanaxma baş verdikdə tibb müəssisəsinə müraciət edirlər.

Azərbaycan qanunvericiliyinə əsasən, abort heç bir tibbi göstəriş olmadan qadının arzusu ilə hamiləliyin 12-ci həftəsinə qədər həyata keçirilə bilər. Hamiləliyini pozmaq istəyən qadınların böyük əksəriyyəti hamiləliyin 7-8 həftəsinə qədər tibb müəssisələrinə müraciət edirlər. Abort hamiləliyin daha gec dövrlərində müəyyən tibbi göstəriş olduqda həyata keçirilir".

Mama-ginekoloqun sözlərinə görə, qadınlar hamiləliyin pozulması üçün daha çox 25-29 və 30-34 yaş aralığında tibb müəssisələrinə müraciət edirlər:

"Rəsmi statistikaya əsasən, 2013-cü ildə 27892 abort qeydə alınıb ki, onlardan 8958 halda qadının yaşı 25-29, 7849 halda isə 30-34 arasında olub. Bu yaş qruplarına daxil olan hər 1000 qadına abort göstəricisi müvafiq olaraq 19,4 və 20,0-dır. Ən aşağı göstərici isə yaşı 20-dən aşağı olan qadınlar arasında qeydə alınıb - hər 1000 qadına 3,1".

O bildirib ki, rəsmi statistikada yaşı 18-dən aşağı olan yeniyetmələr arasında abort halları da qeydə alınıb: "Lakin vurğulamaq istəyirəm ki, bu göstərici yeniyetmə qızlarımızın hamiləliyi, əxlaqi problemi kimi qələmə verilməməlidir. Bu göstərici yetkinlik yaşına çatmadan ailə quran yeniyetmələr arasında abortların sayıdır. Yəni erkən nikahlardan irəli gələn bir göstəricidir. Yeniyetmə ailə qurur, hamilə qalır, lakin hamiləlik zamanı meydana çıxan fəsadlar hamiləliyi başa çatdırmağa imkan vermir. Bu halda hamiləlik abortla nəticələnir. Yeniyetmə hamiləliyi riskli hamiləlikdir. İnkişafdan qalmış hamiləlik, dölün bətndaxili inkişaf qüsuru, mamalıq ağırlaşmaları bu yaşda daha yüksək tezliklə rast gəlinir.

Əlbəttə, 40-49 yaşlı qadınlar arasında da abort halları qeydə alınır. İllərlə sonsuzluğun müalicəsində köməkçi reproduktiv texnologiyaların tətbiqi gec reproduktiv yaş dövründə olan qadınlara da ana olmaq sevincini yaşatmağa imkan verir. Lakin bu halda da hamiləliyin özbaşına və ya mamalıq ağırlaşmalarının meydana çıxması ilə əlaqəli abortla nəticələnməsi mümkündür".

Leyla Məmmədova Azərbaycanda abortlara dair mövcud qanunvericiliyin tələblərini belə izah edib:

"Əgər abort qadının arzusu ilə, yəni heç bir tibbi və ya sosial göstəriş olmadan həyata keçirilirsə, bu əsasən təkrar hamiləlik olur. Abort üçün müraciət edən qadınlar əsasən evdə uşağı olan qadınlardır.

Əgər abort qadının arzusu ilə qanunvericilikdə göstərildiyi kimi, hamiləliyin 12 həftəsinə qədər icra olunursa, bu halda dölün cinsi dəqiq bilinmir. Yəni hamiləliyin erkən dövrlərində həyata keçirilən abort dölün cinsə görə seçimi ilə əlaqəli deyil.

Hamiləliyin ikinci trimestrində aparılan abortlarda isə dölün cinsi mənsubiyyəti aborta göstəriş ola bilməz. Hamiləliyin 12 həftəsindən sonra hamiləliyin pozulması tibbi və ya sosial göstərişlər nəzərə alınmaqla konsiliumun qərarı ilə aparıla bilər".

Ginekoloq abortların minimuma endirilməsi üçün ən yaxşı vasitə kimi düzgün həyata keçirilən ailə planlanması xidmətinin olduğunu qeyd edib:

"Bu xidmət bütün qadın məsləhətxanalarında mövcuddur. Mama-ginekoloqlar ailə planlanması kabinetlərində qadınlara ailə planlanması üsulları, hər bir üsulun göstərişləri, əks-göstərişləri barədə məlumat verirlər. Bu xidmət hər bir qadın üçün əlçatandır. Bu məsələdə əhalinin maarifləndirilməsi, həmçinin kütləvi informasiya vasitələrinin rolu əvəz edilməzdir".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda abort edən məktəbli qızlar - Dəhşətli statistika

    Azərbaycanda abort edən məktəbli qızlar - ...

    14-09-2016, 21:24

  • 
  • Göyçayda FACİƏ: qadın abort zamanı dünyasını dəyişdi

    Göyçayda FACİƏ: qadın abort zamanı dünyasını ...

    12-02-2019, 16:13

  • 
  • Azərbaycanda 19 məktəbli qız abort etdirib

    Azərbaycanda 19 məktəbli qız abort etdirib ...

    25-07-2017, 16:44

  • 
  • Erkən nikahların fəsadları - VIDEO

    Erkən nikahların fəsadları - VIDEO ...

    21-01-2015, 21:17

  • 
  • Göyçayda abort zamanı ölən qadının şəxsiyyəti məlum olub - YENİLƏNİB

    Göyçayda abort zamanı ölən qadının şəxsiyyəti ...

    12-02-2019, 23:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu