GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Heydər Əsədov hücuma keçdi – nazir 6 rayonu hədəfə aldı

Heydər Əsədov hücuma keçdi – nazir 6 rayonu hədəfə aldı

Tarix: 17-03-2015, 00:54 Bölmə :Manşet Baxış: 0
Heydər Əsədov hücuma keçdi – nazir 6 rayonu hədəfə aldı

Kənd təsərrüfatı naziri ölkədə səs-küylü həbslərə səbəb olacaq addımlar atmağa başlayıb

Kənd təsərrüfatı naziri Heydər Əsədovun Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdan sonra tabeliyində olan məmurlaraia və rayon rəhbərlərinə qarşı sərt davranacağı ilə bağlı deyilənlər özünü doğrulmağa başlayıb.

Xatırladaq ki, bu barədə «Gündəm Xəbər» qəzeti ötən saylarında geniş məlumat verib. Həmin məlumatlarda Heyddər Əsədovun subsidyiaların mənimsənilməsində başlıca rol oynayan rayon icra başçıları və onun ərazi nümayəndələrindən ibarət yerli komissiya rəhbərlərini, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan «Aqrolizinq» ASC-nin yerli şöbə rəislərini «dalan» sıxacağı vurğanırdı. Artıq ötən sayımızdaa yazdıqlarımız öz təsdiqini tapır.

«Gündəm Xəbər»in məlumatına görə, nazir Heydər Əsədov dünən “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan müşavirə keçirib. Və həmin müşavirədəcə fəaliyyətində nöqsanlara yol verən cəmiyyətin bir neçə əməkdaşını cəzalandırıb. Belə ki, nazir “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədova xəbərdarlıq, İdarə Heyətinin sədr müavini Aydın Əzizova şiddətli töhmət elan edib. Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və səkkiz rayonun aqroservis filiallarının rəhbəri tutduğu vəzifədən azad olunub. Altı rayonun aqroservis filiallarının rəhbərləri barədə müvafiq araşdırma aparılandan sonra daha ciddi tədbir görüləcək:

«Bu fakt göstərir ki, Heydər Əsədov ilk əvvəl öz adamlarından başşlamaqla, ətrafa mesajını verir. Yəni o, subsidiyaların mənimsənilməsində əsas rol oynayan icra başçılarına «kiməsə güzəşt olmayacaq» mesajını vermiş oldu. Nazirin «Aqorlizinq»in 6 rayon şöbəsi ilə bağlı ayrıca paraqraf açması isə başqa bir səs-küylü hadisədən xəbər verir. Görəcəksiniz, həmin 6 rayonun sayı azı 3 dəfə çoxalacaq. Yəni yoxlama daha çox rayonda geniş miqyaslı olacaq».

Müsahibimiz deyir ki, Heydər Əsədovun əlini gücləndirən əsas məqam dövlət başçısı İlham Əliyevin çıxışı və tapşırıqlarıdır: «Prezident Heydər Əsədova 2015-ci ilin kənd təsərrüfatı ili elan olunmasının səbəbsiz olmadığı tapşırığını verib. Yəni Heydər Əsədova bu il rəhbərlik etdiyi sahədə dönüş

yaradılması üçün hər cür təminat və şərait yaradılıb. Əminəm ki, bu, belə də davam edəcək. Elə bir neçə gün əvvəl İlham Əliyevin Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamı da Heydər Əsədova göstərilən etimadın bariz nümunəsidir.

Xatırladaq ki, həmin sərəncamla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb. Nazirlər Kabinetinə isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərcləri bölgüsündə 10,0 (on) milyon manat ayrılması məsələsinin həll tapşırrılıb.

Son üç ay ərzində Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyə dövlətin diqqətinin artırılması isə subsidiyaların yerlərdə paylanılmasında birbaşa iştirak edən icra başçılarını əndişəyə salıb».

«Gündəm Xəbər»i məlumatlandıran məlumatlı şəxsin sözlərinə görə, bu il subsidiyaların rayon məmurları tərəfindən asanlıqla mənimsənilməsi məsələsi olmayacaq: «Əminəm ki, ötən il subsidiyaların mənimsənilməsinə görə barələrində cinayət işi açılmış rayon icra başçılarını da xoş gələcək gözləməyəcək. Məncə, prezident son müşavirədəki çıxışında korrupsiyanın «nüvəsi»ni yaradan icra başçılarını hədəfə alarkən, Heydər Əsədova «yol xəritəsi»ni göstərdi. Axı, bu gün hamı bilir ki, subsidiyaların kəndlilərə paylanılması ilə bağlı Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər bir neçə mərkəzi qurumun təmsilçiliyi ilə yanaşı, rayon icra hakimiyyətlərinin yerli nümayəndələrindən ibarət komissiyalar fəaliyyət göstərir. Yəni deyə bilərəm ki, bu il ötən ilki vəziyyətdən fərqli mənzərə olacaq. Heydər Əsədov bu dəfə daha məqsədli olacaq».

Müsahibimiz deyir ki, Heydər Əsədov hazırda ölkənin 58 ryon və şəhərlərində öz sahəsi üzrə geniş araşdırmaya start verib: «Nazir Heydər Əsədov bütün əkilmiş və əkiləcək sahələrin indidən statistikasını çıxarmağa başlayıb. Bununla o, subsidiya oğrularının əkin sahələrinin şişirdilməsinin qarşısını almaq niyyətində olmaqla yanaşı, 2 ay əvvəl verilən yardım üçün təqdim olunan sənədlərdəki rəqəmləri dəqiqləşdirmək istəyir. Məlumunz olsun ki, rayonlar 01 dekabr 2014-cü ilə olan movcud vəziyyəti əks etdirən

sənədləri artıq nazirliyə təqdim ediblər. Heydər Əsədov da həmin sənədlərdə göstərilən əkin sahələrinin hesabatını yerlərdə monitorinq keçirməklə, orada baş verən korrupsiyanı aşkara çıxarmaq istəyir. Görəcəksiniz, bu dəfə korrupsiyaya yol verən rayon rəhbərlərini və onların yerli komissiyalara rəhbərlik edən icra nümayəndələrini əvvəlki illər kimi, «ilişən»də asanlıqla «buxov»dan çıxa bilməyəcəklər».

Mənbə iddia edir ki, 2015-ci il ölkədə təkcə «Kənd Təsərrüfatı ili» kimi yaddaşda qalmayacaq: «Bu il ölkəmizdə bir sıra əlamətdar hadisələr olacaq. «Avropa Olimpiya Oyunları, Parlament seçkiləri vvə sair əlamətdar hadisələrin yanıyca xoşagəlməz hadisələrin də olacağı istisna deyil. Məncə Heydər Əsədovun apardığı monitorinqin nəticələri xeyli məmurun həbsi ilə də yadda qalacaq».

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Heydər Əsədovun səlahiyyəti genişləndi – nazir hegemon gücə çevirilir

    Heydər Əsədovun səlahiyyəti genişləndi – nazir ...

    16-03-2015, 01:17

  • 
  • Prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda iştirak edir

    Prezident İlham Əliyev "Regionların ...

    29-01-2019, 11:27

  • 
  • İlham Əliyev Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda - YENİLƏNİB

    İlham Əliyev Dövlət Proqramının icrasının birinci ...

    3-02-2020, 15:04

  • 
  • Prezident regionların inkişafının növbəti mərhələsinə yekun vurur - YENİLƏNİB

    Prezident regionların inkişafının növbəti ...

    29-01-2018, 11:00

  • 
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu