GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Heydər Əsədov təftişə başladı – Məmurlar qorxu içində!

Heydər Əsədov təftişə başladı – Məmurlar qorxu içində!

Tarix: 27-02-2015, 21:52 Bölmə :Manşet Baxış: 0
Heydər Əsədov təftişə başladı – Məmurlar qorxu içində!

Prezident İlham Əliyevin xəbərdarlığı naziri cəsarətləndirib; Kənd Təsərrüfatı Nazirliyinin Zərdab, Ağcabədi və digər rayonlarda monitorinq aparmamasının səbəbləri isə ciddi şübhə doğurub

Prezident İlham Əliyevin son müşavirədə məmurlara subsidiyaların mənimsənilməsi ilə bağlı xəbərdarlığı kənd təsərrüfatı naziri Heydər Əliyevi cəsarətləndirib. Bundan əlavə, İlham Əliyevin həmin müşavirədən sonra 2015-in “Kənd təsərrüfatı ili»nin elan edilməsinə uyğun olaraq, bir neçə fərman verməsi də, naziri işinə ciddi kökləməyə məcbur edir.

«Gündəm Xəbər»ə daxil olan məlumata görə, artıq nazir Heydər Əsədov 58 rayonun icra başçısı və minə yaxın icra nümayəndəsinin subsidiyalarla bağlı tərtib etdikləri sənədlər dərindən araşdırmağa başlayıb.

Bu barədə bizə verilən məlumata görə, nazir Heydər Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə ötən il iki mərhələdə ayrılmış vəsaitlərlə bağlı yeniddən dərin yoxlama həyata keçirir:

«Yoxlamanın ilkin mərhələsi 01 dekabr 2013-cü il tarixinə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxaraq, 149 849 istehsalçıya çatacaq 20 153 483 manat məbləğində yardımın ayrılması barədə qərar qəbul etməsinə rəğmən, bu sənədlərlə yer alan rəqəmlərin düzgün olmadığı qənaətindədir. Heydər Əsədov taxıl biçini zamanı əldə edilən ilkin istehsal həcminin statistikasının əkilən sahələr və yardımlarla adekvat təşkil etmədiyini əlinə əsas tutaraq, daha radikal addımlar atmaq niyyətindədir. Bildiyiniz kimi, Prezident müşavirədə bu məsələ ilə bağlı xəbərdarlıq eləməklə, Heydər Əsədovu dahaa ötkəm davranışa cəsarətləndirib. Yəni məncə Heydər əsədov ötən il iki mərhələdə ayrılmış və ümumilikdə 20 milyonla bağlı tutarlı hesabat hazırlayacaq. Düşünürəm ki, yardım ayrılmış 58 rayon üzrə ciddi təftişlərin aparılması həmin rayonların rəhbərlərinə və əksər cavabdeh vəzifəlilərinə xoş gələcək vəd etməyəcək».

Bizi məlumatlandıran Kənd Təsərrüfatı Nazirliyindəki mənbə deyib ki, Heydər Əsədov bu məqsədlə maliyyə naziri Samir Şərifovu da məlumatlandırıb: «Heydər Əsədov əmindir ki, 58 rayon üzrə ayrılmış 20 milyon manatdan çox vəsaitin ən azı 7-8 milyon manatı mənimsənilib: «Maraqlısı budur ki, ərazi icra başçılarının ərazi nümayəndələrinin başçılıq etdiyi yerli komissiyalar ölkə üzrə ümumilikdə 150 min nəfər buğda istehsalçısı olduğunu rəsmi sənədlərdə qeyd etsələr də, faktiki bu qədər buğda əkən olmayıb. Bu azmış kimi, buğda sahələrinin hektarları bəzi rayonlar və kəndlərdə ayrı-ayrı fərdlər 3-5 dəfə şişirdilib. Məsələn, 3 hektar buğda əkən istehsalçının adına 15 hektar yazılmaqla, hər hektar üçün ayrılmış əlavə 40 manat yardım mənimsənilib. Bu isə birbaşa Dövlət Büdcəsinin talanması ilə yanaşı, həm də şəxsən prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların kobud pozulmasıdır. Şübhəsiz ki, nazirlik bu faktları araşdırdıqca, həm Prezident Administrasiyasını, həm də Baş Prokurorluğu məlumatlandırır. Güman edirəm ki, yaxın həftələrdə bir neçə rayonda baş vermiş ciddi hüquqpozmalarla bağlı əldə olunmuş faktlar Baş Prokurorluğa göndəriləcək. Bu isə o deməkdir ki, həmin rayonların icra başçıları və ərazi icra nümayəndələri ciddi sınaqlarla üz-üzə qalacaq».

Müsahibimiz deyir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov «Aqrolizinq» ASC-nin tabeliyində olan rayon şöbələrinin fəaliyyətlərini də təftiş etdirir: «Həmin ASC-nin rayonlar üzrə fəaliyyət göstərən şöbələrinin rəhbərləri də yerli icra qurumları ilə birgə çox ciddi mənimsəmələr və digər özbaşınalıqlara yol veriblər. Artıq onların bəzilərinin qanunsuz əməlləri haqda prokurorluğa müraciətlər edilib. Düşünürəm ki, yaxın aylarda yerli icra nümayəndələri ilə yanaşı, «Aqorlizinq»in yerli şöbələrində də həbslər davam edəcək».

Mənbə onu da deyir ki, nazir Heydər Əsədovun tapşırığı ilə yerlərdə aparılan monitorinqin bir neçə səbəbi var. Ən əsası isə rayon icra başçılarının yerli icra nümayəndələrindən və bələdiyyə sədrlərindən ibarət komissiyalarının saxta rəqəmlər hesabına kənd təsərrüfatı məhsullarının inkişafı məqsədiylə ayrılan yardımların mənimsənilməsinə yönəlik faktların aşkarlanması ilə yanaşı, həm də taxıl istehsalı ilə bağlı nəzərdə tutulmuş proqnoza nə dərəcə əməl olunacağını bəri-başdan öyrənməkdədir:

«Məsələn, Sizə bir faktdan söz açmaq istəyirəm. Subsidiyalarla bağlı ötən il 58 rayon komissiyasından daxil olan taxıl əkənlərin siyahısı və onlara hər

hektar buğda səpininə görə dövlət büdcəsindən verilən əlavə 40 manat yardım haqqında məlumatdan görünür ki, guya bir milyon hektardan çox payızlıq buğda səpini aparılıb. Əlbəttə, bu siyahıya istinad edən nazirliyin müvafiq şöbələri də istehsal ediləcək taxılla bağlı təxmini proqnozlarını açıqladıqdan sonra, ortaya çıxan nəticələr məyusedici oldu.

Heydər Əsədov da prezidentin xəbərdarlığındaan sonrra bu il eyni vəziyyətlə üzləşmək istəmir. Ona görə də o, yalan proqnoz verməmək üçün real aaraşdırma aparmaqda qərarlıdır. Əks halda özünün vəziyyətinin xoş olmayacağında da çəkinir».

Mənbə ötən il subsidiyaların daha ciddi hissəsinin mənimsənildiyi bir neçə rayon haqqında da bizi məlumatlandırıb: «Belə rayonlardan bəziləri haqqında cinayət işi açılıb. Bəziləri haqqında Kənd Təsərrüfatı Nazirliyinin topladığı sənədlər təftiş olunaraq, prokurorluğa göndərilməsə də, həmin rayonların rəhbərlərinə xəbərlarlıqlarr olundu. Ancaq maraqlı budur ki, bəzi rayonların bu tədbirlərdən kənarda saxlanıldı. Elə götürək, Zərdab rayonunu. Bu rayonda ötən il ümumilikdə 3654 buğda istehsalçısı qeydiyyata alınmaqla, guya 9249,26 hektar buğda səpini aparılıb. Bu rəqəmə uyğun isə 369 min 970 manat 40 qəpik vəsait subsidiya formasında həmin rayona ayrılıb. Lakin ilkin araşdırma zamanı bəlli olub ki, əsasən rayon İcra Hakimiyyətinə, kənd ərazi icra nümayəndəsinə və bələdiyyə sədrlərinə yaxın olanlar, hətta onların ailə üzvlərinin adına saxta yolla yardım yazıblar. Elə icra nümayəndəsi olub ki, 72 yaşlı anasının adına 75 sot buğda səpini aparması haqda saxta buğda zəmisi yazmaqdan da nə utanıb, nə də çəkinib. Bundan əlavə, Zərdab şəhər ərazi dairəsi üzrə guya 111 nəfər 204 hektar buğda səpini aparıb. Nəticədə 8160 manat vəsait yazılıb. Əlbəttə, Zərdab şəhərinin özündə bu qədər əkin sahəsinin olması şübhəlidir. Yəqin şəhər ərazi nümayəndəsi bunu rayona bitişik yeni kəndin ərazisi hesabına sənədləşməyə daxil eləyib. Hər halda bu faktın özü də araşdırılası mövzudur. Hazırda həmin rayonda 28 kənd üzrə buğda əkini ilə bağlı təftiş planlanıb. O zaman aydın olacaq ki, həmin rayona ayrılmış 369.970 min manat vəsaitin dəqiq neçə faizi mənimsənilib. Sözsüz ki, mənimsənilən vəsaitlərdə icra başçısı Lütfəli Babayev başda olmaqla, 28 kənd üzrə icra nümayəndələrinin rolu təkzibedilməzdir».

«Gündəm Xəbər»in əldə etdiyi məlumatlarda isə o da bildirilir ki, Zərdabda yerli icra nümayəndələri öz yaxın ətraflarının adlarına da yardım yazıblar: «Burada ən maraqlı nüans odur ki, İcra Hakimiyyətinin vəzifəli şəxsləri də icra nümayəndələrindən fərqlənməyiblər. Hətta elə rayon olub ki, orada icra

başçılarının müavinləri öz sürücülərinin adına 10-15 hektar buğda sahəsi yazdırmaqla, dövlət vəsaitlərinin talanmasına zəmin yaradıblar».

Qəzetimizə verilən məlumata görə, Ağcabədi rayonunda da subsidiyaların bir hissəsinin saxta rəqəmlərlə mənimsənilməsi yönündə ciddi şübhələr var.

Bizə verilən məlumata görə, Ağcabədidə 42 kənd və bir şirkət üzrə ümumilikdə 3674 buğda istehsalçısı rəsmi qeydiyyata alınıb: «Bu istehsalçıların guya 18359 hektar buğda əkdiyi bildirilib. Nəticədə isə 734 min 360 manat subsidiya bu rayona yönəldilib. Doğrudur, bu rəqəmin böyük hissəsi adı ölkədə məşhur olan «Kraun Co» MMC-yə ayrılıb. Həmin şirkətin 8600 hektar buğda əkdiyi rəsmi sənədlərdə göstərilib. Və bu rəqəmə uyğun olaraq, həmin şirkətin rəsmi təmsilçisi Zaur Sarıyevin adına açılmış hesaba 344 min manat pul köçürülüb. Əlbəttə, bu rəsmi sənədlərin nə dərəcə həqiqəti özündə birləşdirməsi ciddi araşdırılmalıdır. Və söz yox ki, digər rayonlarda olduğu kimi, burada da şişirdilmə faktının olması istisna deyil».

Cəfər MƏRDANOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Heydər Əsədov: "Kartof, soğan bolluğu olacaq"

    Heydər Əsədov: "Kartof, soğan bolluğu ...

    28-12-2013, 23:56

  • 
  • Heydər Əsədov da "məngənəyə salınır" - Portfelsiz nazirə çevriləcək...

    Heydər Əsədov da "məngənəyə salınır" - ...

    3-10-2016, 21:50

  • 
  • Heydər Əsədov: “Nazirlikdə qlobal dəyişikliklər ediləcək”

    Heydər Əsədov: “Nazirlikdə qlobal dəyişikliklər ...

    6-02-2014, 12:01

  • 
  • İsmət Abbasovla Heydər Əsədov savaşı dərinləşir

    İsmət Abbasovla Heydər Əsədov savaşı dərinləşir ...

    6-04-2014, 13:52

  • 
  • Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu bitirir

    Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu ...

    13-10-2014, 16:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu