Fevralın 6-da saat 02 radələrində paytaxtın Xətai rayonu ərazisində Məmmədov Şahlar Məzahir oğlunun üzərində zorakılıq əlamətləri olan meyitin aşkar edilməsi faktına görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, həmin tarixdə şəhər sakini Emin Musayev
dostları Abdulla İsmayılov, Loğman Rəhimov, Anar Qəhrəmanov və şəxsiyyəti istintaqa hələlik məlum olmayan Emin adlı şəxslə birlikdə, rayon ərazisində fəaliyyət göstərən “Arabeska” çay evində olarkən, orada olan Şahlar Məmmədov və onunla birlikdə şəxsiyyəti istintaqa hələlik məlum olmayan digər iki nəfər tanışları arasında yaranmış mübahisə zəminində, A.Qəhrəmanov Ş.Məmmədovu çay evinin arxasına dəvət etmişdir. Bu zaman Ş.Məmmədov üstündə gəzdirdiyi bıçaqla A.Qəhrəmanova xəsarət yetirmiş, E.Musayev və A.İsmayılov isə xuliqanlıq niyyəti ilə üstlərində gəzdirdiyi bıçaqla Ş.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdiyindən və bunun üçün əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrinə tövsif edilmişdir.
Bakı şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğu və rayon hüquq mühafizə
orqanı əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində, Ş.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən E.Musayev və A.İsmayılov, həmçinin hadisə vaxtı silah qismində istifadə edilən əşya tətbiq etməklə, xuliqanlıq cinayətini törətməkdə şübhəli bilinən Loğman Rəhimov da tutulmuşdur. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Bakı şəhər Prokurorluğunun istintaq idarəsində iş üzrə cinayətin
törədilməsində digər şəxslərin iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində, zəruri istintaq-əməliyyat tədbirləri davam etdilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?