GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Təhsil ekspertindən Mikayıl Cabbarova sərt ittiham...

Təhsil ekspertindən Mikayıl Cabbarova sərt ittiham...

Tarix: 27-01-2015, 23:03 Bölmə :Manşet Baxış: 0
Təhsil ekspertindən Mikayıl Cabbarova sərt ittiham...

gundemxeber.az -ın elektron poçtuna təhsil eksperti, Bakı Baş Təhsil İdarəsinin keçmiş rəis müavini Məhəmməd Bayramovdan məktub daxil olub.

Həmin məktubu olduğu kimi oxuculara təqdim edirik və bəri başdan qarşı tərəfə də bu ittihamlara cavab haqqını tanıdığımızı bəyan edirik:

Mikayıl Cabbarova hesab dərsi:
“408 : 32 = 17”

“Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə fikrə görə heç kim təqib olunmur.”
İlham Əliyevin Angela Merkellə keçirdiyi birgə brifinqdən. Berlin, 21 yanvar, 2015.

Cənab Prezidentin səmimiliyinə inanaraq qələmi əlimə alıram!

Hamımıza məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamı Mikayıl Cabbarovun təqdimatı əsasında imzalanıb. Sərəncamın yaratdığı narazılığın və çaşqınlığın məsuliyyəti də onun üzərinə düşür. İnanmıram ki, sərlövhədəki “müəllimlərin dərs yükü” ifadəsi ilə həftəlik iş həcmi norması – stavkanın fərqini ondan başqa kimsə anlamamış ola. Hamımız şahidik ki, bu vaxta qədər Prezident heç zaman belə çətin anlaşılan sərəncam imzalamayıb. Bu sərəncamın adı 120 min region müəllimlərini Prezidentdən narazı saldı, paytaxt müəllimlərini isə əvvəl sevindirdi, sonra isə məyus etdi. Bu məyusluğun səbəbini dəyərli oxucu bir az irəlidə biləcək. Bu sərəncamın layihəsi də eynilə regional təhsil idarələrinin yaradılması haqqında sərəncam layihəsi kimi, Prezidentin masası üzərinə birbaşa qoyulmuşdur. Güman ki, bu sərəncamın da aqibəti törətdiyi fəsadlar aşkar olunduqdan sonra həmin sərəncamın aqibəti kimi olacaq.

Gələk Mikayıl Cabbarovun efirdə sərəncama dair açıqlamalarına. Az adam tapılar ki, o verilişdən sonra başağrı dərmanı qəbul etməsin. Mikayıl Cabbarov hardan bilsin ki, cümlə bitmiş bir fikri ifadə etməlidir. Fikirləri bir-birinə qaynaq etmək anlaşılmazlıq yaradır. Axı onun iki il təhsil aldığı Amerikada cümlənin mübtəda və xəbəri “yoxdur”. Bunlar “aaaaaa...” və “ıııııı...” ilə əvəzlənib. Onun həmin çıxışda nisbətən konkret görünən bircə fikrini dərk etməyə çalışaq. “Azərbaycanda müəllimlərin 64%-i il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır.” Yaxşı ki, bu cümlədə “akademik” sözü işlədilib, yoxsa müəllimlər akademik saatla işlədiklərini “bilməyəcəkdilər”. Görəsən 408 ədədini Mikayıl Cabbarov haradan götürüb? Bu, hansı standartdır? Tədris ili 32 həftədir, müəllimin həftəlik dərs saatlarının miqdarı isə natural ədədlə ifadə olunur. Heç bir natural ədədi 32-yə vuranda 408 alınmır. Hesablamanın niyə məhz 408-ə nəzərən aparılmasını nazirlikdə anlayan olsa, bizi də başa salsın. İkinci cümlədən isə belə çıxır ki, 408-i 32-yə böləndə 17 alınır. Hə, bax bu, riyaziyyatda yeni “kəşf” sayıla bilər. Bu da dil savadına “heyran qaldığımız” M.Cabbarovun ibtidai sinif həcmində olan elementar riyazi savadı. Ölkədə savadsızlığın ləğvinə haradan başlanmalı olduğu göz önündədir. Təhsildən isə sonra danışarıq.

Özünün dediyi kimi, onun qarşısında duran əsas məqsədlərdən biri şagird-müəllim nisbətinin (yəni bir müəllimə düşən şagird sayının) artırılmasıdır. Riyaziyyatçılar yaxşı bilir ki, bu nisbətin artması üçün ya şagird sayı kəskin şəkildə artırılmalıdır, ya da müəllim sayı kəskin şəkildə azaldılmalıdır. Aydındır ki, Mikayıl Cabbarov ölkədə uşaq doğumunu artırmaq iqtidarında deyil. Deməli, qarşıya qoyduğu məqsədə çatmaq üçün mütləq müəllimləri kütləvi şəkildə ixtisar etməlidir. Gördüyümüz kimi, onun efirdən söylədiyi “müəllimlər ixtisar olunmayacaq” fikri əsassızdır. Buradan belə çıxır ki, o, ya nisbətin nə olduğunu bilmir, ya məntiqi nəticə çıxarmaq qabiliyyəti yoxdur, ya da səmimi deyil, yalan danışır. Bu gün ölkədə müəllimlərin həftəlik orta dərs yükü 12 saatdan aşağıdır. Sözügedən sərəncam hər bir müəllimə həftədə 18 saat dərs yükü tələb etməyə hüquqi əsas verir və bu sərəncama uyğun olaraq həmin 12 saatı 18-ə çatdırmaq üçün müəllimlərin ən azı 33,3%-i, yəni təxminən 50 min nəfəri öz işini itirməlidir və onların bir daha öz ixtisası üzrə yenidən işə düzəlmək şansı olmayacaq. Hazırda minlərlə işsiz gənc mütəxəssis və ali pedaqoji təhsil alan on mindən artıq tələbə isə gələcəkdə peşəsinə uyğun iş tapmaq arzusunu bu gündən dəfn etməlidir. Düşünürəm ki, Mikayıl Cabbarovun bu siyasəti anti-millidir və dövlətimizin sosial siyasəti ilə daban-dabana ziddir.

İndi də gəlin təşəbbüskarı Mikayıl Cabbarov olan bu sərəncamın Bakı müəllimlərinə nə verəcəyini aydınlaşdıraq. Sərəncamın birinci hissəsi birmənalıdır. Stavkanın 1,5 dəfə artırılması müəllimin çiyninə qoyulan yükün ağırlığını 1,5 dəfə artırmaqdır və bunun müəllimin ziyanına olmasını deməyə ehtiyac yoxdur. Ulu öndərimiz Heydər Əliyev təhsildə inqilabi dəyişiklik etməyin qəti şəkildə əleyhinə idi. Bəlkə Mikayıl Cabbarov təhsil sferasını ondan yaxşı bilir? Rəhbərlik etdiyi sahədə peşəkar olmayan adamdan bundan artıq heç nə gözləmək olmaz.

Sərəncamın ikinci hissəsini bir qədər ətraflı şərh edək. Tutaq ki, bu gün müəllim həftədə 12 saat (1 stavka) dərsə görə X manat alır. Bundan sonra 18 saat (1 yeni stavka) dərsə görə iki dəfə çox, yəni 2X manat alacaq. Onda əvvəl bir saat dərsin əməkhaqqı X : 12, sərəncamdan sonra isə 2X : 18 = X : 9 olur.

İkincini birinciyə bölsək, artımın bir tam üçdə bir dəfə və ya üçdə bir qədər, yəni təqribən 33,3% olduğunu görərik. Deməli, heç bir tutulma aparılmadan, hesablanan artım təqribən 33,3%-dir. Tutulmalardan sonra əlinə 200 manat alan müəllim üçün əməkhaqqı artımını hesablayaq. Tutaq ki, 200 manat əməkhaqqı üçün tutulmalarsız hesablanan məbləğ X-dir. Sosial sığorta və həmkarlar üçün birgə 5 % bütün məbləğdən tutulur. 14% gəlir vergisi isə bu məbləğin minimum əməkhaqqı qədər hissəsindən (140 manat) tutulmurdu. Yəni

X – 0,05X – (X – 140) x 0,14 = 200

Buradan X » 223 manat alınır. Deməli, əvvəl 223 manat əməkhaqqı hesablananda ələ alınan məbləğ 200 manat olurdu. Yeni sərəncama uyğun artımı tətbiq edəndə 223 manatı 33,3% artırırıq. 223 + 223 : 100 x 33,3 = 297 manat hesablanan əmək haqqıdır. İndi tutulmaları nəzərə alaq. Vergi qaydalarına görə, məbləğ 250 manatdan az olduqda onun 140 manatından vergi tutulmur. Çox olduqda isə bütün məbləğdən tutulur. 14% – vergi, 3% – sosial sığorta, 2% – həmkarlara. Cəmi 19%. 297 – 297 : 100 x 19 = 297 – 56 = 241 manat. Əvvəl ələ alınan əməkhaqqı 200 manat idisə, sərəncamdan sonra 241 manat olur. Deməli, buradan göründüyü kimi, ələ alınan pulun artımı cəmi 20% civarındadır.

Asiya İnkişaf Bankının hesablamalarına görə, 2014-cü ildə Azərbaycanda inflyasiya 9% olmuşdur. Paytaxtda istehlak qiymətlərinin artımı yüksək, bölgələrdə isə aşağı olduğu məlumdur. Mütəxəssislərin fikrincə, Bakıda illik inflyasiya 13-14%, bölgələrdə isə 6-7% olmuşdur. Müəllimlərin əmək haqqı axırıncı dəfə 2013-cü ilin avqust ayında 10% artmışdır. Həmin vaxtdan keçən il yarım müddətində Bakıda inflyasiya 20% civarında olub. Sonuncu sərəncamla müəllimlərin ələ aldığı əməkhaqqının 20% artırılması bu inflyasiyanın əvəzidir. Yəni bu sərəncamın icrasından sonra paytaxt müəlliminin maddi durumu 2013-cü ilin sentyabr ayında necə idisə, elə olacaq. Neftin qiymətinin enməsi ilə əlaqədar manatın məzənnəsi düşsə (bu qaçılmazdır), müəllimin maddi durumu daha da pisləşəcək. Bir şeyi bilmək lazımdır ki, bu sərəncamda məqsəd müəllimin sosial durumunun yaxşılaşdırılması deyil, bunun sabit saxlanmasıdır. Təşəbbüskarı Təhsil Nazirliyi olan bu sərəncamda hədəf aşağıdakılardır:

1. Stavkanı 18 saata qaldırmaq.

2. Müəllimlərin əməkhaqqının vergiyə cəlb olunmayan hissəsini də vergiyə cəlb etmək.

3. Neftin qiymətinin düşməsinin büdcədə yaratdığı problemlərlə əlaqədar kütləvi ixtisarlar aparmaq.

4. Mikayıl Cabbarova lazım olan “islahat” görüntüsü yaratmaq.

5. Sosial durumundan narazı müəllimlərə bir müddət “əməkhaqqınızı təzəcə iki dəfə artırmışıq, daha nə istəyirsiniz” demək.

Gördüyünüz kimi, bunların hamısı müəllimin və təhsilin ziyanınadır. Dövlət Qoruğundan gələn adam müəllimin, təhsilin mənafeyinimi qorumalı idi? Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin də bununla bağlı mövqeyini bilmək bu təşkilatın büdcəsinə ildə yüz milyon manatdan artıq üzvlük haqqı ödəyən müəllimlər ordusu üçün maraqlı olardı. Sözümüzün sonunda onu xatırladaq ki, Türkiyədə cumhuriyyətin ilk illərində prokurorluq orqanlarında çalışanların əməkhaqqının nə qədər olması barədə Mustafa Kamal Paşanın fikrini soruşduqda o, belə cavab vermişdi: “öyrətmənlərin maaşından artıq olmasın”...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müəllimlərin yeni artıma əsasən alacaqları əmək haqqı açıqlandı

    Müəllimlərin yeni artıma əsasən alacaqları əmək ...

    1-04-2015, 22:12

  • 
  • Müəllimlərin imtahanı başladı

    Müəllimlərin imtahanı başladı ...

    16-12-2015, 18:17

  • 
  • Mikayıl Cabbarovdan direktorlara növbəti xəbərdarlıq

    Mikayıl Cabbarovdan direktorlara növbəti ...

    16-09-2013, 13:57

  • 
  • Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

    Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi ...

    16-04-2017, 10:54

  • 
  • Müəllimlər üçün yeni qaydalar

    Müəllimlər üçün yeni qaydalar ...

    16-10-2015, 14:29


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu