Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, qısaca olaraq, AzTV adlandırdığımı telekanal həm auditoriyasına, həm də maliyyə imkanlarına görə, ölkənin ən böyük telekanalıdır. Hakimiyətin icə ən əsas təblığat ruporudur. Ancaq, bu yazıda heç də AzTV-dən bəhs etmək, burada göstərilən proqramların keyfiyyətini saf-çürük etmək, ümumiyyətlə, telekanalın fəaliyyətindəki qüsurlardan danışmaq niyyətimiz yoxdur. Onsuz da bu barədə çox deylib, çox yazılıb. Çi fayda. “Dəyirman öz işindədir, çax-çax baş ağrdır”. Yaxud da, “görünən kəndə nə bələdçi”...
Biz bu yazıda AzTV kimi böyük bir telekanalın rəhbəri olmasına rəğmən, bütün karyerası boyunca, hətta televiziyanın rəhbəri postuna yüksəldikdən də sonra necə deyərlər, kadr arxasında qalmağı bacaran Arif Alışanovdan bəhs edəcəyik. “Kadrarxası” sözünü təsadüfən işlətmədik. Bəli, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Arif Alışanovun personası məhz bu sözə daha uyğun gəlir. Təkcə elə ona görə ki, AzTV sədri təyin olunana qədər respublikada çoxları onun kim olduğunu bilmirdi. Elə məhz buna görə də birdən-birə onun bu posta gəlməsi hamını təəcübləndirdi.
Onlarla peşəkar televiziya jurnalisti qala-qala, bir məqalə və ya bir süjeti ortada olmayan bir adama belə mühüm bir postun tapşırılması doğrudan da heyrət doğurmaya bilməzdi.
Arif Alışanovun keçmişi
Elə indinin özündə də Arif Alışanovun əməlləri kimi onun bioqrafiyası da çoxları üçün qaranlıqdır. Ona görə də gəlin, əvvəlcə qısaca olaraq, onun bioqrafiyasına nəzər salaq.
Arif Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib.
Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.
1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.
28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Teleradio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.
İqtisad elmləri namizədidir. Türk və rus dillərini bilir.
Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olan A.Alışanov bitərəfdir.
Televiziya və radionun inkişafındakı xidmətlərinə Arif Alışanov 2011-ci ildə ölkə başçısının sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İlk maliyyə fırıldaqları
Qeyd edək ki, AzTV-nin necə deyərlər, ən pullu sahəsi elə texniki-istehsalat sahəsidir ki, Alışanov da vaxtında burada kök sala bilib. Vaxtilə AzTV-də işləyən, lakin adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Alışanov məhz buradakı fəaliyyəti dövründə maliyyə imkanlarını genişləndirməyə və yeni “zirvələri” fəth etməyə hazırlaşmağa başlayıb.
AzTV üçün milyon dollarlıq texniki vasitələrin alınması, ümumiyyətlə, bütün texniki işlərin kurasiyası Arif Alışanovun nəzarətində olub. Buraya uzun illər dövlət büdcəsindən axan pullar isə əlbəttə, təyinatı üzrə xərclənməyib. Arif Alışanov texniki hissədə həyata keçirdiyi maliyyə firildaqları nəticəsində necə deyərlər, özünü yaxşı tutub. Bu isə onun AzTV-yə sədr təyin olunmasında əsas rollardan birini oynayıb.
O, sədr təyin olunandan sonar isə televiziyada onsuz da pis olan vəziyyət daha da pisləşdi. Həmin dövrədək teleşirkətdə şübhəli keçmişilə tanınan, çoxsaylı saxta maliyyə pozuntularında adı hallanan, haqqında bir neçə dəfə cinayət işi başlanmış, hətta 1996-cı ildə həbs təhlükəsi ilə üzləşmiş Arif Alışanovun sədr təyin edilməsi bu qurumu ideoloji mərkəzdən yeyinti sexinə çevirdi. Adi dünyagörüşü və elementar savadı olmayan, həqiqi idarəçilikdən uzaq, yalnız alış-veriş adamı kimi ad çıxarmış Arif AlışanovAzTV-nin yeni “statusuna” çox uyğun gəlirdi... Yeni sexdə peşəkarlara ehtiyac qalmırdı, əvəzində üzüyola, “sədaqətli” və susqun adamlar üçün meydan açılırdı. Ortada qalmış tək-tük yaradıcı (və vicdanlı) şəxslər isə ucuz təbliğat işində kara gəlir.
Ona görə də bu gün AzTV-nin getdikcə cılızlaşması, bəsitləşməsi, məzmunca daha da sönükləşməsi, bir yaradıcı qurum kimi mahiyyətini itirməsi çox “təbii” qarşılanmalıdır. Burada yaradıcılıq söhbətləri mühasib sədri hər şeydən çox qıcıqlandırır.
Bəzi zahiri effektlərə baxmayaraq, AzTV mahiyyət etibarilə əvvəlki illərdən daha çox əyalət ruhludur. Rəsmi məclislərdə özünün iri planda göstərilməsinə adət etməsinə, ziyafətlərdə “baboçka” ilə görünməsinə baxmayaraq, Alışanov hələ əməkdaşlarla nəzakətli davranışı öyrənə bilməyib. Sədrin bəsit düşüncəsi və kobud davranışları ilə bağlı teleşirkətdə dolaşan lətifələr çox şeylərdən xəbər verir.
Hər il dövlət büdcəsindən milyon manatlarla vəsait ayrılsa da, AzTV heç on il əvvəlki səviyyəsini də bərpa edə bilmir. Əvəzində ekranlardan ötən əsrin 60-70-ci illərinin havası gəlir. Bəli, texnika yeniləşib, müasir çəkiliş və montaj avadanlığı alınıb işlənir, yaxşı effektlərdən istifadə olunur, amma yaradıcılıq tərzi, mövzulara yanaşmada düşüncə və təfəkkürün səviyyəsi, proqram tərtibatı və yayımın idarəçiliyi əsl sovet dövrünü xatırladır.
Pullu AzTV özəl televiziyaların proqram formatını yamsılamaqdan (bəzən oğurlamaqdan) çəkinmir, düşük mövzularda verilişlər verir, o cümlədən vəzifəli və pullu adamların ölüb-itənləri barədə portret “filmlər” göstərir. Orijinal veriliş, tamaşa və film istehsalı minimuma enib, ekranda musiqidən başqa heç bir mövzu müzakirə olunmur, efir təkrarların və xüsusən xarici filmlərin hesabına doldurulur.
AzTV-də kriminal
Ancaq dediyimiz kimi, biz televiziyanın fəaliyyətini təhlil etməkdən uzağıq. Ona görə də bu yöndə fikirlərimizə ara verib yaxın keçmişdə baş verən bir qalmaqalı xatırlatmaq istəyirik. Yadınızdadırsa, “Gen” MMC-nin aldatdığı şikayətçilər Prezident sarayına yürüş edərək haqlarını tələb edirdi. Halbuki həmin qurumu ən çox təbliğ edən AzTV idi və bu xidmətin müqabilində şirkət telekanala 50 min manat ödəmişdi, amma yoxlamalar zamanı məlum oldu ki, Alışanov bu pulları qeydiyyata almadan, heç bir vergi ödəmədən həzm-rabedən keçirib. Təbii ki, AzTV üçün bu, yeganə fakt deyil, burada hər gün belə hallar baş verir.Məsələn, Alışanovun Idman kanalının keçmiş əməkdaşlarından birindən üst-üstə 600 min manat rüşvət alması, futbolun translyasiyası üçün klublardan rüşvət tələb edilməsi də üzdə olan faktlar sırasındadır.
Bütün bunlar onu göstərir ki, Alışanov TV-si, sözün əsl mənasında, kriminogen mərhələsinə qədəm qoyub. Qanunsuzluğun baş alıb getdiyi bir şəraitdə əməkdaşların maaşları mənimsənilir, təmir işləri və texnika alqı-satqısı adı altında külli miqdarda pullar yeyilir, saxta maliyyə hesabatları ilə cinayətlərin izləri itirilir. Pullar təkcə büdcədən sorulmur, həm də reklam və sponsor gəlirlərindən, efirə verilən çoxsaylı süjetlərdən, imkanlı adamlar haqqında çəkilən verilişlərdən və s. qazanılır. Bu kanalın proqramlarına, xüsusən “Xəbərlər”ə 5-10 dəqiqə baxmaq kifayətdir ki, AzTV-nin kriminal sifətini görəsən.
Arif Alışanovun sənət adamlarına qarşı özbaşınalığı
Sənət adamları da artıq Arif Alışanovun rüşvətxorluğundan bezib. Məsələn elə, tanınmış müğənni Yaqub Zurufçunun dediklərini xatırlayaq. O, bir dəfə AzTV haqqında belə bir açıqlama vermişdi: “ Bəlkə də bəzi telekanallarımızın rəhbərliklərinin istənilən rüşvətdən xəbəri yoxdur. Amma bəziləri əlbirdir. Milli kanalın (AzTV-ni nəzərdə tutur-red.) rəhbərliyinin yanında işləyənlərdən biri məni ora solist kimi bərpa etmək üçün 20 min istədi”.
Digər müğınni Aslan Hüseynov mətbuata açıqlamasında Arif Alişanovun qaranlıq əməllərindən bəhs etmişdi. O, Arf Alışanovla aralarında yaranan problemə aydınlıq gətirərək demişdi: “Arif Alışanova zəng edib dedim Arif müəllim, məni niyə göstərmirsiniz. Arif müəllim də ona yaraşmayan bir tərzdə dedi ki, sən kimsən axı, sıravi bir müğənnisən də... Bilirsiniz necədir, gərək əməkdar artist, xalq artisti olasan ki, seçiləsən. Dövlət tədbirləri olanda məni qat-qat yaxşı qarşılayırlar, nəinki bəzi əməkdar və xalq artistlərini. Bir dəfə də Alışanovdan soruşublar ki, müğənni Aslan hanı. O da deyib ki, mən elə müğənni tanımıram. Deməli, belə çıxır ki, bu adam öz efirini izləmir. Bu da Alışanovda problem olduğunu göstərir. Mən AzTV-də 9-cu zirvə toplantısının baş konsultantı oldum, onda AzTV-nin xəbərləri də məni göstərirdi. Mən 6 prezidentin qarşısında oxuyurdum və hamısı mənə qulaq asırdı. AzTV-də gedən o görüntülər də məndə var. YouTube-də də var. Qazax, qırğız, özbəklərlə bağlı tədbirlər olanda bizim Mədəniyyət Nazirliyi tərəfindən ora da dəvət olunuram. Azərbaycanın mədəniyyət günləri olanda da dəvət olunuram. Tək mən deyiləm. Bu yaxınlarda Cavanşir Məmmədov da sizin saytınızda daha nələr qalmadı dedi bu barədə. Yaxşı, Alışanov məni buraxmır ki, fəxri adın yoxdur,- amma əminəm ki, cənab prezident əziyyətimi görüb mənə də ad verər, inşallah,- Cavanşirin ki, fəxri adı var. Onu niyə efirə buraxmırsan, ay Alışanov? Arif Alışanovun İlhamə Quliyevaya qədər hamı ilə problemi var. İlhamə xanım xalq artistidir, “Şöhrət” ordeni alıb. Cavanşir müəllim demişkən, Alışanovun vəsiqəsində cənab prezidentin imzası yoxdur, amma fəxri adları olan müğənnilərin vəsiqəsində prezidentin imzası var. Deməli, belə çıxır ki, sən prezidentin fikri ilə razı deyilsən. Bilirsiniz, bunları yerinə qoymaq lazımdır” Binlar bizə heç nə eləyə bilmirlər, bizi onsuz da hamı tanıyır. Mənə Arif Alışanovun AzTV-si lazım deyil. Alışanov AzTV-ni elə bir günə qoyub ki, bu telekanala onsuz da heç kim baxmır. Amma AzTV elə olmalıdır ki, hamı baxsın. Axı ona başqa millətlər də baxır. Alışanov isə kimi istəyir, onu efirə buraxır, kimi də istəmir – buraxmır”..
Bəli, Alışanov Xalq artistlərini belə efirə buraxmır. Səbəb isə sadədəir. Arif Alşıanovun efiri pulludur. Orada necə deyərlər, “raskrutka” olunmaq, efirdə görünmək üçün “tərləməlisən”. Arif Alışanovun AzTV-dəki fəaliyyərinin ana prinsipi budur.
Lakin onun heç bir çərçivəyə çığmayan əməlləri bununla yekunlaşmır. Arif Alışanovun pul hərisliyi o qədər güclüdür ki, o, buna görə milli maraqlara belə qarşı gedir. Elə onun “nurçular”la əlaqələri barədə deyilənlər də bunu təsdiq edir. Belə ki, xatırlayırsınızsa, AzTV prezidentin Elnur Aslanovla bağlı sərəncamını vermədi. Həmin xəbər ölkə gündəmində rezonansa səbəb olub. Demək olar ki, əksər
mətbuat orqanları dövlət dəstəyi ilə fəaliyyət göstərən bu media orqanlarının Azərbaycan prezidentinin sərəncamını gözardına vurmasını, Elnur Aslanovun işdən çıxarılması dərc etməkdən imtina etməsini sensasiya kimi təqdim etdir.
Belə ki, həmin gün bir sıra mühüm sərəncamlar imzalayan dövlət başçısının verdiyi qərarlar televiziyanın əsas xəbər bülletenində səsləndirilsə də, məlum sərəncamla bağlı bir cümlə belə məlumat efirə getməyib.
Sonradan bunun səbəi bəlli oldu. Belə ki, Elnur Aslanovun ən yaxın silahdaşı Orxan Əkbərovla bağlı məlumat dərc edildi. Həmin məlumatı araşdırarkən məlum oldu ki, ASAİF-in həmtəsisçisi, Elnur Aslanovun əsas kadrlarından biri sayılan Orxan Əkbərov, həm də AzTV sədri Arif Alışanovun kürəkənidir. Belə çıxır ki, nurçular və onların ideyaları AzTV-də də hakim mövqeyə çevrilib. Əks halda ölkənin rəsmi dövlət kanalı olan AzTV prezidentin sərəncamını hansı cəsarətlə efirə verməyə bilərdi?
Onu da qeyd edık ki, «Hizmət» təşkilatının Azərbaycandakı baş nurçusu, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun bir nömrəli adamı olan Orxan Ələkbərov 2012-ci ildə Amerika Azərbaycan Alyansının
Vaşinqtonda təşkil etdiyi şam yeməyində iştirak etmək üçün bu ölkəyə səfər edib. Həmin vaxt o, tədbirə səbəbini demədən qatılmır. Hətta Azərbaycandan gedən nümayəndə heyəti onu 2 gün axtarıb tapa bilmirlər. Yalnız iki gündən sonra Elnur Aslanovun yaxın silahdaşı tapılır. Həmin vaxt sonradan məlum olur ki, demə, Orxan Əkbərov öz xocası Fətullah Gülən ilə görüşüb və Elnur Aslanovun məlumatlarını Fətullah Gülənə, eyni zamanda da Fətullah Gülənin mühüm mesajlarını Elnur Aslanova çatdırmaq məqsədilə 2 gün müddətinə aradan çıxıb.
Ölkəmizdə və ölkədən kənarda bu şəbəkənin keçirdiyi çoxsaylı toplantılar və yığıncaqların sayının artması, məqsədi və məramı yalnız və yalnız «hizmət» təşkilatının hədəflərinə daha tez çatma olub desək yəqin yanılmarıq. Məhz AzTV sədri, millət vəkili Arif Alışanovun qızının həyat yoldaşı Orxan Əkbərov Elnur Aslanovun qeyri-hökumət təşkilatlarında daha inamla irəliləyib. Bundan əlavə həm də onun təqdimatı ilə şəbəkənin digər üzvləri Elnur Aslanov tərəfindən vəzifə və imtiyazlarla mükafatlandırılıblar. Qeyd edək ki, Orxan Əkbərov Elnur Aslanova məxsus ASAİF təşkilatının (Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumu ) uzun müddət
rəhbəri və həmtəsisçisi olub. Sonra isə o, prezidentlik iddiasında olan və anası tərəfindən çox güclü siyasətçi kimi təqdim edilən Elnur Aslanova məxsus Qarabağ Araşdırmalar Mərkəzinin əlaqələndirmə şurasının sədri vəzifəsinə təyin olunur. ASAİF-in yeni sədri, mətbuatda qanadlı oğlan kimi tanınan Ramin Həkimov da Orxan Əkbərovun yaxın dostu kimi bu vəzifəyə gətirilib. Arif Alışanovun qızının həyat yoldaşı Orxan Əkbərov həmçinin nurçularla dövlət kanalı arasında etibarlı bir körpü rolunu oynayıb. Əldə etdiyimiz məlumata görə, məhz Elnur Aslanov bundan sonra AzTV-yə demək olar ki, hər həftə gəlib, Arif Alşınovun kabinetində oturub, İbrahim Məmmədov, Faiq Hüseynovda dəvət olunmaqla birlikdə siyasi planlar və təkliflər üzərində işləyirmişlər.
Burda yeri gəlmişkən bildirmək lazımdır ki, AzTV sədrinin müavini İbrahim Məmmədovun dayısı Azərbaycanda çıxan «Zaman» qəzetinin baş redaktorudur. Bu qəzetin isə açıq-aydın nurçulara aid olduğunu isə heç onların özləri də gizlətmir. Bütün bunlar isə onu deməyə əsas verir ki, nurçu şəbəkə dövlətin strateji obyektlərində, konkret AzTV sədri Arif Alışanovun kürəkəninin timsalında dövlət televiziyasında mövqelərini gücləndiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?