GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Eks-nazirin qohumunun qətlində müdhiş iddialar

Eks-nazirin qohumunun qətlində müdhiş iddialar

Tarix: 12-03-2015, 10:14 Bölmə :Manşet Baxış: 0
Eks-nazirin qohumunun qətlində müdhiş iddialar

Eks-nazirin qohumunun qətlində müdhiş iddialar

Əvəz Ələkbərovun məmur xalası oğlunu öldürən cani hələ də ələ keçməyib, yarım ildə istintaqdan xəbər yoxdur; Arif Qaraşovun müavini olmuş Füzuli İsgəndərovun qatili niyə tapılmır?- təfərrüat

Azərbaycanda səs-küylü bir qətlin sirri açılmamış olaraq qalır. Artıq hadisədən 6 ay keçir və bu yarım il ərzində nə qatil ələ keçib, nə də istintaqdan bir rəsmi xəbər var. Söhbət keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlunun öldürülməsindən gedir.

Bu haqda “Gündəm-xəbər”ə mötəbər qaynaqdan verilən məlumata görə, eks-nazirin qohumunu öldürən qatil hələ də istintaqa cəlb olunmayıb. Hüquq-mühafizə orqanları Füzuli İsgəndərovun qatilinin izinə düşüb, onun fotorobotunu da hazırlayıb.

Onun gənc olduğu ehtimal edilir. Amma bu vaxta qədər qatilin ələ keçməməsi sabiq nazirin özünü də narahat edib. Hazırda Çexiyada olan Ə.Ələkbərov F.İsgəndərovun qətli ilə bağlı çırmanıb və əlaqələrini işə salıb. Amma bu müəmmalı cinayətin sirr pərdəsi qalxmır.

Mənbənin iddialarına görə, Ə.Ələkbərov özü də bu işin açılmasında maraqlıdır. Çünki qətldə şübhəli bilinən şəxsin

mərhuma yaxın bir adam olduğu ehtimal edilir. Hətta onların tanışlığı da istisna olunmur.

Amma sentyabrda baş verən hadisədən yarım il ötür və istintaq heç bir nəticəyə gəlməyib. O da iddia edilir ki, qətli törədən şəxs Azərbaycanı tərk edib.

Bununla belə, rəsmi xəbərlərdə qatilin İnterpol tərəfindən axtarışa verilməsi də yer almayıb. Belə güman olunur ki, cinayətin pərdəarxası nüansları var və hansısa mərhələdə tərəddüd olunur.

Mənbədən aldığımız xəbərdə iddia olunur ki, qatilin ölkə xaricində olması şübhələri artıb. Güman olunur ki, qatil öldürdüyü şəxsi lap əvvəldən tanıyırmış. Məlumata görə, bu məsələdə qarət məqsədindən əlavə qisas niyyəti də ola bilər.

Keçmiş nazir F.İsgəndərovun düşməninin harada ola biləcəyi istiqamətində ehtimalları ilə istintaqa fəal şəkildə yardım edir. İstintaqın ehtimalına görə, cinayətkar (və yaxud cinayətkarlar) avqustun 29-da qızına toy edən sabiq məmurun toyuna külli miqdarda pul yığıldığı düşüncəsində olublar.

Güman olunur ki, cani də onun evinə məhz qarət niyyəti ilə daxil olub, maneə ilə üzləşdiyini gördükdə isə başqa seçimi olmayıb. Odur ki, əlbəyaxa olub və 19 bıçaq zərbəsi ilə sabiq nazirin qohumu öldürülüb.

Polisin bu ehtimalı onu deməyə əsas verir ki, qatil qurbanının yaxın ətrafındakı biri olub. Hər halda, sıradan bir cinayətkar vaxtilə məmur olmuş şəxsin övladına toy etdiyini qabaqcadan öyrənə bilməzdi.

F.İsgəndərov Babək prospektində yerləşən evinin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə səhər saatlarında baş verib. Qatil onun boğazını kəsərək öldürüb və maskada olub. Sonra cinayətkar İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum edərək boğmağa çalışıb.

Süpürləşmədə qatilin maskası üzündən çıxıb. Qadın bütün qızılları və pulları verəcəyini deyib və onu öldürməməsi üçün yalvarıb. Nəticədə qadını sağ buraxan cani hadisə yerindən qaçıb. Bu da daha bir faktdır ki, qatilin maskası düşübsə, qadın onun üzünü görüb və tanıyıb.

Bütün bu detallar kifayətdir ki, istintaqın qatili tapsın. Hüquq-mühafizə orqanlarının peşəkarlığına da şək-şübhə yoxdur. Üstəlik, qətlə yetirilən şəxs özü də məmur olub, qohumu də vaxtilə nazir. Bu, Azərbaycan reallığında imtiyaz yaradır ki, cani daha tez zamanda müəyyən olunsun. Bu halda sabiq nazirin qohumunu öldürən(lər) nə üçün ələ keçməyib?

Qaynağımız qeyd edir ki, ortada istintaqa və ailəyə məlum olan səbəblər var. Əks halda tamah məqsədi ilə törədilən

cinayətin üstü açılardı. Görünür, işin daha da bilinməyən tərəfləri var. Buna baxmayaraq, istintaq hərəkətləri davam etdirilir.

Çexiyada olan sabiq nazirin isə vətənə qayıdarkən istintaqın gedişi ilə maraqlanacağı da bildirilir. Onun istintaqdan narazı qaldığı da iddia olunur. Məlumata görə, məsələnin bu vaxta qədər uzanması Ə.Ələkbərovu sinirləndirib.

Xatırladaq ki, sentyabrın 1-i Bakıda xüsusi amansızlıqla qətlə yetirilən şəhər sakini Füzuli Haqverdi oğlu İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müavini vəzifəsində çalışıb.

Daha sonrakı dövrdə biznes fəaliyyəti ilə məşğul olub. Əldə etdiyimiz son xəbərdə bildirilir ki, qatil ölkədən qaçıb və oğurladığı pulları da xaricə çıxara bilib. Məhz bu fakt da istintaqı çətinliyə salır: nə qatil, nə də dəlil ələ keçir.

Məhkəmə tibb ekspertləri onun bədəni üzərində 20-yə yaxın bıçaq xəsarəti müəyyən ediblər. İstintaqçılar belə qənaətə gəliblər ki, F.İsgəndərov qatilinə güclü müqavimət göstərdiyindən ona çoxsaylı bıçaq xəsarətləri yetirilib. Qatil onun boğazını kəsməklə müqavimətini qıra bilib. Qatilin 20-25 yaşlarında olduğu ehtimal edilir. Onu da deyək ki, Ə.Ələkbərov 1991-ci ilin yanvarından dekabr ayına kimi yeni yaradılan SSRİ Pensiya Fondu Azərbaycan SSRİ bölməsinin müdiri olub. 1991-ci ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri işləyib. Oktyabr 1992-ci ildən iyul 1999-cu ilə kimi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışıb. İlk sosial sığorta haqqında qanunun müəlliflərindən biridir. 1999-cu ildən 2006-cı ilin aprelinə qədər maliyyə naziri vəzifəsində çalışıb.

Respublikada iqtisadi siyasətin formalaşmasında, büdcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında böyük səylər göstərib. O, çoxsaylı dövlət və hökumət komissiyalarının üzvü olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Keçmiş nazirin qohumunu öldürən ölkədən qaçıb?

    Keçmiş nazirin qohumunu öldürən ölkədən qaçıb? ...

    23-10-2014, 12:13

  • 
  • Füzulu Ələkbərov həbs edildi?

    Füzulu Ələkbərov həbs edildi? ...

    29-10-2013, 17:24

  • 
  • Gəncədə çay evində xalası oğlunu öldürən şəxs saxlanılıb

    Gəncədə çay evində xalası oğlunu öldürən şəxs ...

    8-01-2019, 13:06

  • 
  • Sabiq deputatın qohumunun dəhşətli qətli haqda iddia

    Sabiq deputatın qohumunun dəhşətli qətli haqda ...

    13-04-2015, 22:31

  • 
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu