Rayonun təhsil şöbəsinin müdiri Əjdər Kərimovla Azad Həmkarlar İttifaqının sədri Asudə Cəfərova icra başçısının müavini postu uğrunda davaya çıxıblar
Neftçalada iki məmur arasında münasibətlər ən kəskin həddə çatıb. JAM.AZ-a verilən məlumata görə, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov Azad Həmkarlar İttifaqının sədri Asudə Cəfərova ilə yola getmədiyindən vaxtaşırı toqquşmalar yaşanır. Məlumatlarda deyilir ki, tərəflər arasında yaranmış gərginliyə səbəb isə tərəflərdən hər ikisinin gələcək karyerası ilə bağlı iddiaları olmasıdır. Qeyd edilir ki, Əjdər Kərimov işdən çıxarılacağını biliri və onun yaxın gələcəkdə Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunacağı gözlənilir. Eyni posta iddialı olan Asudə Cəfərova da bunun qarşısını almaq üçün Kərimovun əleyhinə işə aparır. Nəticədə, tərəflər dəfələrlə üz-üzə gələrək, aralarındakı bu münasibətlərə zor yolu ilə aydınlıq gətirməyə çalışırlar. Məlumatlarda o da vurğulanır ki, rayonda iki məmur arasında yaranmış qarşıdurmanın bir başqa səbəbkarı da var. Məsələ belədir ki, icra başçısının təhsil və səhiyyə üzrə müavini Gültəkin Sadıqova hər iki tərəflər eyni münasibət saxlamaqla yanaşı, hər ikisinə də eyni vədləri verib. Nəticədə, durum o qədər qəlizləşib ki, hər iki məmur üz tutduqları bu adamdan yenə əvvəlki səviyyədə vəd almaqla kifayətlənirlər. Sirrin üstünün açılmaması üçün isə müavinin bir neçə dəfə tutarlı yalanlar danışdığına dair iddialar da var. Amma mənbə bildirir ki, Əjdər Kərimovun əyri işləri çox olduğundan onun müavin postuna gətiriləcəyi inandırıcı görünmür. Çünki faktiki olaraq Neftçala təhsilini bərbad hala salmış bu adam orta məktəbləri əsl bazara çevrib. Direktor və müəllimlərdən yığdığı pullarla müavin olacacığını düşünən təhsil şöbəsinin müdiri böyük ümidlərlə yeni təyinatını gözləyir. Rayonda isə təhsil daha dəhşətli duruma düşür ki, buna görə də cavab verən yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?