Yoxlamalar Razim Məmmədovla yolların ayrılma nöqtəsinə çatdığını göstərir
Hesablama Palatası son bir ay ərzində Xətai Rayon İcra Hakimiyyəti və onun strukturlarında yoxlama aparılması barədə iki qərar qəbul edib.
Xatırladaq ki, Hesablama Palatasının dünən keçirilən iclasında da dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xətai Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət əsaslı vəsait qoyuluşunun yoxlanılması barədə qərar qəbul olunub:
«Düzdür, Xətai ilə yanaşı, ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin, həmçinin "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadə vəziyyətinə dair hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Bu fakt isə daha çox Xətainin icra başçısı Razim Məmmədovun əleyhinə işləyəcək.
Mənim məlumatıma görə, Hesablama Palatasının Razim Məmmədovu son bir ay ərzində hədəfə alması təsadüfi deyil: «Bu o deməkdir ki, Razim Məmmədovla bağlı siyasi qərar var. Bu qərar isə onun karyerasının bitirilməsini tezləşdirə bilər. Güman ki, yaxın bir ay ərzində o, vəzifəsindən azad olunacaq. Yox, əgər üç sonra ölkədə keçiriləcək olimpiada ilə bağlı hər hansı bir tapşırıq olarsa, bu, onun vəzifə ömrünü 5-6 ay uzada bilər. Ancaq əmin ola bilərsiniz ki, 2015-ci il onun icra başçısı postundakı son ili olacaq. Barəsində çoxsaylı şikayətlər olan Razim Məmmədovla hakimiyyətin uzun yol qət etməyəcəyi artıq dəqiqdir».
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?