Diqqət! Qəzetimizin 04 fevral 2015-ci il tarixli sayının 2-səhifəsində “ Sabirabadın hərbi komissarının saxlanılmasının xəbəri yayıldı” başlıqlı açıqlama dərc etmişdik. Məlumat redaksiyamıza iş saatlarının sonunda daxil olduğundan, məlumatın tam dəqiqləşdirilməsini həyata keçirə bilməmişdik. Amma, 05 fevral 2015-ci il tarixdə (qeyd:dünən) dəqiqləşdirmə apara bildik ki, həbs qəti-imkan tədbiri, SHXÇDXİ, Sabirabad rayon idarəsinin rəisi ilə bağlı deyil, həmin idarənin hərbi-həkim komissiyasının sədri Rail Musayevlə bağlı verilmişdir.
Sabirabad rayon sakininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsi, Sabirabad rayon idarəsinin hərbi-həkim komissiyasının sədri tərəfindən ondan rüşvət tələb etməsinə dair müraciəti, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Müraciət üzrə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, xidmətin Sabirabad rayon idarəsinin hərbi-həkim komissiyasının sədri, Sabirabad rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Rail Musayev, xidməti vəzifəsinin icrası ilə əlaqədar, rayon sakininin övladının hərbi xidmətə yararsız hesab olunmasına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsinin müqabilində, özü üçün tələb etdiyi 500 manat məbləğ pulun 200 manatını, 3 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət tələbetmə) maddəsi ilə cinayət işi başlanmış və R.Musayevə həmin maddədə nəzərdə tutulan ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri də seçilmişdir. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?