GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət yeni islahata başlayır, iri ranqlı məmurlar “vurulacaq”

Hakimiyyət yeni islahata başlayır, iri ranqlı məmurlar “vurulacaq”

Tarix: 5-02-2015, 15:37 Bölmə :Manşet Baxış: 0
Hakimiyyət yeni islahata başlayır, iri ranqlı məmurlar “vurulacaq”

Əhməd Əhmədzadə, Qorxmaz Hüseynov və digər məmurların yaxın ətrafı ilə bağlı yeni həbslərin həyata kemiriləcəyi də gözlənilir

Ölkədə geniş miqyaslı struktur islahatlarının aparılacağı haqda xəbərlər yenidən dövriyyəyə buraxılıb. Xususən Prezident İlham Əliyevin ötən ay 2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan etməsi ilə bağlı sərəncam verməsi və bu sahə ilə bağlı məmurlara etdiyi sərt xəbərdarlıqdan sonra, ciddi struktur islahatlarına tezliklə start veriləcəyinə şübhə edilmir.
“Gündəm Xəbər”ə verilən məlumata görə, uzun illərdir ki, eyni funksiyanı icra edən dövlət qurumlarının birləşdirilməsi məsələsi müzakirə mövzusu olsa da, bunlar bu günədək reallaşdırılmayıb. Amma hakimiyyət artıq bu istiqamətdə ciddi qərar vermək niyyətindədir. İddialara görə, iqtidar qarşıdakı aylar ərzində mərkəzi hakimiyyət orqanlarının sayını azaltmaq və fəaliyyət istiqamətləri üst-üstə düşən bir çox qurumları birləşdirmək planını həyata keçirməyə başlayacaq:
«Xatırlayırsınızsa, bu günlərdə deputat Fazil Mustafa da "Meliorasiya və Su Təsərrüfatı” ASC ilə "Azərsu” ASC-nin birləşdiriləcəyinin vacibliyi haqda açıqlama verdi. Bəli, əslində, hər iki qurum eyni funksiyanı yerinə yetirir. Yəni, biri kanalizasiya və içməli su təminatını, digəri isə suvarma işlərinin icarasını reallaşdırır. Bunların eyni «bayraq» altında birləşdirilməsi, su təsərrüfatı sahəsinin mobil idarəetməsinə zəmin yaradacaq. Çünki bu strukturların ayrı-ayrılıqda fəaliyyəti, bir-birini təkrarlaması anlamına gəlir. Lakin bu birləşdirilmə məsələsinin hakimiyyətdəki güc mövqelərinin dəyişməsi anlamında, ortaya bir sıra çətinliklər çıxaracağı da istisna deyil. Artıq bəzi qruplar birləşdirmə prosesində, daha çox pay qazanmaq üçün fəaliyyətə də keçiblər».

Müsahibimiz deyir ki, ötən ilin noyabr ayının 1-də Prezident İlham Əliyevin Əhməd Əhmədzadənin sədri olduğu "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin daha bir səlahiyyətinin alınması haqda fərmanı, sözügedən ASC-nin başqa bir qurumla birləşdiriləcəyinə inamı artırıb. Fərmanla "Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” qanununda dəyişiklik olub və bu dəyişikliyə görə ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə, meşə sahələrinin çay kənarlarındakı yaşıllıq ərazilərinə nüfuz etmək səlahiyyəti alınıb. Və bu günlərdə adıçəkilən Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı, Nazirlər Kabineti də öz qərarını açıqlayıb. Yeni qərarla çay kənarlarındakı meşə massivi ilə bağlı bütün səlahiyyətlər, bundan sonra tam olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub:

«Bu fərmandan sonra "Meliorasiya və Su Təsərrüfatı” ASC–nin ləğv ediləcəyi daha aydın görünməyə başladı. Düzdür, bir neçə deputat və ekspertlər bu qurumun «Azərsu» ASC-yə birləşdiriləcəyini deyir. Ancaq əslində, elə deyil. Bu ASC-nin Fövqəladə Hallar Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyinə veriləcəyi deyilir. Ancaq daha çox ikincinin, yəni KTN-nin bu mübarizədən qalib ayrılacağı gözlənilir. Bunu bir ay əvvəl, yəni oktyabrın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə, əlavə səlahiyyətlər əldə edən Heydər Əsədovun atdığı addımlar da təsdiqləyir. Məndə olan məlumata görə, hazırda «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin “Azərsu” ASC ilə deyil, Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi məsələsi gündəmə gətirilib. Artıq Heydər Əsədov bununla bağlı, Nazirlər Kabineti və Prezident Administrasiyasının müvafiq şöbələri qarşısında məsələ qaldırıb. Nazir bu il taxıl və digər əkinlərin proqnozlaşdırıldığından aşağı göstərici verməsinin, birbaşa Əhməd Əhmədzadənin sədri olduğu «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin fəaliyyətsizliyi ilə də əlaqələndirib. Nazir təkliflər paketində xüsusi vurğulayıb ki, əkin sahələrinin böyük hissəsinin son 20 ildə erroziyaya uğraması və buna görə ölkənin əkin sahəsinin böyük hissəsində məhsuldarlığın kəskin aşağı düşməsi, sözügedən ASC-in bu istiqamətdə heç bir iş görməməsi ilə bağlıdır. Etiraf etmək gərəkdir ki, KTN bu məsələdə haqlıdır. Əsasən taxılçılıq rayonlarında əkin və həyətyanı sahələr, son illər ciddi şəkildə şoranlaşıb. Və ASC son 20 ildə əkin sahələrini bu təhlükədən qoruya biləcək kollektorlarda əsaslı iş aparmayıb. Bəzi rayonlarda isə, 20 il əvvələ qədər olan kollektorlar zir-zibillə dolub. Bəli, ASC isə ayrılan pullara rəğmən, heç bir təmizlik işləri aparmadığından torpaqların böyük hissəsi şoranlaşıb. Yerli təsərrüfatçılar isə, ciddi xərc tələb edən bu problemi öz vəsaitləri hesabına həll edə bilmirlər. Belə bir halın varlığı faktiki əkin sahələrinin azalmasına, həm də bəzi sahələrdə məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olub».

Müsahibimiz deyir ki, KTN rəhbəri məhsuldarlığın artırılması məsqsədilə kənd təsərrüfatı sahəsinin stimullaşdırılmasını vacib sayıb və problemləri sistemli həll etmək üçün, ASC-nin nazirliyə birləşdirilməsini məqsədəuyğun hesab edib: "Heydər Əsədov Azərbaycanın yenidən kənd təsərrüfatı ölkəsinə çevirmək və iqtisadiyyatımızda bu sahənin əvvəlki yerini təmin etmək üçün, daha bir təklif verib. O, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin də, KTN-ə birləşdirilməsi təklifini verib. Bildirilib ki, bu həm də kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyalara ciddi nəzarət etməkdən tutmuş, həm də bu sahənin vahid mərkəzdən effektli idarəedilməsinə səbəb olacaq. Ancaq «Meliorasiya və Su Təsərrüfatı» ASC-dən fərqli olaraq, komitənin ləğv edilərək, nazirliyin tərkibində fəalliyyət göstərməsinə sıcaq baxılmayıb. Daha dəqiqi, Heydər Əsədovun diqqətinə çatdırılıb ki, qarşıdakı aylarda «Elektron Kənd Təsərrüfatı» sistemi yaradılacaq və buna o zaman baxmaq olar. Amma Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumun KTN-ə birləşdirilməsinə ilkin razılıq verilib. Yəni, Heydər Əsədov rəhbərlik etdiyi qurumu, super nazirliyə çevirmək üçün ciddi və rəqib qrupları qabaqlayan addım atıb. Çox güman ki, bu prosesin fonunda «Azərsu» ASC-nin də taleyinə aydınlıq gətiriləcək. İndiki məqamda isə, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumun taleyinin böyük ölçüdə həll edildiyini söyləmək olar».

Struktur islahatlarının yenidən gündəmə gəlməsinin bəzi dövlət müəssisələrinin rəhbərlərinin də, qorxulu röyasına çevrildiyini iddia edən mənbənin sözlərinə görə, başda Əhməd Əhmədzadə, Qorxmaz Hüseynov və komitə sədri Qərib Məmmədov olmaqla, digərlərinə bu prosesin onların yolunun hüquq-mühafizə orqanlarından keçəcəyi ehtimalını da özündə saxlayır: «Elə götürək, «Meliorasiya və Su Təsərrüfatı» ASC ilə «Azərsu» ASC-də son illər, müxtəlif adlar altında mənimsənilən milyonlarla manata müqabil görülən işləri. Bu qurumlarda dövlət layihələrini belə təhlükələr altına ataraq, milyonları mənimsəyiblər. «Azərsu» ASC-də milyon manatlarla mənimsənilən vəsaitlərlə bağlı, dövrü mətbuatda yüzlərlə məqalələr yazılıb. Baxın, bunların hər birində Qorxmaz Hüseynovun, onun qardaşlarının, qaynının, bacısı oğlanlarının, xalası uşaqlarının adları və onlara bağlı olan MMC-lərin saxta tender oyunları və nələrə sahib olduqları haqda dəqiq məlumatlar verilib. Sözsüz ki, Qorxmaz Hüseynov indiki vəzifəsinə arxayın olaraq, hələ ki, yaxınlarını həbslərdən və hesabat verməkdən qoruya bilir. Ancaq birləşdirmə məsələsindən sonra o, bunlara indiki kimi rahat cavab verə bilməyəcək. Ən azından onun qardaşı və bacısı oğlunun Hacıqabul və digər rayonlarda mənimsədikləri və ümumi məbləği 500 milyon manatı keçən vəsaitlərlə bağlı, gec-tez cavab verəcəkləri qaçılmazdır».

Sonda mənbə bir neçə ay bundan əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən «Azərsu» ASC-nin həbs edilən hüquqşünası Babək Həsənovun da, Qorxmaz Hüseynov başda olmaqla «Azərsu» ASC-nin rəhbər şəxslərinin «dalan»a sıxılmasına səbəb verdiyini iddia edir: «Həbs edilən Babək Həsənov «Azərsu» sədrinin 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, Qorxmaz Hüseynovun 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkəni kimi, ASC-də qeyri-rəsmi status qazandığından, bir sıra iri maliyyə mənimsəmələrinin başında duran əsas şəxslərdən olub. Həbsinə qədər bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalzasiya sisteminə qoşulmasına rəsmi razılıq sənədi sayılan "Texniki şərt”i də, məhz, onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb. Bu isə obyektlər üzrə bəzən 150 min manatı aşıb. Maraqlı burasıdır ki, bir sıra yaşayış və qeyri-yaşayış binalarına texniki şərt sənəd verilsə də, alınan pullar ASC-nın rəsmi hesabına ödənilməyib. Mətbuatda yayılanlara görə, Babək Həsənov təkcə texniki şərtlərin verilməsi prosesində, əldə olunan pullardan 650 min manatının qayınatasının qardaşı olan Teyyub Cabbarovun villasına xərcləndiyini etiraf edib. Bu və ya digər rəqəmləri topladıqda isə, deyə bilərəm ki, həm bu, həm də Qorxmaz Hüseynovun yaxın qohumlarının «Azərsu» ASC-nin səlahiyyətlərindən istifadə edərək, bir neçə milyard manat vəsaiti dövriyyədən çıxardıqları istisna deyil. Yəni, bu və ya digər olayların aparılacaq islahatlar zamanı nəzərə alınacağı, iştirakçı məmurların əksəriyyətinin barəsində cinayət işinin açılacağı da istisna deyil. Bəli, budəfəki islahatlar məmurlara təkcə yerdəyişmə deyil, həm də onlara məşəqqətli günlər vəd edir...».

Cəfər MƏRDANOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 9 nazir vəzifəsi ilə vidalaşacaq – Hakimiyyət islahatara başlayır

    9 nazir vəzifəsi ilə vidalaşacaq – Hakimiyyət ...

    17-04-2018, 16:08

  • 
  • İlham Əliyev məmurların sayını azaltmağa məcburdur

    İlham Əliyev məmurların sayını azaltmağa məcburdur ...

    2-04-2016, 01:32

  • 
  • İlham Əliyevdən yeni sərəncam

    İlham Əliyevdən yeni sərəncam ...

    12-01-2015, 20:07

  • 
  • İlham Əliyev Qərib Məmmədov və Etibar Pirverdiyevin nöqsanları haqda: “Dözülməz vəziyyətdir...”

    İlham Əliyev Qərib Məmmədov və Etibar ...

    12-04-2015, 18:05

  • 
  • İqtidar-müxalifət dialoqu başlayır?

    İqtidar-müxalifət dialoqu başlayır? ...

    26-11-2013, 11:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (267)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu