“Atrabank”dan 11 il əvvəl kredit götürən kişinin qolları məhkəmə zalında qandallandı
Sumqayıt Apelyasiya Məhkəməsində Yevlax şəhər sakini, 1963-cü il təvəllüdlü Teyyub Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Sumqayıt şəhərində fərdi əməklə məşğul olan Teyyub Muradov, “Atrabank” ASC-dən 3000 min manat kredit götürüb.
Onun kredit borcu10 oktyabr 2003-cü il və 10 aprel 2004-cü il üçün hesablanıb və 160 faiz borcu hesablanaraq, Teyyub Muradovun ümumilikdə banka 3900 manat qaytarmalı olub. Kredit borcunu qaytarmayan Teyyub Muradov, bank tərəfindən məhkəməyə verilib.
“Atrabank” ASC-nin xeyrinə Teyyub Muradovdan pul tutulması ilə bağlı, ödənilməsinə dair Sumqayıt şəhərMəhkəməsi15 dekabr 2009-cu il tarixin qərarı qəbul edib. Lakin Teyyub Muradov məhkəmənin qərarını icra etməyib. Bu səbəbdən də şəhər məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilib və 500 manat məbləğində inzibati qaydada cərimə edib. O, yenə də məhkəmənin qərarını icra etməyib.
Bu səbəbdən də, Teyyub Muradovun barəsində hüquq-mühafizə orqanlarına şikayət olunub. Prokurorluqda onun barəsində Cinayət Məcəlləsinin 196.1-ci (kreditor borclarını ödəməkdən qəsdən yayınma, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurma) maddəsi ilə ittiham olunub və barəsində olan cinayət işi baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmə Teyyub Muradovun aylıq qazancından 10 faiz məbləğində tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Lakin hökmdən Baş Prokurorluq narazı qalıb və apelyasiya protesti verib. Prokurorluq protestini onunla əsaslandırıb ki, məhkumun əməli cinayət qanunu ilə düzgün tövsüf edilsə də, ona törətdiyi cinayət hadisəsinin ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olmayan yüngül cəza verilməyib. Prokurorluq iddia edib ki, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsi və zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd göstərməsi, cəzanı yüngülləşdirən halkim nəzərə alsa da, bu halın nədə ifadə olunması hökmdə öz əksini tapmayıb.
Qeyd olunub ki, təqsirləndirilən şəxsin 11 il ərzində zərərçəkmiş şəxsə borclu olduğu məbləği qaytarmaması və bunun üçün hər hansı bir təşəbbüs göstərməməsi, onun səmimi peşmançılığının göstəricisi hesab edilə bilməz. Protestdə qeyd edilib ki, məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin cəza təyin edilməsi məsələlərindən bəhs edən 2, 8, 34, 41, 58 və 59-cu maddələrinin tələblərini pozub.
Dövlət ittihamçısı hökmün dəyişdirilməklə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edib. Apelyasiya protestində daha sonra qeyd edilib ki, məhkəmə qeyd olunanları nəzərə almadan, məhkum barəsində əlavə cəzanın tətbiqi məsələsini müzakirə etməyib və təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəza təyin etməyib.
Prokurorluq şikayətin araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Cinayət Kollegiyasının hakimi Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya protestinin dəlilləri araşdırılıb.
“Atrabank” ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışda görünüb ki, Teyyub Muradova 10 oktyabr 2003-cü il tarixli kredit müqaviləsinə əsasən, 3 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilib, lakin təqsirləndirilən şəxs 11 il ərzində qeyd olunan borcları ödəməyib. Teyyub Muradov isə izahatında qeyd edib ki, bank tərəfindən hesablanmış əsas və faiz borcların şişirdilmiş məbləğdə olduğu üçün həmin borcu qaytarmaq fikri olmayıb.
İzahatları dinləyən hakim heyəti sonda qərarı açıqlayıb. Qərara görə, prokurorluğun şikayəti təmin edilib və Teyyub Muradovun barəsində 6 ay müddətində həbs qərarı çıxarılıb. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və məhkəmə zalındaca həbs edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?