gundemxeber.az etibarlı mənbələrdən aldığı məlumata görə, “Milli Mədəniyyətin Təbliği İctimai Birliyi”nin sədri Jalə Cəfərova təşkilatçılığı ilə keçirilən sərgidə Neftcala Rayon İcra Başçısının birinci müavini Gültəkin xanım əlil olan rəssamları 30 əsərini H Əliyev mərkəzində saxladaraq onların haqlarını ödəniş vasitəsi ilə fevral ayının sonunadək ödəniləcəyini bildirdi..
Bizə ünvanlanan məlumatda belə deyilir. - 26 yanvar 2015-ci ildə Neftçala rayonun Heydər Əliyev Mərkəzində keçirilən “BARMAQSIZ RƏSSAMIN TƏLƏBƏLƏRİ İLƏ FƏRYADI” adlı xeyriyyə rəsm sərgisində iştirak edən Şəmsəddin Böyükdüzlü (II-ci qrup əlil) və 12 tələbəsi aldadılıblar. Şəmsəddin Böyükdüzlünün dediklərinə görə, 3gün davam edən tədbirdən sonra tədbirdən İH-nın birinci müavini Gültəkin xanım və “M.M.T.İ.B” sədri Jalə Cəfərova onunla söhbət edərək 30 ədəd rəsm əsərinin yarı qiymətinə yendirərək Heydər Əliyev Mərkəzində qalmasını xahiş etdilər.
Bu əsərlərin rayonun icra başcısı tərəfindən bir həftə içində pullarını verəcəklərini bildirən hər iki xanım başçı ilə bu barədə danışıldığını vurğulayıblar məhs elə buna görə, rəsm əsərləri Heydər Əliyev Mərkəzində qalıb. Şəmsəddin Böyükdüzlü onuda bildirdi ki, bakıdan neftçalaya cağrılan zamanda bütün xərclərin məhs “M.M.T.İ.B” tərəfindən ödəniləcəyi vədini vermişdilər.
QHT kimi fəaliyyət göstərən “Milli Mədəniyyətin Təbliği İctimai Birliyi” Neftçala icra başçısının 1-ci müavini Gültəkin xanımla 13 rəssama onların 30 əsərini Heydər Əliyev mərkəzində bir aydan çox vaxt keçdikdən sonra əsərlərini ödəniş vasitəsi ilə ödəyəcəklərini vəd etsələrdə bu günə qədər heçbir ödəniş olmayıb
NÖVBƏTİ GÜNLƏRDƏ SİZLƏRƏ ƏLİL OLAN RƏSSAMLARIN ADLARINI, ALDADILANLARIN ADLARINI VƏ REPORTAJINI SİZLƏRƏ TƏQDİM EDƏCƏYİK.
Sorğu
Yeni dizaynımız necədir?