GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakı avtovağzalında anarxiya

Bakı avtovağzalında anarxiya

Tarix: 16-03-2015, 11:25 Bölmə :Manşet Baxış: 0
Bakı avtovağzalında anarxiya

Biletlər niyə qiymətindən 2-5 manat baha satılır?

Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi sahənin problemləri bitib-tükənmək bilmir. Ötən saylarımızda şəhərdaxili nəqliyyatın durumu, çoxsaylı problemlər barədə yazmışdıq. Baxmayaraq ki, paytaxtda sərnişindaşıma xidmətinin hansı səviyyədə olduğu hamımıza bəllidir. Ancaq bu dəfə şəhərlərarası sərnişindaşımanın vəziyyəti, eləcə də el arasında “Titanik” adlandırılan Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalındakı biabırçı durumdan bəhs etməliyik.

Tıxaclar, stress və əsəb gərginliyi...

Öncə qeyd edək ki, avtovağzalın şəhərin mərkəzindən çıxarılacağı ilə tıxac probleminin həll ediləcəyi deyilirdi. Lakin avtovağzalın köçürülməsi də bu problemi həll etmədi. Səhər saatlarında nəqliyyatın hərəkəti düzgün tənzimlənmədiyindən Sumqayıtdan gələn sərnişinlər avtovağzaldan “20 yanvar” metrostansiyasına çatanadək saatlarla vaxt itirir. Hələ axşam saatlarını demirik. “20 yanvar” metrostansiyasından Sumqayıta gedən sərnişinlər bəzən tıxaclar səbəbindən 1-1,5 saat vaxt itirirlər. 30 km-lik yol uçun bu xeyli vaxt itkisidir. Biz hələ Nəqliyyat Nazirliyinin bu istiqamətdə avtomobillərin normal hərəkəti üçün şərait yaratmamasından

dolayı hər gün insanlarımızın çəkdiyi əzab-əziyyəti, stress və əsəb gərginliyini demirik.

Avtovağzalda səliqəsizlik

Eyni səliqəsizlik avtovağzalın ətrafında və özündə də hökm sürməkdədir. Avtovağzaldan hər gün rayonlara, eləcə də xarici ölkələrə sərnişin avtobusları yola düşür. Eyni zamanda paytaxta gələn avtobusları bu avtovağzal qəbul edir. Avtovağzal gün ərzində 18-20 min sərnişinə xidmət etmək, 800-950 avtobusu qəbul edib yola salmaq gücünə malikdir. Bakı avtovağzalı təqribən elə bu qədər avtobusu qəbul edib yola salır. Lakin yeni avtovağzal istifadəyə verilən gündən yaranan bir çox problemlər hələ də həllini tapmayıb. Birincisi, marşrut xəttində hərəkət edən avtobusların nizam-intizamsızlığı problem olaraq qalır. Avtovağzal daxilində də vəziyyət o qədər də ürəkaçan deyil.

Eskalatorlar işləmir...

“Avtovağzal” ticarət mərkəzində ekskalatorlar çox vaxt işləmir. Sərnişinlər əllərindəki ağır zənbillərlə pilləkənlərlə çıxıb-düşməyə məcbur qalırdılar.

Ticarət mərkəzi ilə yanaşı avtobuslara texniki baxış keçirilən ərazidə də özbaşınalıqdır. Avtovağzal daxilindəki qayda-qanuna görə, hər bir avtobus gündə bir dəfə yuyulub, təmizlənməli və çekini avtovağzaldakı Nəqliyyat Departamentinə təqdim etməlidir.

25 manat “moyka haqqı”

Ancaq sürücülər deyir ki, avtobusu yumaq çox baha başa gəlir. Bunun üçün onlardan 25-30 manat pul alırlar. Kimlərsə avtovağzal daxilində özlərinə sərf edən qanun yaradaraq öz bildiklərini edirlər. Sürücülər haqlı olaraq bildiri ki, əgər avtobusların təmiz olmasını istəyirlərsə, bu xidməti pulsuz etsinlər. Hər gün sürücülərdən ən azı 25 manat “moyka” haqqı alırlar.

Sumqayıt marşrutu ilə bağlı fırıldaqlar

Avtovağzalın sağ tərəfində Sumqayıta işlyən avtobuslar üçün ayrılmış “Bakı-Sumqayıt avtostansiyası” yerləşir. Vaxtilə paytaxtdan Sumqayıta avtobuslar metronun “20 Yanvar” satansiyasının yaxınlığından gedirdi. Yeni avtovağzal istifadəyə veriləndən sonra isə burda Sumqayıta işləyən avtobuslara ayrıca avtostansiya ayrıldı.Məqsəd isə “20 yanvar”da tıxac yaranmasının qarşısını almaq idi. Lakin hazırda yenidən “20 yanvar”dan

Sumqayita marşrut avtobusları işləyir. Bunun səbəbləri isə qaranlıqdır. Daha doğrusu, görünür, bu “sistemə” qayitmaq Nəqliyyat nazirinə sərf edir. Hər halda buna görə sürücülərin əlavə haqq ödədikləri heç kimə sir deyil. İş burasındadır ki, avtovağzala nisbətən “20 yanvar”dan Sumqayıta gedənlər çox olur. Sürücülərə avtivağzalda dayanıb saatlarla müştəri gözləmək sərf etmir. “20 yanvar”da onlar daha tez sərnişin toplayırlar. Bu səbəbdən də sürücülərlə Nəqliyyat nazirliyinin səlahiyyətliləri arasında anlaşma mövcuddur. Bu isə təbii ki, “20 yanvar” metrotansiyasında hərəkət sıxlığının və sonu görünməyən tıxacların yaranmasına öz tövhəsini verir. Avtovağzalda isə Sumqayıta gedən sərnişinlər avtobusların gec getməsindən şikayətlənir.

Taksi sürücülərinin başına min bir oyun açılır

Avtovağzalda ciddi problemlərlə üzləşənlər tək avtobus sürücüləri və sərnişinlər deyil. Burada taksi sürücülərinin də başına min oyun açırlar. Avtovağzalın girəcəyində taksi sürücüləri rayonlara aparmaq üçün sərnişin tuturlar. Burada bir səs-küy olur ki, gəl görəsən. Avtovağzala gələnləri bu səs-küylə qarşılayırlar və bu da avtovağzalın fəaliyyəti barədə olduqca xoş olmayan təəssürat yaradır. Taksilər hərəsi bir tərəfdə müştəri haraylayır. Öncə taksilərin icazəsiz işlədiklərini fikirləşirsən. Amma orada 5 dəqiqə dayanmaq kifayətdir ki, Nəqliyyat Departamentinin işçilərinin onlara yaxınlaşıb pul tələb etdiyini görəsən. Taksi sürücüləri deyir

ki, onlar burda dayanmaqlarına görə Nəqliyyat Departamentinin işçilərinə rüşvət verirlər. Onları: avtovağzala buraxmırlar. Ona görə də avtovağzalın çölündə dayanırlar. Departamentin işçiləri hər gün taksi sürücülərindən 20 manat tələb edirlər. Verməyəndə isə onların avtomoillərinin nömrələrini açıb götürürlər.

Bundan başqa rayonlardan gələn avtobusların dayandığı dayanacaqa yaxınlaşmaq üçün isə təkcə taksi sürücülərindən deyil, mülki vətəndaşlardan da 1 manat pul tələb olunur. Lakin buna görə heç bir qəbz verilmir. Yığılan pulların isə kimin cibinə getdiyi aydındır.

Bayram günlərində xaos

Bayram günlərində isə avtovağzalda daha biabırçı vəziyyət yaranır. Bakıda yaşayan və əslən rayondan olanlar bayramı qohum-əqrəba ilə qeyd etmək istədiyindən, rayonlara axışır. Bundan istifadə edən avtovağzal rəhbərliyi isə rayonlara gedən avtobuslarda gediş haqqını qaldırır.Bu zaman rayonlara gedən avtobuslara bileetlərin qiyməti bir neçə manat bahalaşdırılır. Avtovağzalda sıxlıq yaranır. Yol pulu üstündə sürücülərlə sərnişinlər arasında mübahisə yaranır. Adi günlərdə 8 manata olan bilet üçün 12 manat tələb edilir

Sürücülər isə bir əsassız səbəb göstərirlər: “Bayramdır, ona görə qiymət bahadır”. Bəziləri isə deyir ki, qiymətlər avtovağzal rəhbərliyi tərəfindən qaldırılır.

Avtovağzalın beşinci mərtəbəsində yerləşən kassadan isə sərnişinlərin əksəriyyəti xəbərsizdir. Sərnişinlərin bir çoxu rayona gedən avtobusu tapmaqla məsələni bitmiş hesab edir. Bu isə avtobus sürücülərinə qiymətləri qaldırmağa şərait yaradır.

Dayanacaq problemi

Xüsusən də Gürcüstana gedən sərnişinlər tez-tez qanunsuzluğun baş alıb getməsindən şikayətlənir. Gürcüstana gedən sərnişinləri çox vaxt aldadıb Qırmızı Körpüdə düşürürlər. Gürcüstana bilet 12 manata olsa da, sərnişinlərdən 13 manat tələb edilir. Səbəbini soruşduqda kassir müəyyən bəhanələr gətirir.

Bakı şəhərində dayanacaqlarla bağlı problemli vəziyyət Bakı Beynəlxalq Avtovağzalın ərazisində də hökm sürür. Avtovağzalın ərazisindəki avtobus dayanacaqları taksi sürücüləri tərəfindən zəbt edilib. Sərnişinlər və avtobuslar taksi maşınlarının əlindən dayanacağa daxil ola bilmir. Bu səbəbdən də dayanacaqlar yararsız və lazımsız bir yerə çevrilib.

Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyi bu problemi həll edə bilmir. Taksi sürücüləri dayanacaqdan çıxarılsa da, bir neçə dəqiqədən sonra yenidən qayıdaraq köhnə yerlərində dayanırlar.

İaşə obyektləri fəaliyyətsizdir

Avtovağzaldakı ictimai iaşə obyektlərinin əksəriyyəti də fəaliyyətsizdir. Burada xidmət təklif edənlərin sayı alıcı və müştərilərdən çoxdur. Bunu yolu avtovağzala düşən hər kəs müşahidə edə bilər.

Məsələn, binadakı yeməkxana 300 nəfərlik olsa da, orada gün ərzində 50-60 nəfərin çay içib, yemək yeyir. Yer haqqı isə olduqca bahadır. Elə gün olur ki, burada çalışanlar evə çörək pulu belə apara bilmirlər.

Biletlər niyə kassada satılmır?

Qeyd edək ki, Avtovağzalın saytında biletlərin qiyməti belə göstərilib: Ağcakənd - 5.58 manat, Ağcəbədi 4.90, Ağdaş 4.24, Ağstafa 7.07, Ağsu2.45, Arabaçı 7.73, Astara 5.07, Balakən 7.06, Beyləqan 4.66, Bərdə 4.88, Biləsuvar(Cəbrayıl) 4.16, Cəlilabad 3.38, Gədəbəy 6.91, Gəncə 5.57, Goranboy 5.01, Göyçay 4.05, Göygöl 5.72, Horadiz 4.78, Kürdəmir 3.02, Lerik, 5.26, Lənkəran 4.35, Masallı 3.78, Zaqatala 6.69. Lakin birincisi, bilet alarkən heç vaxt sərnişinlərə pulun qalığı qaytarlmır. Yəni bilet satışında qəpik söhbəti yoxdur. Zaqatalaya bilet alırsansa 6.69 deyil, 7

manat ödəməlisən. Ancaq 7 manat nədir, hazırda Zaqatalaya avtobusla getmək sərnişinlərə 12 manata başa gəlir. Üstəlik əlavə baqaj pulu alınır. Və yalnız bu bahalıq Zaqatala ilə bağlı deyil. İstənilən rayona bilet almaq baha başa gəlir. Kassada bilet aldıqda bu q manat arıq olursa, bilet sürücüdən alındıqda sərnişinlər 2-5 manat artıq ödəməli olur. Bu qanunsuzluğun bir tərəfi. Digər tərəfdən, Nqliyyat Nazirliyi beynəlxalq, Avropa standartlı avtovağzaldan dəm vurur. Harada görünüb ki, kassalar olduğu halda sürücü bilüt satsın? Bəlkə Avropada belədir? Qətiyyən. Bu sadəcə Ziya müəllimin “Titanikinin özünəməxsus cəhətlərindən biridir. İllərdir ki, bu özbaşınalığa son qoyulmur.

Avtovağzala girmək də, çıxmaq da sürücülərə pulla başa gəlir. Onlar hər girib çıxanda əlavə “haqq” ödəyirlər. Undan başqa avtovağzalın ətraflına tikinti işləri geir və burada onsuz da bərbad olan vəziyyətə bu da öz təsirini göstərir. Avtovağzalda asfalt örtüyü (xüsusən, rayonlardan gələn avtobusların dayanacağında) sıradan çıxıb və yağış olduqda burada su topuğa qalxır. Avtovağzalın təmizliyinə də ciddi riayət olunmur.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı-Sumqayıt marşurutunda qiymət 2 dəfə qalxdı: 1 manat!

    Bakı-Sumqayıt marşurutunda qiymət 2 dəfə qalxdı: ...

    5-12-2014, 17:43

  • 
  • Bakı Avtovağzalında bəzi rayonlara avtobus reysləri təxirə salındı

    Bakı Avtovağzalında bəzi rayonlara avtobus ...

    12-12-2013, 12:48

  • 
  • Bakı-Sumqayıt şosesi bağlandı: qəsəbələrdə çörək qıtlığı yaranıb

    Bakı-Sumqayıt şosesi bağlandı: qəsəbələrdə çörək ...

    31-01-2014, 10:43

  • 
  • Bakı dairəvi yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub

    Bakı dairəvi yolunda nəqliyyatın hərəkəti tam ...

    5-09-2014, 10:46

  • 
  • “Formula-1” müsibəti: Bakını bu günə qoyublar – Reportaj/Video

    “Formula-1” müsibəti: Bakını bu günə qoyublar – ...

    23-04-2018, 15:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu