Milli Məclisin bu günkü plenar iclasında 2014-cü il üçün dövlət büdcəsini İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib. O, bildirib ki, cari ildə adambaşına düşən gəlir MDB ölkələri arasında ən çox Azərbaycanın payına düşür.
ÜDM 100 milyard, büdcə 35 milyard dollar olacaq
“Ancaq bu rəqəm heç də neft hesabına gəlirlərdən əldə edilməyib. Yaxın 4-5 ildə ÜDM-in 100 milyard, büdcə göstəricilərinin 30-35 milyard dollar olacağı pöroqnozlaşdırılır. Nəzərdə tutulur ki, növbəti ildə Neft Fondundan transfer nəzərə alınmadan gəlirlər 1,2 milyard manatdan çox olacaq. Azərbaycandan çox neft hasil edən ölkələrdə belə, qeyri-neft sektoru bu qədər tez inkişaf etdirilə bilməyib”-deyə komitə sədri vurğulayıb.
Z. Səmədzadə qeyd edib ki, bu faktor ölkə iqtisadiyyatının neft sektorundan asılılığından azad edilməsini təmin edir.
“Gələn il dövlət büdcəsindəki xərclər iqtisadi islahatları davam etdirmək, ölkənin müdafiə qabiliyyətini yüksəltmək, əhalinin rifah halının yüksəldilməsi regional iqtisadi inkişafı təmin edəcək. Hazırda həyta keçirilən neft layihələri Azərbaycanın müstəqilliyini təmin edən amilə çevrilir”.
“Büdcə gəlirləri 770 milyon manat azalıb”
Deputatın sözlərinə görə, bununla yanaşı, Azərbaycanın iqtisadi müstəqilliyi milli layihələrin həyata keçirilməsinə də şərait yaradır. Z.Səmədzadə yeni Sənaye və Energetika Nazirliyinin yaradılmasını müsbət qiymətləndirib. O qeyd edib ki, bu nazirliyin yaradılması enerji təhlükəsizliyi baxımından mühüm amildir. “Çünki energetika sahəsinin inkişafı Azərbaycan üçün daimi gəlir mənbəyidir”.
Z.Səmədzadə sosial sahəyə yönələn vəsaitlərdə artım olduğunu bildirib.
“Baxmayaraq ki, büdcə gəlirləri 770 milyon manat azalıb, lakin sosial sferada bütün sahələrə ayrılan vəsaitin həcmi artıb. Hazırda Azərbaycanın büdcəsi Gürcüstandan 5, Ermənistandan isə 6 dəfə çoxdur. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Cənubi Qafqaz ölkələrinin büdcəsinin 80 faizini təmin edir”.
“Yeni iş yerlərinin açılması vacibdir
Komitə sədri problemlərə də toxunub. O bildirib ki, problemlərimiz də mövcuddur. “Yeni iş yerlərinin açılması vacibdir. İqtisadi səhələrdə kadrlar yetişdirilməlidir. Azərbaycan müstəqil siyasət yürüdür. Miqraysiya axını azaldılmalıdır. Biz hesabladıq. Bəzi sahələrdə əmək haqqı azdır, amma imkan var ki, bu əmək haqqı artırılsın”-deyə Z.Səmədzadə vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?