Fevralın 4-də Balakən rayon Məhkəməsində, rayonun Qullar kənd sakini Xanpəriyev Məhəmməd İlham oğlunun, cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı, iş üzrə zərərçəkmiş şəxslərdən biri Xipiyev Elşən Etibar oğlu, üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədilə ona çoxsaylı xəsarətlər yetirmişdir. M.Xanpəriyev Balakən rayon Mərkəzi Xəstəxanasına aparılmış və orada aldığı xəsarətlərdən dünyasını dəyişmişdir.
Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir.
E.Xipiyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilmişdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?