Prezident naziri fakt qarşısında qoydu; Rayon rəhbərləri ilə bağlı sərt tədbirlər görüləcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məmurlar hədələməsi, cəmiyyətdə özbaşınalıq edənlərin cəzalandırılacağına inamı artırıb.
Xatırladaq ki, Prezident həmin müşavirədə qaba davranışlar, rüşvət və korrupsiyaya söykənən əməlləri ilə seçilən məmurlara, o cümlədən icra başçılarına səslənib: “Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görərik. Mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar da cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən, mən onlara öz sözlərimi deyirəm: “Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq qalın. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır».
Dövlət başçısı çıxışında icra başçılarının adını xüsusi qabartması və ardınca kənd təsərrüfatı məhsullarından bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını, bunun bu sahədə korrupsiya ilə bağlı olduğunu vurğulaması faktı da, qarşıdakı aylar ərzində məmurları heç də yaxşı günlər gözləməyindən xəbər verir. Müşavirədə diqqət çəkən məqamlardan biri də, kənd təsərrfatı naziri Heydər Əsədovun çıxışı və bu çıxışda onun ötən il məhsuldarlığın kəskin aşağı düşməsinin səbəblərini səmimi açıqlamaması oldu. Onun korrpsiyaya yol verən rayon icra başçılarını nədən qorumaq istəməsi də, fürsətcil davranıb, prezidentdən zəhmətkeşlərin adı ilə kənd təsərrüfatı sahəsində inkişafa nail olmaq üçün, beş məsələnin həllini xahiş etməsi də, maraqlı anlardan sayıla bilər.
Prezident İlham Əliyev çıxışında Heydər Əsədovun məhsuldarlığın aşağı düşməsini və digər sahələrdəki geriləmələrin əsl səbəbini açıqlaması da, yuxarıdakı fikri qüvvətləndirir: "Kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki, əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir ki, subsidiyalarda hansı pozuntular baş verir? Yaxşı bilirlər və bəziləri də bu pozuntuların iştirakçılarıdırlar. Ona görə də buna son qoyulmalıdır. Dövlət pulu fermerlərə verir, məmurlara yox. Ona görə də, indi statistik göstəricilər daha realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır»
Bu və ya digər məqamlarla bağlı “Gündəm xəbər”i məlumatlandıran mənbə bildirir ki, prezidentin həm icra başçılarına, həm də nazirlərə xəbərdarlığı və kifayət qədər açıq tonla danışması, məmurları qarşıda ciddi sınaqların gözlədiyindən xəbər verir: «Hesab edirəm ki, yaxın müddətdən başlayaraq, kobud davranan icra başçılarından tutmuş, sahibkarları işlədib pullarını ödəməyən icra başçılarına qədər, yerli icra hakimiyyətlərində ciddi dəyişiklər olacaq. Eyni zamanda ötən il subsidiyaların mənimsənilməsinə görə, barələrində cinayət işi açılmış rayon icra başçılarını da xoş gələcək gözləmədiyni deyə bilərik. Doğrudur, pezidentin «real statistika budur» deyərək, keçmiş kənd təsərüfatı naziri İsmət Abbasovu da hədəfə aldığını deyənlər var. Amma, mən elə düşünmürəm. Belə olsaydı, o zaman İsmət Abbasov baş nazirin müavini təyin edilməzdi. Məncə, prezident bununla korrupsiyanın «nüvəsi»ni yaradan icra başçılarını hədəfə aldı. Axı, bu gün hamı bilir ki, subsidiyaların kəndlilərə paylanılması ilə bağlı Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər bir neçə mərkəzi qurumun təmsilçiliyi ilə yanaşı, rayon icra hakimiyyətlərinin yerli nümayəndələrindən ibarət komissiyalar fəaliyyət göstərir. Maraqlısı bu idi ki, Heydər Əsədov bunları nədənsə açıq atmosferdə keçən iclasda dilə gətirmək istəmədi. Görünür, bəzi icra başçılarının Heydər Əsədovu «dalan»a sıxması, bəzilərinin isə nazirlə anlaşması haqda yayılan söz-söhbətlər də təsadüfi deyil. İlham Əliyev isə "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi» ifadəsi ilə, elə Heydər Əsədovun özünə də xəbərdarlıq etmiş oldu. Yəni, «sənə etimad göstərib, nazir qoymuşuq. Bu il hər şey başqa cür olacaq, məndən 5 xahiş edə bilirsən, amma səmimi olub, ciddi işləməyi də öyrənməlisən» mesajını verdi».
Müsahibimiz subsidiyaların ayrılması prosesinə də aydınlıq gətirib: «Bəli, birmənalı olaraq demək lazımdır ki, bu vəsaitlərin paylanılmasında nazirlərdən daha çox, icra başçıları və onların ərazi üzrə yerli icra nümayəndələrinin fəaliyyəti daha qabarıqdır. Məhz, onlar kəndlər üzrə monitorinqlər keçirərək, səpin aparanların siyahısını və əkilən yerlərin sahəsini müəyyənləşdirirlər. Bu zaman onlar icra başçılarının tapşırığı ilə saxtakarlığa gedərək, nəinki öz qohumlarının adlarına saxta əkin yeri yazırlar, hətta sahələrin və fermerlərin sayının bir neçə dəfə şişirtməkdən də çəkinmirlər. Belə bir hallarla bağlı bir neçə rayon üzrə cinayət işinin açılması buna sübutdur. Maraqlı haldır ki, daha çox korrupsiyaya yol verilən rayonlar barədə heç bir tədbir görülməyib.
Görün bu sahədə korrpsiya faktı hansı halı alıb ki, icra başçıları və onların müavinləri nəfislərinə hakim ola bilməyib, öz ailə üzvlərinin də adına saxta pul yazdırıblar. Məsələn, Masallıda icra başçısnın müavini atasının adına saxta hektar yazdırıb. Cəlilabadda isə, 2014-cü ilin üçün nəzərdə tutulan və 01 dekabr 2013-cü ilə tərtib olunan sənədlərdə əks olunan 2 milyon manata yaxın vəsaitin, ciddi hissəsinin mənimsənilməsi yönündə əsaslı şübhələr barədə məlumatlar dövrü mətbuatda da yazılıb. Amma, Əziz Əzizovun rəhbərlik etdiyi rayon üzrə yoxlama aparılmayıb. Anoloji hal, torpaqlarının əsas hissəsi işğal altında olan Xocavənd, Füzuli, Ağdam rayonları ilə yanaşı, Ağcabədi, Bərdə, Sabirabad, Hacıqabul və digərləri haqqında da söyləmək olar.
Prezidentin çıxışından sonra gözləmək olardı ki, bu və digər rayonlar üzrə də yoxlama aparılar və rayon rəhbərlərindən də bəziləri cəzalandırıla bilərlər».
Mənbə bildirir ki, iki ay əvvəl, daha dəqiq desək, 01 dekabr 2014-cü ildə də subsiydaların verilməsi ilə bağlı, rayonlarda tərttib olunmuş siyahılar mərkəzi komissiyaya gönlərilib: «Düşünürrəm ki, bu siyahı ötən ildəkilərdən fərqli olaraq, dərindən işlənəcək. Və bu dəfə şişirtmələrə yol verən icra başçıları və onların nümayəndələrindən ibarət olan kəndlər üzrə komissiyaların rəhbərləri daha ağır cəzalandıracaqlar. Yəni, əvvəllər bu mənimsəmələri aparanlara 3 il şərti iş verib azadlığa buraxırdılarsa, indi onları həbsxana həyatı gözləyəcək. İcra baaşçılarının karyeralarına son veriləcək».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?