Dövlət televiziyasında rəhbər dəyişikliyi gözlənilir
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də rəhbər dəyişikliyi həyata keçirə bilər. Bu barədə redaksiyamıza TV-dəki mənbələr xəbər ötürüb. Qaynağın bildirdiklərindən belə aydın olur ki, hazırda AzTV-yə rəhbərlik edən Arif Alışanovun da zamanı yetişib: «Əslində Arif Alışanov kənardan sakit bir fiqur təsiri bağışlasa da, onu iqtidar daxilində sevməyənlər yetərincədir». Mənbə “Gündəm Xəbər”ə verdiyi məlumatında iddia edir ki, məhz hakimiyyətiçi qruplaşmaların rəqabəti fonunda vəzifəsini itirmə təhlükəsilə üz-üzə qalan Arif Alışanovun yerinə kənardan kadr gətiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?