GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İcra başçısı Samir Şərifovu zərbə altında məmuru təhdid edir

İcra başçısı Samir Şərifovu zərbə altında məmuru təhdid edir

Tarix: 21-02-2015, 12:43 Bölmə :Manşet Baxış: 0
İcra başçısı Samir Şərifovu zərbə altında məmuru təhdid edir

Qanlı hadisəyə imza atan komitə sədrinin bacanağı Nazim Məlikov çıxılmaz vəziyyətdə qalıb

Xəbər verildiyi kimi, ötən ilin avqust ayının 7-də Şəmkirdə Düyərli kənd bələdiyyə sədrinin müavinini bıçaqlayan rayon Maliyyə idarəsinin rəisi Nazim Məlikov yenidən öz vəzifəsinə bərpa edilib. Bu təyinat ortaya yeni şübhəli məqamlar çıxarmaqla yanaşı, həm də maliyyə naziri Samir Şərifovun imicini ciddi zəddələyib.

Bu barədə «Gündəm Xəbər»ə verilən məlumata görə, nazir Samir Şərifovun Nazim Məlikovun yenidən rəis təyin edilməsi haqqında əmri peşəkar maliyyəçiləri və prokurorluq işçilərini də təəccübləndirməklə yanaşı, rayonun yeni icra başçısı Alimpaşa Məmmədovun əlinə əlverişli fürsət verib: «Bildiyiniz kimi, Nazim Məlikov bələdiyyə sədrini qanına qəltan edib, xəstəxanalıq etdikdən sonra istintaq bəhanəsilə nazir Samir Şərifov onu vəzifəsindən çıxarmışdı. O zaman nazirlik bunu baş vermiş hadisənin obyektiv araşdırılması ilə əlaqələndirirdi. Lakin hadisədən bir neçə ay sonra, daha dəqiqi, ötən ilin oktyabrın 29-da nazir Samir Şərifovun müvafiq əmri ilə Nazim Məlikovun yenidən vəzifəsinə bərpa edilməsi, həm hüquq-mühafizə orqanlarının, həm də Maliyyə Nazirliyinin imicinə ciddi ləkə vurdu. Diqqət etdinizsə, Maliyyə Nazirliyindən Nazim Məlikovun vəzifəsinə yenidən təyin edilməsi ilə bağlı açıqlamada bildirildi ki, Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməyib. Bununla polis və prokurorluğun qanlı bir hadisəni necə ört-basdır etməsi təsdiqləndi. Eyni zamanda, nazirliyin «beləliklə də Nazim Məlikovun vəzifəsindən azad edilməsi üçün səbəb qalmayıb” ifadəsinin isə birbaşa Samir Şərifovun adına rüsvayçılıq gətirdiyini söyləmək olar. Ən azından ona görə ki, bir adamı üç nahiyədən bıçaqlayanın əməlində cinayət tərkibi olmaması və bunu nazirlik səviyyəsində bəyan edilməsi, razılaşaq ki, birbaşa dövlətin imicini də zərbə altında qoyan hadisədir . Elə rayonda da hamı bundan danışır. Bəli, Samir Şərifovun bu anlamsız əmri nə qədər təəccüb və heyrət yaratsa da, Şəmkirin yeni icra başçısı Alimpaşa Məmmədov üçün əlverişli «mühit» yaradıb. O, elə bu məqamdan istifadə edərək, Nazim Məlikovu özündən tamamilə aslı şəkilə salıb».

Müsahibimiz deyir ki, Şəmkirin yeni icra başçısı rayonda təmir-tikinti proseslərində istifadə etdiyi qondarma MMC-lərin vasitəsi ilə istədiyi məbləği dövriyyədən rahat çıxarsa da, Nazim Məlikov həmin MMC-lərin adıyla mənimsənilən vəsaitlərə nəzarəti həyata keçirə bilmir: «Bəzən elə anlar olur ki, Nazim Məlikov büdcə təşkilatlarının əmək haqları, o cümlədən qarşıya qoyulan digər dövlət əhəmiyyətli hesabların açılmasını ləngidir. Amma Alimpaşa Məmmədovun tapşırıq verdiyi MMC-lərin pulunun vaxtında hesablarına köçürülməsini təmin edir. Əks halda, icra başçısı ona vəzifəsindən uzaqlaşdırmaq üçün təqdimat verəcəyini billdirib. Yəni Alimpaşa Məmmədov təyinatının ilk həftəsində Nazim Məmmədovla «hesablaşsa» da, onunla «bağları» tam qoparmayıb. İstənilən zaman Nazim Məlikovu elə yuxarıda qeyd edilən cinayət işini yenidən qaldırıb, təhdid etməklə hədələyir»,

Sonda xatırladaq ki, avqustun 7-də baş vermiş hadisə haqda rəsmi məlumat belə idi: “Şəmkirin Düyərli kəndində rayon Maliyyə İdarəsinin müdiri Nazim Məlikovun Düyərli kənd Bələdiyyəsinin sədr müavini Zakir Tağıyevi bel, kürək və baş

nahiyyəsindən bıçaqlayıb.Yaralı ağır vəziyyətdə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qanlı cinayət törədən Nazim Məlikov polis bölməsinə aparılıb…”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Nazim Məlikovla Dövlət Statistika Komitəsi sədrinin 1-ci müavini Həmid Bağırovun həyat yoldaşları xalaqızıdır. N.Məlikovun rayon Maliyyə İdarəsinə rəis təyinatının da Həmid Bağırovun Tovuzun icra başçısı işlədiyi dönəmlərə təsadüf etdiyi də deyilir...

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qan tökən idarə müdiri komitə sədrinin 1-ci müavininin bacanağı, deputatın yaxın qohumu çıxdı - ÖZƏL

    Qan tökən idarə müdiri komitə sədrinin 1-ci ...

    7-08-2014, 01:04

  • 
  • Samir Şərifovun həbsinə start verildi

    Samir Şərifovun həbsinə start verildi ...

    6-03-2017, 13:40

  • 
  • Samir Şərifovun əmri hazırdır... - İDDİA

    Samir Şərifovun əmri hazırdır... - İDDİA ...

    4-02-2019, 15:19

  • 
  • Azərbaycanda məmur məmuru bıçaqladı

    Azərbaycanda məmur məmuru bıçaqladı ...

    5-08-2014, 12:21

  • 
  • Samir Şərifovun da durumu gərgindir... - Dəyişiklik gözlənitisi

    Samir Şərifovun da durumu gərgindir... - ...

    13-02-2019, 12:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu