Ağsuda Mikayıl Mirzənin qardaşı oğlu öz restoranında öldürüldü; qatil ondan qabaq da başqa rayon sakinini qətlə yetirib; tərəflərin konflikti olduğu bildirilir
Ağsuda dəhşətli qətllərin bəzi detalları məlum olub. “Gündəm xəbər”ə verilən məlumata görə, cinayəti törədən şəxsin qurbanları ilə şəxsi zəmində münaqişəsi olub. Bu münaqişə isə qatil olmasına gətirib çıxarıb. Tərəflər arasında yaranmış konflikt əslində danışıqla həll edilə bilərdi. Amma tükürpədici cinayətlə yekunlaşıb.
Belə ki, rayon sakini, 1953-cü il təvəllüdlü Ramiz Ələkbərov həmyerlisi, 1966-cı il təvəllüdlü Sərxan Soltanovu qətlə yetirib. Sonra 1961-ci il təvəllüdlü digər həmyerlisi olan Mahir Mirzəyevin “Ata yurdu” kafesinə gəlib. R.Ələkbərov ov tüfəngindən açdığı atəşlə M.Mirzəyevi qətlə yetirib.
Bildirək ki, mərhum M.Mirzəyevin köhnə, balaca kafesi olub. Hadisə şahidlərinin sözlərinə görə, “Renault” markalı avtomobil ilə restorana gələn Ramiz Mahirə iki dəfə atəş açıb. Qarın boşluğundan və boynundan yaralanan Mahir elə hadisə yerindəcə keçinib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, R.Ələkbərovla M.Mirzəyev arasında heç bir ədavət olmayıb. Öldürülən M.Mirzəyev mərhum xalq artisti, sabiq deputat Mikayıl Mirzənin qardaşı oğludur.
Əmisi oğlu Vüsal Mirzəyev bildirib ki, onun Ağsuda böyük hörməti olub. İnsanlarla xoş və mehriban davranışı ilə seçilib. Heç kimə pisliyi dəyməyən, xeyirxah əməlləri ilə rayon sakinlərinin xatirəsində yaxşı insan kimi qalıb.
Onun sahibkarlıqdan əlavə incəsənətlə məşğul olması da qeyd edilib. Onu incəsənət adamları çox gözəl tanıyırdı. Bu gözlənilməz bir hadisəyə görə bütün qohumlarım şoka düşdüyünü deyən Vüsal Mirzəyev hüquq-mühafizə orqanlarından onu öldürən şəxsin tezliklə tapılaraq layiqli cəza verilməyini istəyib.
Qeyd edək ki, Mahir Mirzəyev 10 ilə yaxındır ki, Ağsu aşırımındakı “Ata yurdu” restoranını işlədirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?