Yaşanan problemlərin varlığı poliklinika rəhbərliyinin Azərbaycan səhiyyəsinə bəxş etdiyi “töhfələr”dir ki, bunları hər kəs görür və gördükcə təəssüf hissi də keçirir
Yəqin ki, məqalənin başlanğıcını oxuyan hər kəs mövzunun hansı səbəbdən belə bir məzmunda yazılması anlamına xüsusi diqqət yetirəcək və Bərdə şəhər poliklinikasında yaşananlara bir daha nəzər salacaq. Diqqət ayırlası məqam odur ki, bu gün adı çəkilən səhiyyə müəssisəsində yaşanan problemlərin, bəlkə də digər səhiyyə ocaqlarında yaşanan problemlərlə heç bir oxşarlığı belə yoxdur.
Mətləbə keçməzdən öncə onu vurğulamaq istərdik ki, hal-hazırda Bərdə şəhər poliklinikasında səhiyəmizin inkişafı, problemlərinin aradan qaldırılması ilə bağlı qəbul olunmuş qanunlar yalnız kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar və.s isə, boş-boş vədlərdən başqa bir şey olmur.
Digər tərəfdən, bir kimsə adı çəkilən poliklinikaya üz tutarsa, ilk andaca üzləşəcəyi mənzərə onu lap dəhşətə də gətirər. Çünki, həmin səhiyyə ocağında
yaşanan ab-hava, acınacaqlı durum, bu gün tam əksəriyyətin yaralı yerinə də çevrilib. Belə ki, poliklinikanın ayrı-ayrı otaqlarında elektrik naqillərinin açıq şəkildə divarlardan asılması, ümumi zalın tavan hissəsinin uçması və olduqca bərbad görkəmdə olması, bəzi pəncərələrdə şüşələrin olmaması, ayaqyolu qapısının mismarla bağlanması, giriş zallarının və otaqların natəmizliyi və. s, bu gün Bərdə şəhər poliklinikasında yaşanan ab-havanın varlığını göstərir.
Təəssüf doğuran hal odur ki, poliklinika rəhbərliyi yaşanan durumla bağlı xəbərdar olsa da, əslində o, özünü məlumatsız şəxs qismində aparır və rəhbərlik etdiyi səhiyyə ocağında, hər cür xoşagəlməz amillərin yaşanmasına bilərəkdən şərait də yaradır. O halda meydana belə bir suallar da çıxır ki, axı bu gün yeniləşən səhiyyəmizin bir parçası olan Bərdə şəhər poliklinikasında niyə belə bir ab-hava hökm sürür? Bəyəm, poliklinikanın təmiri ilə bağlı büdcədən vəsait ayrılmırmı? Ayrılırsa həmin vəsaitlər hara xərclənir ki, bu gün adı çəkilən poliklinikada dözülməz şəraitsizlik hökm sürməkdədir?.
Daha faciəli hal odur ki, Bərdə şəhər poliklinikasında bənzəri olmayan inhisarçılıq mühiti də hökm sürür. Yaşanan problemlərin varlığı poliklinika rəhbərliyinin Azərbaycan səhiyyəsinə bəxş etdiyi “töhfələr”dir ki, bunları hər kəs görür və gördükcə təəssüf hissi də keçirir. Poliklinika rəhbərliyinin yarıtmaz idarəçiliyi haqda məlumatlı olan mənbə “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, rəhbərliyin həyat keçirdiyi belə bir idarəçilik, hal-hazırda səhiyyəmizin inkişaf etdirilməsinə deyil, bilərəkdən bu cür duruma salınmasına hesablanmış addımlarıdır. Əgər bu belə olmasaydı, o halda poliklinika rəhbərliyi yaşanan problemlərlə bağlı müvafiq addımlarını atardı. Adicə bir məqama diqqət yetirək ki, divarlardan asılı vəziyyətdə olan elektrik naqillərini qaydaya salmaq, o qədərmi çətin problemdir?
Ümumiyyətlə, bu gün Bərdə şəhər poliklinikası olduqca xoşagəlməz olayların girdabında boğulan səhiyyə ocaqlarından biridir. Problemlərin varlığı isə, bir daha onu söyləməyə əsas verir ki, yaşanan ab-hava poliklinikanı inhisarında saxlayan rəhbərliyin hələ ki, maraqlarına cavab verməkdədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?