Şamaxının icra başçısı Asif Ağayevin rayonda yol verdiyi özbaşınalıqlar camaatı gözlənilməz addım atmağa sövq edib.
Bu barədə «Gündəm Xəbər»ə verilən məlumata görə, icra başçısının qanunsuzluqlarının qarşısının alınmadığını görən yerli sakinlər orjinal addım atıblar. Onlar Asif Ağayevin əhalinin sosial problemlərinə biganəliyindən, rayonda məmur özbaşınalığından bezdiklərini əyani şəkildə nümayiş etdiriblər. Nə qədər qəribə olsa da, onlar başçıya qarşı cəmiyyətdə rast gəlinməyən üsulla “cəza üsulu”ndan istifadə ediblər. Belə ki, icra başçısının yaşadığı evin hasar və həyətə giriş qapısı mal nəcisi ilə «bəzədilib».
«Gəndəm- Xəbər»in məlumatına görə, bu olay rayonda böyük rezonas doğurub. İcra başçısı Asif Ağayev məsələnin rayondan kənara çıxmaması üçün mümvafiq tapşırıqlar verib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının icra başçısının həyət hasarını heyvan nəcisi ilə zibilləyənləri axtardıqları da bildirilir.
Bu məlumatdan sonra Şamaxının icra başçısı Asif Ağaayevlə bağlı qısa araşdırma apardıq. Aydın oldu ki, icra başçısı indiki vəzifəsinə qədər «Azəriqaz»da işləyib. Onun köhnə iş yerindəki korrupsiya əməlləri haqqında da olduqca iliginc məlumatlar var.
Məlumatda bildirilir ki, ARDNŞ-in tabeçiliyində olan “Azəriqaz”ın tikinti sahəsində 6 milyona yaxın vəsaitin yeyintisi barədə ötən il ölkə mətbuatında dolaşan məlumatlar barədə yeni detallar üzə çıxıb. Bu barədə etibarlı mənbələr məlumat verir.
Onların bildirdiyinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev yaxın qohumu, “Azəriqaz”ın sədri Əkbər Hacıyevin tikinti işləri üzrə müavini vəzifəsinə özünün tələbə yoldaşı, əslən Sabirabad rayonunun Ulacalı kəndindən olan Asif Ağayevi təyin etmişdi: “Təxminən il yarım öncə ”Azəriqaz"da tikinti sahəsində 6 milyon manata yaxın dövlət vəsaitinin yoxa çıxmasının üstü açılanda Əkbər Hacıyev Asif Ağayevin ondan xəbərsiz yeyintiyə yol verdiyini bildirib. Asif Ağayev isə bu qədər vəsaitin Əkbər Hacıyevlə təchizat işləri üzrə müavin işləyən Ziyad Cəlilovun mənimsədiklərini tələbə yoldaşı ARDNŞ rəhbərrliyinə sübut etməyə çalışıb. Lakin onu inandıra bilməyib. Çətin duruma düşən Asif Ağayev infarkt keçirərək xəstəxanaya düşüb. Bundan sonra Rövnəq Abdullayev Asif
Ağayevi bağışlayaraq onu “Azəriqaz”dan çıxarıb. Tələbə yoldaşını əvvəlcə dənizdə tikinti şöbəsinə müavin, sonra isə şöbə rəisi təyin edib. Maraqlı məqam odur ki, dövlətin külli miqdarda vəsaitinin yoxa çıxmasına görə heç kim nə cəza alıb, nə də tutduğu vəzifəsindən uzaqlaşdırılaraq barəsində tədbir görülüb".
Qaynağımızın sözlərinə görə, Asif Ağayevin icra başçısı təyin olunmasını eşidən ARDNŞ işçiləri şoka düşüblər: “Onlar təəccüblənir ki, milyonları mənimsəyən adam yüksək vəzifəyə necə təyin olunub. Şamaxılıların halı bu dəfə lap fəna olacaq. Təzə başçı Şamaxını diri-diri satacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?