Masallı Dəmiryolu Stansiyasının rəisi yeni rəisə meydan oxuyur
Masallı Dəmiryol Stansiyasının rəisi «Dəmir Yolları» QSC-dən gələn hər bir xəbərə səksəkə ilə yanaşır.
Bu barədə «Gündəm Xəbər»i məlumatlandıran məlumatlı şəxs deyir ki, Arif Əsgərovun vəzifəsindən azad olunmasındaan sonra özünü arxasız hesab edən stansiyanın rəisi Yusif müəllim fəaliyyətində yol verdiyi bir sıra ciddi nöqsanların araşdırılaraq, hətta prokurorluğa veriləcəyindən narahat omağa başlayıb.
Qeyd edək ki, stansiya rəisinin «fəaliyyəti» haqqında ötən sayımızda məlumat vermişdik. Həmin yazıda Cavid Qurbanovun rəhbərlik etdiyi qurumda böyük struktur və kadr islahatı aparacağını bəyan etməsinin stansiya rəisini əndişələndirməyə başladığı vurğulanıb: «O, Cavid Qurbanovun «Prezident məni qəbul etdi, dəmiryolunun Avropa standartlarına uyğun qurulması tapşırığını verdi. Böyük nöqsanlar var, bunları aradan qalıracağıq. Əlbəttə, struktur və kadr islahatları da aparılacaq. İşini bilməyənlərlə yollarımız ayrılacaq» sözlərindən sonra rəhbərlik etdiyi stansiyasının yoxlanılmaqla, vəzifəsindən azad ediləcəyini düşünür. Çünki Yusif müəllim əla bilir ki, burada hansı hoqqalardan çıxıb və nələri mənimsəyib. Bunlar isə onun yolunu həbsə sala bilər. Çünki Yusif müəllimin Masallı Dəmiryol Stansiyasında özbaşınalıqlar hədsiz dərəcəyə çatıb. İş o yerə çatıb ki, stansiya rəisi fəhləlik etməklə çörək pulu qazanan insanlarla yük daşımaları ilə məşğul olan sürücüləri də «hesaba» oturdub. Bundan əlavvə, son vaxtlar stansiyasının rəisi Yusif müəllimin göstərişi ilə bu idarədə vaqon boşaltma xərcləri və digər bütün xərclər əsassız olaraq artırılıb. Amma buna paralel ollaraq, stansiya rəisi hətta burada ağır şəraitdə işləyən fəhlələrdən də pul yığımları həyata keçirir. Alınan külli-miqdarda pulların müqabilində isə ödəyicilərə cəmi 1-2 manat qeyd olunmuş qəbz verilir. Hansı ki, yalnız əraziyə daxil olan yük maşınlarının hər birindən 4-5 manat “rüsum” tutulur. Hər bir vaqonun boşaldılmasına 2-3 maşının cəlb olunduğu nəzərə alınsa, mənimsənilən məbləği hesablamaq elə də çətin olmaz».
Məlumatlı şəxs təqdim olunan məlumatlarda Yusif müəllimin şəxsi həyatına dair ilginc faktlar da diqqəti cəlb etməkdədir. Lakin qəzet olaraq, hələlik bunların tam təfərrüatına toxunmaq istəmirik. Yalnız onu demək olar ki, şəxsi həyatında parakəndəlik olan birinin dövlət işində nümunəvi çalışması qeyri-mümkündür. Hələ buraya Yusif müəllimin oğulluğu Eldənizin yaşatdığı problemləri əlavə etsək, Cavid Qurbanovun belə bir adamı vəzifədə saxlayacağı inandırıcı görünmür.
«Gündəm Xəbər» olaraq bu və ya digər məsələlərlə bağlı Cavid Qurbanova da telefon açdıq. Lakin onun mobil telefonu qapalı olduğundan danışa bilmədik.
Növbəti saylarımızda Cavid Qurbanovdan Masallı Dəmiryolu Stansiyasında baş verənlərlə bağlı münasibət öyrənməyə çalışacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?