GundemXeber.Az xəbər verir ki, son günlər DİA.AZ «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanovla bağlı ilginc araşdırma faktları təqdim edir ki, bu da oxucular tərəfindən xüsusi diqqətlə qarşılanmaqdadır.
Bunu elə elektron ünvanına QSC sədri ilə bağlı göndərilən materialların sayından da duymaq olur. Dia.az olaraq həmin faktları bir-bir ictimailəşdirmək qərarını vermişik və ilk olaraq startı Cavid Qurbanovun ilk karyera yüksəlişi dövrlərindən başlamaq qərarını verdik. Burada diqqətçəkən əsas məqam QSC sədrinin həmin dönəmdəki müəmma dolu karyera yüksəlişi ilə bağlıdır. Beləliklə dia.az-a yazırlar:
"Sən demə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov 1994-cü ildə Ulu Öndər, mərhum prezident Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə mərhum prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir: “Cavid Qəmbər oğlu Qurbanov (FƏRMANLA BURADAN TANIŞ OLA BİLƏRSİNİZ) işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.”
Amma sonradan Cavid Qurbanov öz karyerasını yenə də dövlət strukturlarında yüksək vəzifələrdə davam etdirib. O, mərhum prezidentin həmin fərmanından sonra da 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifələrində çalışıb.
2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. Sonra isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Hələlik, Ulu Öndərin yuxarıda bəhs olunan fərmanı barədə Cavid Qurbanovun özü və ya yaxınlarının hər hansı şərhi səslənməyib".
Bu faktı xatırladan oxucumuz DİA.AZ vasitəsilə Cavid Qurbanovdan bu məsələyə aydınlıq gətirməsini istəyir. Biz də öz nözvbəmizdə qeyd olunan məqamla bağlı bütün fikirləri olduğu kimi yaymağa hazır olduğumuzu bəyan edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?