GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bərdə səhiyyəsində 83 min manat dəftərxana korrupsiyası

Bərdə səhiyyəsində 83 min manat dəftərxana korrupsiyası

Tarix: 19-02-2015, 23:00 Bölmə :Manşet Baxış: 0
Bərdə səhiyyəsində 83 min manat dəftərxana korrupsiyası

Azərbaycanın səhiyyə sahəsində ən “axsayan” ərazilərdən biri də Bərdə rayonudur. Uzun müddətdir ki, ömrünü-gününü Bərdə səhiyyəsinin çapılıb-talanmasına yönəldən, Bərdə Səhiyyə İdarəsinin müdiri İftixar Zeynalova, nədənsə bu gün də, “qaşın üstə qara var”, deyən tapılmır. Aparılan araşdırmalar onu sübut edir ki, baş həkim Zeynalov yuxarıda səhiyyə nazirliyi, yerlərdə isə bəzi məmurlarla əməlli-başlıca işbirliyi qurub.

Verilən məlumatlara əsasən onu deyə bilərik ki, Bərdə xəstəxanalarında dərman preparatları tapmaq mümkün deyil. Ayrılan küllü miqdarda vəsaitlərin hara, nə məqsədə xərclənməsini görən də yoxdur. Görənlər isə yalnız onları baş həkimin apteklərində görürlər.

Azərbaycan Respublikasının Konstitutsiyasına görə, bizim dövlətdə səhiyyə xidmətləri pulsuzdur və hər bir vətəndaş dövlətin bu qayğısından səmərli istifadə etmək hüquqna malikdir.

Bərdə Səhiyyə İdarəsində özbaşınalıq və açıq “bazar” mühiti vətəndaşları zinhara gətirib. Və Bərdədə həkimlər əvvəlcədən «ödəmə almadan» heç bir xəstəyə baxmırlar. Bu sistemi tətbiq edən Bərdə səhiyyəsinin bugünkü müdiri İftixar Zeynalovdur. Baş həkim rayon mərkəzində fəaliyyət göstərən uşaq xəstəxanası, şəhər poliklinikası, uşaq poliklinikası və rayonun doğum evi ilə “yararlanır”. Uşaq Xəstəxanasında hər hansı tibbi xidmətə görə, vətəndaşlardan rüşvət almaqla bərabər, həmçinin xəstəxanada yatan vətəndaşlara məcburi dərman preparatları da aldırırlar. Rayonun mərkəzi xəstəxanasında cərrahiyə əməliyyatı aparan həkimlər, baş həkimə aldıqları “haqq-hesab”ın 30 faizini çatdırmaq məcburiyyətində qalırlar. Baş həkim özünə yaxın bidiyi bir neçə həkimə UZİ aparatı gətizdirərərək, onlardan hər ay hesab aldığı da bildirilir.

Daxil olan məlumatlara görə dövlət tərəfindən Bərdə Mərkəzi Xəstəxanasına, 2014-cü ildə ayrılan 600.000 mantatın böyük bir hissəsi, məhz İftixar Zeynalov tərəfindən aidiyyəti istiqamətə

yönəldilmir, onun maraq dairəsində olan sahələrə xərclənir. Qeyd olunan vəsaitin 83.000 manata yaxını dəftərxana və təsərrüfat işləri üçün nəzərdə tutulsa da, bu baş həkimin vecinə olmayıb. Təsərrüfat və dəftərxana işlərinə ayrılmış bu qədər vəsait, heç də kiçik rəqəm deyil. Görəsən, İftixar Zeynalov xəstələri kağızla, bel, yaba və.s alətlərləmi müalicə etdirir?

Bundan başqa dövlət qeydiyyatında olan xəstələrin əksəriyyəti, mərkəzi xəstəxananın verməli olduğu dərman preparatlarını almırlar və bu dərmanlar da baş həkimin adamları tərəfindən mənimsənilir. Həmçinin rayonda qeydiyyatda olan bir çox xəstələrin sayının şişirdildiyi və həmin şəxslərə dövlət tərəfindən təqaüd verildiyi üçün, həmin şəxslərin də adına yazılan dərmanlar da apteklərdə satışa çıxarılır.

Apardığımız araşdırmadan məlum olur ki, Bərdə rayonu üzrə təxminən 1600-ə nəfərə yaxın güzəştli kateqoriyadan olan xəstələr var. Səhiyyə və maliyyə nazirliklərinin 27 fevral 2007-ci ill tarixli birgə əmrinə əsasən, dövlət xəstəxanalarında 141 adda dərman pulsuz olaraq güzəştli xəstələrə verilməlidir. Eyni zamanda, səhiyyə nazirliyinin 2005-ci il tarixli 141 nömrəli əmrinə əsasən, xəstəxanaların bütün şöbələrində təcili tibbi yardım üçün 60 adda dərman və 23 adda tibbi ləvazimatlar vətəndaşlara verilməli və tibb məntəqələrində mütləq şəkildə olmalıdır. Amma, Bərdə rayonunun xəstəxanalarında, kənd tibb məntəqələrində heç bir vətəndaşa pulsuz dərman preparatları verilmir.

Bildirilir ki, baş həkim kənd, tibb məntəqlərinin adlarına dərman preparatları yazdırsa da, rayonun kənd səhiyyə ocaqlarında bir dənə də olsun dərman preparatı tapmaq mümkün olmur. Məhz, bunun nəticəsidir ki, rayon səhiyyə idarəsinin müdiri İftixar Zeynalov, bu gün Bərdədə ən varlı məmurlardan biri hesab olunur.

Yaxın bir-iki gün ərzində rayon səhiyyəsinin axırına çıxan baş həkim haqda, qəribə bir məlumat da almışıq. Baş həkimin gəlir gətirən hər şeyin başından yapışmağı yaxşı məlumdur. Həm də iri təsərrüfat

sahibidir, yəni “fermerdir”. Bərdənin Qurdlar kəndi ərazisində böyük mal ferması var. Burada saya gəlməz dərəcədə iribuynuzlu mal-qara saxlayan İftixar Zeynalov, ondan da doyub. İndi isə xırdabuynuzlu heyvana keçmək niyyətindədir. Qoyun, keçi, quzu sairə kimi dilbilməz heyvanlar saxlamaq sevdasına düşüb. Yerli sakinlər onu da bildirirlər ki, Zeynalovun saxladığı inəklərin başı “çalmalıdır”. Baş həkimin fikrincə bu da inəklərin xəsəliklərdən qorunmağından və “çalmalıların” ona məxsus olmağından xəbər verir. İşə bir baxın, demək “Hippokrat” andını içmiş bu adam, xəstələrə şəxsi təsərrüfatının qayğısına qaldığı kimi qalmır.

İftixar Zeynalovun rəhbərlik etdiyi xəstəxananın qarşısında “Ömür” klinikası da var ki, orada da bərdəlilərə ömür uzatmaqdan başqa nə istəsən xidmət göstərə bilirlər. Bura yolu düşən xəstənin cibində evə qayıtmağa pulu da qalmır. Xəstələrin verdikləri analizlər tam yarıtmaz olur və cavablar da yarıtmaz olur. Çünki, klinikada tibb işçilərinin gözləri yalnız puldadır. Axı, onlar da İftixar Zeynalovun tabeçiliyindədirlər.

Bərdəlilərin gözlərində doymuş məhlula çevrilən İftixar Zeynalova, Bərdə səhiyyəsini talan etmək üçün ona ixtiyar verənlər, yəqin ki, tezliklə öz cəzalarına çatacaqlar.

Natiq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq: Həkim rüşvət alarkən görüntüləndi (VİDEO)

    Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq: ...

    3-07-2019, 16:31

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    29-04-2016, 17:16

  • 
  • Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

    Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü ...

    29-01-2014, 12:15

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Bərdədəki “Ömürdən pay” klinikası, ömrümüzə “qənim kəsilib”

    Bərdədəki “Ömürdən pay” klinikası, ömrümüzə ...

    27-12-2016, 20:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu