Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin rəhbərlərinə növbəti xəbərdarlıq edib. Nazir jurnalistlərə açıqlamasında deyib ki, təhsil sistemində ciddi qanun pozuntuları baş verərsə, Təhsil Nazirliyi Azərbaycan qanunvericiliyi çərçivəsində buna cavab verəcək: “Qanun hamı üçün eynidir və hər kəs qanun çərçivəsində cəzalandırılacaq”.
Nazir qeyd edib ki, ötən həftə Təhsil Nazirliyinin əmri ilə Bakıdakı 23 saylı məktəbin direktoru bəzi qayda pozuntularına yol verdiyi üçün vəzifəsindən azad edilib. Təhsil naziri müəllimlərin dərs yükünün artırılması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda müəllimlərin dərs yükünün artırılması ilə bağlı Təhsil Nazirliyinə müraciətlər edilir: “Biz də bu məsələyə baxır və müsbət yanaşırıq. Ancaq bu, hüquqdur, öhdəlik deyil”.
M. Cabbarovun sözlərinə görə, müəllimlərin daha çox dərs saatında çalışması məcburi deyil: “Biz ümumilikdə təhsil sistemində həvəsləndirmə sisteminin mükəmmələşdirilməsinə çalışırıq. Sadəcə olaraq, bizim görüşümüz məktəb direktorları ilə olduğuna görə fəlsəfə çox aydındır. Hesab edirəm ki, bu gün bizim tətbiqi etdiyimiz həvəsləndirmə sistemi tam optimal deyil. Biz bu istiqamətdə addımlar atmalıyıq və nəzərdən keçirilir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?