Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakıda xüsusi əməliyyat keçirib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, əməliyyat ötən gecə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsində aparıb. Əməliyyat zamanı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsi rəisinin sürücüsü Vaqif Abdullayev saxlanıb. Onun nədə ittiham olunduğu açıqlanmır. Həbdslə bağlı DİA.AZ-ın verdiyi məlumata görə Vaqif Abdullayev heç də sıradan birisi deyilmiş. Mənbə iddia edir ki, saxlanılan şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bibisi qızının əridir və onun məhz qohumuna güvənərək bir çox qeyri-qanuni əməllər törətdiyi iddia olunur. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsindən APA-ya V. Abdullayevin saxlanılması faktını təsdiqləsələr də, əlavə açıqlama verilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?