GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Masallıda korrupsiyanın “çiçəklənmə mərhələsi”

Masallıda korrupsiyanın “çiçəklənmə mərhələsi”

Tarix: 12-03-2015, 09:33 Bölmə :Manşet Baxış: 0
Masallıda korrupsiyanın “çiçəklənmə mərhələsi”

İcra başçısı Rafil Hüseynovun fəaliyyəti barəsində müdhiş faktlar

Hər bir ölkənin iqtisadi qüdrəti onun regionlarının sosial-iqtisadi inkişafı ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini əldə etdikdən, xüsusilə neft müqavilələrinin işə düşməsindən sonra başlanan iqtisadi yüksəliş dövründə regionların inkişafı barəsində bir neçə dövlət proqramı qəbul olunub. Ölkəmiz təbii ehtiyatlarla və əlverişli iqlimi ilə güclü iqtisadi potensiala malikdir. Artan iqtisadi gücün səmərəli istifadə edilməsi ilə büdcə gəlirlərinin neft asılılığından qurtarılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin prioritet sahələrindən biridir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu məqsədlə xüsusi proqramlar qəbul edilib. Lakin, regionlara rəhbərlik edən “balaca padşahların” yarıtmaz fəaliyyəti, korrupsiyalaşmış bir idarəetmə üsulu yaratması nəticəsində qarşıya qoyulmuş məqsədlərə çatmaq müşkülə dönüb. Çünki, etimad göstərilərək hər hansı bir rayonun idarəçiliyi tapşırılan məmur dərhal şəxsi maraqlarını ön plana çəkməklə fəaliyyətə başlayır. Nəticədə milyonlarla dövlət vəsaiti havaya sovrulur, yalançı raportlar, kosmetik işlər ön plana keçir.

Talanan milyonlar və cəzasızlıq...

Sosial-iqtisadi problemlər bataqlığında batan, işsizliyin, məmur özbaşınalıqlarının, korrupsiyanın tüğyan etdiyi “cənnətməkan” bölgələrimiz içərisində Masallının öz yeri, öz mövqeyi vardır. 2012-ci ildən rayona rəhbərlik edən Rafil Hüseynovun fəaliyyəti burada “silinməz izlər” buraxıb. Masallı ölkə rəhbərliyinə şikayətlər daxil olan bölgələr içərisində bəlkə də birincidir. Baxmayaraq ki, rayon rəhbərliyi tərəfindən bütün vasitələrlə bunun qarşısı alınır, amma insanlar artıq Rafil Hüseynov idarəetməsindən cana yığılıblar. Hətta icra başçısının qəbulundan sonra yaşanan hadisələr barəsində ölkə mediyasında kifayət qədər informasiyalara rast gəlmək olar. Belə qəbullardan sonra özünü yandırmaq, doğramaq istəyən vətəndaşların olması masallıların problemlərinə göstərilən “yüksək diqqət və qayğının” təzahürüdür. Hətta “Masallı həqiqətləri”nin kənara çıxmaması üçün yüksək vəzifəli məmurların yerlərdə təşkil olunan qəbullarına da yalnız “xüsusi imtiyazlı” şəxslər buraxılır.

Rayon sakinlərini narazı duruma salan isə burada illərdir ki, həllini gözləyən problemlərdir. Rayondaxili yollar olduqca bərbad durumdadır. Yağış, qar yağdığı zaman ucqar kəndlərə getmək müşkülə dönür. Rayon sakinləri belə havalarda hətta avtomobillərdən istifadə edə bilmirlər. Baxmayaraq ki, kəndlərə çəkilən yolların təmiri, yenidən qurulması sənədlərdə bir neçə dəfə baş tutub, əslində isə reallıq tamamilə başqadır. Xatırladaq ki, rayon

yollarının təmiri, yenidən çəkilməsi üçün 5 milyon manatdan çox vəsait sərf olunub. Ancaq bu pulların necə “yola verildiyini” görmək üçün sadəcə Masallı yollarında hərəkət etmək kifayətdir. Əslində bu vəsaitlə rayon yollarını tamamilə yenidən qurmaq mümkün idi. Ancaq Rafil Hüseynov Masallı yollarını yamamaqdan başqa heç bir iş görməyib.

Musakiçə-Lürən yolunun asfaltlaşdırılması üçün prezident tərəfindən ayrılmış vəsait isə rayon rəhbərliyi tərəfindən sözün əsl mənasında havaya sovrulub. Bu vəsaitə çəkilən yolun ömrü cəmisi bircə ay olub. Yenicə “çəkilən” yolun bircə aya dağılması səbəbindən onu sökməyə məcbur qalıblar. Milyonlarla vəsaitin talandığı 1700 metr yolu tamamilə dağıdaraq yenidən çəkməyə başlayıblar. Masallıları maraqlandıran odur ki, görəsən bu boyda talançılığa görə niyə kiməsə gözün üstə qaşın var deyən tapılmayıb?

Masallıda adi məişət qayğıları sakinlərin güzəranını ağırlaşdırır. İşıq, qaz problemi hələ də həll olunmayıb. Burada günlərlə işıq sönməsi adi həyat tərzidir.

Rayon tenderlərinin “ulduz qalibləri”

Rayonda ciddi işsizlik problemi hökm sürməsinə, kənd təsərrüfatının inkişafında süni maneələr yaradılmasına baxmayaraq, Rafil Hüseynov bütün gəlirli sahələri ələ keçirməyə müvəffəq olub. Masallıda icra başçısına bağlılığı heç kimdə şübhə doğurmayan obyektləri tanımayan yoxdur. Bu obyektlərin siyahısında mağazadan tutmuş zavoda qədər irili-xırdalı onlarla müəssisənin adı yer alır. Oncaqala kəndində yerləşən çörək zavodu, Təzə Alvadı kəndində yerləşən asfalt zavodu, beton-üzlük sexi, istirahət mərkəzləri, marketlər rayonun sosial iqtisadi “tərəqqisinin” bariz nümunələridir. Rayonda görülən bütün işlər məhz başçıya məxsus olan şirkətlər vasitəsilə həyata keçirilir. Çünki, bu şirkətlər tenderlərin qalibi olmaq üzrə çoxqatlı ölkə çempionlarıdır. Masallının inkişafı məqsədilə büdcədən ayrılan milyonlar isə məhz icra başçısı Rafil Hüseynova bağlılığı olan bir neçə şirkət tərəfindən “icra” olunur. Aşağıda sizlərə rayon tenderlərinin “ulduzu” olan belə şirkətlər haqqında daxil olan faktları təqdim edirik.

Masallı rayon Köhnə Zuvand 120 şagird yerlik ümumi orta məktbə binası tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması (BAUHAUS MMC, müqavilə dəyəri 26 min manat);

-Masallı rayon Dəlləkoba kənd 140 şagird yerlik ümumi orta məktəb binası tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması (BAUHAUS MMC, 27 min manat);

- Masallı rayon Çayqıraq kənd 140 şagird yerlik ümumi orta məktəb binası tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması (BAUHAUS MMC, 27 min manat);

- Masallı rayon Şatıroba kənd 180 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satın alınması (Tikinti-Təchizat-dizayn MMC, 250 min manat)

-Masallı Qızılağac kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə bərk inventarların satın alınması (StarşKomşMex MMC, 5 min 574 manat);

-Masallı Kolatan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə bərk inventarların satın alınması ("Adil-Mübariz" TOM 20 min 930,84)

-Masallı Rayon İcra Hakimiyyəti Şərəfə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində təmir işlərinin satın alınması (12 saylı TT MMC, 11 min 150 manat)

-Masallı Uşaq İncəsənət Məktəi üçün yeni binanın tikintisi işlərinin satın alınması (BİK-TEXNİK MMC MMC 2 milyon manat);

-Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binanın təmiri işlərinin satın alınması (12 saylı TT MMC 9 min 800 manat);

-Masallı rayon İcra Hakimiyyəti başçısının Türkoba ərazi dairəsi üzrə icra nümayəndəliyi Binanın təmiri işlərinin satın alınması (12 saylı TT MMC 9 min 800 manat);

-Masallı rayon İcra Hakimiyyəti başçısının Xırmandalı inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyiinə bərk inventarların satın alınması("Star-CO" MMC 6 min 971manat);

-Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə abadlıq üçün elektrik mallarının satın alınması (Mübariz-2013 MMC 25 min manat).

Faktlardan da göründüyü kimi, 12 tenderi cəmi 6 MMC "udub”. Verilən məlumatlara görə, adıçəkilən şirkətlərin hamısı bu və ya digər şəkildə Rafil Hüseynova məxsusdur və rayonda görülən bütün işlər, ayrılan vəsait məhz onların əli ilə “xırd” olunur.

Masallının aqrar sektoru necə məhv olunur?

Dövlət tərəfindən rayonda kənd təsərrüfatının inkişafı məqsədilə ayrılan subsidiyaların taleyi də qaranlıq olaraq qalır. Təkcə ötən il rayonda olan “subsidiya maxinasiyasının” məbləğinin 1 milyon manata yaxın olduğu bildirilir. 2014-cü ildə Masallı rayonunda subsidiya yardımına 7,7 min hektar əkin sahəsi yazdırılıb. Rayonda kənd təsərrüfatının inkişafını təmin etmək məqsədilə subsidiya yardımı üçün 1,5 milyon manatdan çox vəsait ayrılıb. Ayrılan subsidiya yardımının son hissəsi isə yanacaq üçün ayrılan vəsaitidir. Qeyd edək ki, 1 hektar torpaq sahəsinin becərilməsi və məhsulun toplanması üçün dövlət tərəfindən 40 manat yanacaq pulu hesablanıb.

Ötən il Masallı rayonunda ən çox subsidiya yardımını 13 kənd (Öncəqala 391 ha, Göyçəgöl 291 ha, Yeddioymaq 399 ha, Şərəfə 341 ha, Köhnə Alvadı 393 ha, Qarğalıq 659 ha, Xırmandalı 410 ha, Çaxırlı 713 ha, Təklə 885 ha, Həsənli 751 ha, Səmidxan 282 ha, Təzə Alvadı 281 ha, Ərkivan 395 ha) alıb. Bu torpaq sahələri ümumilikdə 6191 hektardır. Həmin kəndlərin adına yazılan torpaq sahələrinin yarı hissəsindən çoxu saxta əkin sahələridir. Məhz ayrılmış subsidiyaların təyinatı üzrə xərclənməməsi səbəbindən bu gün rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sektor tənəzzül təhlükəsi ilə üz-üzədir. Bu məqamda ölkə başçısının regionların sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə söylədiyi “subsidiyalar fermerlər üçün ayrılır, məmurlar üçün deyil” fikrini xatırlamamaq olmur. Yuxarıda dediyimiz rəqəmlərdən də aydın olur ki, rayon rəhbərliyi prezidentin göstərişlərinə hansı səviyyədə əməl edir.

Masallıda son bələdiyyə seçkilərində yaşanan skandallar, icra başçısı Rafil Hüseynovun seçki prosesinə müdaxiləsini təsdiqləyən faktların üzə çıxması, saysız-hesabsız saxtakarlıqların aşkarlanması bir Seçki Dairəsinin ləğv edilməsinə gətirib çıxardı. Lakin bütün bunlara baxmayaraq, icra başçısı hələ də ənənəsinə sadiq qalaraq bunları etiraf edə bilmir. Əksinə, son günlər bu məsələni qabardanlara qarşı aşkar hədə yolunu seçir. Yerli idarəetmə orqanlarının təşkili üçün keçirilən seçkilərə kobud müdaxilə edən icra başçısının xalqın səsinə necə münasibət göstərdiyini düşünmək çətin deyil.

Masallıdan respublika rəhbərliyinə edilən şikayətlərin ardı-arası kəsilmir. Rayon məmur özbaşınalıqları səbəbindən olduqca həssas bir nöqtəyə çevrilib. Burada dəfələrlə baş verən etiraz aksiyaları bunu deməyə əsas verir. Əgər vaxtında tədbirlər görülməzsə, Masallıda növbəti Quba, İsmayıllı hadisələrinin baş verməsi qaçılmaz olacaq. Sakinlər onların problemlərinə biganəlik göstərən Rafil Hüseynova artıq etimad göstərmirlər. Qalır bu etimadsızlığın rəsmiləşdirilməsi.

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı 2016-cı il iqtisadi sahədə əsas proritet olacaq"

    İlham Əliyev: "Qeyri-neft sektorunun ...

    10-01-2016, 16:24

  • 
  • Nazir müavini: "Azərbaycadakı islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib"

    Nazir müavini: "Azərbaycadakı islahatlar ...

    9-06-2018, 11:56

  • 
  • Prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda iştirak edir

    Prezident İlham Əliyev "Regionların ...

    29-01-2019, 11:27

  • 
  • Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən çıxırıq

    Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən ...

    12-11-2013, 13:20

  • 
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu