GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Daha üç icra başçısı hədəfə alınıb – yoxlama genişlənir

Daha üç icra başçısı hədəfə alınıb – yoxlama genişlənir

Tarix: 16-03-2015, 11:23 Bölmə :Manşet Baxış: 0
Daha üç icra başçısı hədəfə alınıb – yoxlama genişlənir

Xəbər verildiyi kimi, Hesablama Palatası mart ayı ərzində növbəti yoxlama hədəfini açıqlayıb.

Palatadan verilən məlumata görə, bu dəfə dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər MR Mədəniyyət və Turizm Nazirliyinin aparatının və Nazirliyin mərkəzləşdirilmiş hesabatlığından maliyyələşən təşkilatların saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və büdcədənkənar vəsaitlərin icrasına dair də nəzarət tədbirləri üzrə proqram təsdiq olunub.

Bizi məlumatlandıran mənbənin sözlərinə görə, Hesablama Palatasının son bir ildə bu istiqamətdə apardığı yoxlamalar və onların nəticələri ilə bağlı Milli Məclis vasitəsiylə Prezident Administrasiyasına hesabat göndərməsi,vəzifəli şəxsləri ciddi təhllükələrlə üz-üzə qoyur.

Mənbənin sözlərinə görə, Hesablama Palatasının Xızı və Xətai rayon İcra hakmiyyətlərində yoxlama qərarı hər iki icra başçısının yol verdikləri ciddi səhvlərdən qaynaqlanır: «Xüsusiylə Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovun adının qardaşının dələduzluq olayında hallanması və bu yöndə şikayətlərin dövrü mətbuatda geniş yayılmasından sonra başlanan yoxlama, düşünürəm ki, onun karyerasına nöqtə qoyacaq əsas faktor olacaq. Mənim bildiyimə görə, onun vaxtı ilə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə rəhbərlik etmiş qardaşı Rövşən Aslanovun Əbülfəz Cəlal oğlu Əliyevə kələk gəlməsi hakim dairələrdə də ciddi müzakirəyə səbəb olub. Və Xəzər Aslanovun doğma qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin isə qaynı olan Rövşənin bu hərəkəti adıçəkilən hər iki başçısı üçün ciddi baş ağrısına çevrilib. Bir sözlə, hakim dairələr icra başçılarının xarici ölkələrdə bizneslərini nəzarətə götürməklə yanaşı, həm də onların fəaliyyətlərini təftiş etdirməkdə maraqlı duruma gəliblər. Ona görə hesab edirəm, adları “qara siyahı”da olan Xızı və Neftçalanın icra başçılarının vəziyəti yaxşı deyil. Belə bir məqamda Xızıda təkcə bir əməliyyatla 950 min manat büdcə vəsaitinin təyinatından yayındırılması söhbəti də, Xəzər Aslanovun vəziyyətini dramatikləşdirəcək.

Bu və ya digər məqamlarla bağlı yayılan ciddi ittihamlardan sonra Hesablamaa Palatasının qəfil geniş yoxlama qərarı verməsi, təsadüfi deyil. Məncə, Xəzər Aslanov əsas da qardaşının dələduzluğunun güdazına veriləcək.

O ki qaldı Xətaidə aparılan yoxlamalara, hesab edirəm, barəsində son illər artan şikayətlər fonunda bu yoxlama icra başçısı Razim Məmmədova da xoş gələcək vəd etməyəcək».

Mənbə Hesablama Palatasının hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində də (AZAL) yoxlama apardığını deyib. Məsələnin ən maraqlı tərəfi isə bu yoxlamanın Vergilər Nazirliyi ilə birgə aparılmasıdır: «Hazırda hər iki qurumda yoxlama davam etdirilir. Hesab edirəm, Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılan yoxlamada məqsəd hər iki büdcə təşkilatının rəhbərlərinin də gizli əməllərini üzə çıxarmaq və nəticəyə uyğun onları cəzalandırmaq olacaq. Çünki hər iki qurumda rəhbər şəxslər də ayrılan vəsaitləri istədikləri şəkildə xərclənməsi və mənimsənilməsini həyata keçiriblər. Yəqin ki, Vergilər Nazirliyi ilə palatanın peşəkar əməkdaşları bunları üzə çıxarmaqdan çəkinməyəcəklər. Sizi əmin edirəm ki, həm AZAAL, həm də AzTV-də elə maliyyə fırıldaqlarına yol verilib ki, bu, Cahangir Əsgərovla Arif Alışanovun karyeralarını nəinki bitirəcək, hətta onların məsuliyyətə cəlb olunmasına da rəvac verə bilər. Sözsüz ki, bunlar üçün mütləq siyasi qərar olmalıdır. Məncə, o qərar verilərsə, hər iki qurumda üzə çıxacaq heyrət doğrucu faktlar cəmiyyətə də şok yaşadacaq».

AZAL-dakı yoxlama qərarının yaratdığı rezionas haqqında danışan müsahibimiz deyir ki, bu yoxlama qərarı təkcə Cahangir Əsgərovu deyil, həm də onun «patronluq» etdiyi MMC-lərin rəhbər şəxslərini də qorxuya salıb:

«Cahangir Əsgərov özünə yaxın MMC-lərlə müqavilələr bağlayaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əsas maliyyəsinin onların vasitəsiylə reallizə etdirir. Yəqin xatırlayırsınız, bir müddət əvvəl Türk Hava Yollarının rəhbəri də Türkiyədə bu metoddan istifadə edərək, milyonlarla dollar vəsaiti təyinatından yayındırmaqla, mənimsəmişdir. Və bu açılan kimi, o, vəzifəsindən istefa verdi. Hazırda da onun işi prokurorluqdadır. Yəni sözüm odur ki, eyni vəziyyəti Cahangir Əsgərov Azərbaycanda daha rüsvayçı formada təkrarlayıb və bu proses indi də davam

etdirilir. İndisə Hesablama Palatası Vergilər Nazirliyini cəlb etməklə, durumu dramatikləşdirib. Görünür, indi bu pulların hesabını sormaq zamanı çatıb».

Müsahibimiz deyir ki, əslində, adıçəkilən hər iki qurumda yoxlama qərarının verilməsində palatadan daha çox, vergilər naziri Fazil Məmmədov həddən artıq maraqlıdır: «Sadəcə, o, Vergilər Nazirliyinin qəfil yoxlama qərarının rezionas doğurmaması üçün Hesablama Palatasının qərarına hörmətlə yanaşıb. Yəni Fazil Məmmədov palatanın xətti ilə bu iki qurumu və onların nəzarətində olan MMC-lərlə yol verdikləri maliyyə fırıldaqlarını da ifşa etməkdə maraqlı görünür».

Yazıda adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi

    İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi ...

    8-04-2015, 19:27

  • 
  • İki icra başçısı hədəfdə-YOXLAMA

    İki icra başçısı hədəfdə-YOXLAMA ...

    13-10-2014, 15:31

  • 
  • “İcra hakimiyyətlərinin işi” Milli Məclisə göndəriləcək

    “İcra hakimiyyətlərinin işi” Milli Məclisə ...

    29-10-2013, 13:07

  • 
  • Hesablama Palatası icra başçısını yenə hədəfə aldı

    Hesablama Palatası icra başçısını yenə hədəfə aldı ...

    1-04-2015, 16:28

  • 
  • “Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti yoxlanılıb

    “Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti ...

    30-08-2017, 20:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu