GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Heydər Əsədovun səlahiyyəti genişləndi – nazir hegemon gücə çevirilir

Heydər Əsədovun səlahiyyəti genişləndi – nazir hegemon gücə çevirilir

Tarix: 16-03-2015, 01:17 Bölmə :Manşet Baxış: 0
Heydər Əsədovun səlahiyyəti genişləndi – nazir hegemon gücə çevirilir

Heydər Əsədovun səlahiyyəti genişləndi – nazir hegemon gücə çevirilir

Nazirin mövqeylərinin güclənməsi korrupsiyaya yol verən icra başçılarını da qorxudur

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məmurları subsidiyaların mənimsənilməsində ittiham edərək, hədələməsi kənd təsərrüfatı naziri Heydər Əsədovun mövqeyini gücləndirib.

Elə dünən İlham Əliyevin Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncam da sözügedən nazirin səlahiyyətini və rəqibləri qarşısında mövqeyini xeyli genişləndirən addım olub.

Xatırladaq ki, yeni sərəncamla. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb. Nazirlər Kabinetinə isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərcləri bölgüsündə 10,0 (on) milyon manat ayrılması məsələsinin həll tapşırrılıb.

Son üç ay ərzində Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyə dövlətin diqqətinin artırılması isə onun rəqiblərini nə qədər qıcıqlandırsa da, bir o qədər də subsidiyaların yerlərdə paylanılmasında birbaşa iştirak edən icra başçılarını əndişəyə salıb.

Bu barədə «Gündəm Xəbər»i məlumatlandıran məlumatlı şəxsin sözlərinə görə, İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan Heydər Əsədovla məmurlara subsidiyaların oğurlanması ilə bağlı xəbərdarlıq etməsindən sonra bu sahədə ciddi silkələnmələrin olacağı gözlənilirdi:

"Həmin çıxışı yəqin xatırlayırsınız, Prezident «İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır», - dedi. Məhz bu sözlərdən sonra cəmiyyətin bilmədiyi bir çox proseslər də həyata keçirilib.

Hesab edirəm ki, dünənki sərəncamdan sonra Heydər Əsədovun qarşısında «yaşıl işıq» tam yandırıldı. Bu isə yaxın müddətdən başlayaraq, kobud davrananlardan tutmuş, sahibkarları işlədib, pullarını ödəməyən icra başçılarına qədər yerli icra hakimiyyətlərində ciddi dəyişiklər olacacından da xəbər verir. Eyni zamanda, ötən il subsidiyaların mənimsənilməsinə görə barələrində cinayət işi açılmış rayon icra başçılarını da xoş gələcək gözləmədiyni deyə bilərik. Doğrudur, pezidentin «real statistika budur» deyərək, keçmiş kənd təsərüfatı naziri İsmət Abbasovu da hədəfə aldığını deyənlər var. Amma mən elə düşünmürəm. Belə olsaydı, o zaman İsmət Abbasov baş nazirin müavini təyin edilməzdi. Məncə, prezident bununla korrupsiyanın «nüvəsi»ni yaradan icra başçılarını hədəfə aldı. Axı, bu gün hamı bilir ki, subsidiyaların kəndlilərə paylanılması ilə bağlı Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər bir neçə mərkəzi qurumun təmsilçiliyi ilə yanaşı, rayon icra hakimiyyətlərinin yerli nümayəndələrindən ibarət komissiyalar fəaliyyət göstərir. Maraqlısı bu idi ki, Heydər Əsədov bunları nədənsə açıq atmosferdə keçən iclasda dilə gətirmək istəmədi. Görünür, bəzi icra başçılarının Heydər Əsədovu «dalan»a sıxması, bəzilərinin isə nazirlə anlaşması haqda yayılan söz-söhbətlər də təsadüfi deyil. İlham Əliyev isə "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi» ifadəsi ilə elə Heydər Əsədovun özünə də xəbərdarlıq etmiş oldu. Bu isə hər zaman ehtiyatlı və tədbirli davranışıə seçilən Heydər Əsədovu hərəkətə gətirəcək. Yəni deyə bilərəm ki, bu il ötən ilki vəziyyətdən fərqli mənzərə olacaq. Heydər Əsədov bu dəfə daha məqsədli olacaq».

Müsahibimiz deyir ki, artıq Heydər Əsədov nazirliyin əməkdaşlarını rayonlara səfərbər edib: «Nazir Heydər Əsədov payız taxıl səpin ərazilərini indidən monitorinq etdirməyə başlayıb. Bununla o, əkin sahələrinin şişirdilməsinin qarşısını almaq niyətində olmaqla yanaşı, 2 ay əvvəl verilən sənədləri yoxlama istəyir. Belə ki, rayonlar 01 dekabr 2014-cü ilə olan movcud vəziyyəti əks etdirən sənədləri atrıq nazirliyə təqdim ediblər. Heydər Əsədov da sənədlərdə göstərilən əkin sahələrinin hesabatını yerlərdə monitoriqn keçirməklə, müqaiyəsli təhlilini aparmaq, orada baş verən

korrpsuya ilə bağlı indidən sərt tədbirlərə əl atmaqda qərarlıdır. Şübhəsiz ki, belə vəziyyət subsidiyaların ayrılması prosesindəki birinci mərhələdə icra başçılarının əvvəlki kimi korrupsiyaya yol vermələrinin üstünü açacaq. Bu isə ortaya iki yol çıxaracaq: İcra başçıları ya Heydər Əsədovla anlaşmaya gedib, qazancı bölməyə çalışacaqlar, ya da açıq savaşa girəcəklər. Hər halda, bütün hallarda, əksər icra başçıları ilə bu savaş qaçılmazdır».

Mənbə deyir ki, nazir Heydər Əsədov indi də icra başçıları dünən yaradılan fondun səlahiyyətləri ilə bağllı da “döyüşməli” olacaq:

“Heydər Əsədov bu dəfə də yerlərdə toxumçuluğa “əl uzatmaq” sevdasından vaz keçməsii gözlənilməyən icra başçılarına qarşı ikinci “cəbhə” açmalı olacaq. Ancaq əminə, o, bu “döyüşlər”ə cürətkar girəcək. Əlbəttə, Heydər Əsədov həm prezidentin xəbərdarlığından, həm də bir daha səlahiyyəti genişlənən dünənki sərəncamdan sonra cürətkar davranacaq. Ancaq onun bütün icra başçılarına hökm edəcəyini də söyləmək çətindir. Çünki elə icra başçıları var ki, Heydər Əsədov durdurmaq gücü çoxdur. Bu, ötən ilin monitorinqləri zamanı da özünü göstərdi. Bu dəfə də belə ollacağı gözlənilir. Düzdür, Heydər Əsədov ehtiyatlı davranışlarına “döüşkən ruh”la əvəzləyib və eyni zamanda, şəxsən prezidentə açıq məruzə edə bilərsə, o zaman vəziyyət kökündən dəyişəcək».

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Heydər Əsədov hücuma keçdi – nazir 6 rayonu hədəfə aldı

    Heydər Əsədov hücuma keçdi – nazir 6 rayonu ...

    17-03-2015, 00:54

  • 
  • Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq (SƏRƏNCAM)

    Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq (SƏRƏNCAM) ...

    23-05-2018, 13:45

  • 
  • Prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda iştirak edir

    Prezident İlham Əliyev "Regionların ...

    29-01-2019, 11:27

  • 
  • İlham Əliyev Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda - YENİLƏNİB

    İlham Əliyev Dövlət Proqramının icrasının birinci ...

    3-02-2020, 15:04

  • 
  • Heydər Əsədovun milyonluq villaları üzə çıxdı - FOTOLAR

    Heydər Əsədovun milyonluq villaları üzə çıxdı - ...

    15-05-2018, 13:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu