“Formula-1” Azərbaycan Qran-Prisi Bakıda tıxac fəlakətinə səbəb olub. Şəhərin bütün istiqamətlərində nəqliyyatın hərəkəti iflic olub. Sərnişinlər dayanacaqlarda, sürücülər yollarda qalıblar.
gundemxeber.az azeuronews.com-a istinadla xəbər verir ki, Azneft, Dənizkənarı bulvar boyunca – Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Nəticədə paytaxtda tıxac dəhşəti yaşanır. Hazırda aeroport yolunda tıxaclar var və Olimpiya stadionuna qədər uzanır. Eləcə də Z.Bünyadov prospekti, H.Əliyev prospektindən metronun “Nərimanov” stansiyasına gedən yollarda tıxaclar var.
Nəqliyyatın hərəkətindəki sıxlıq Komsomol dairəsindən Bakıxanov qəsəbəsinin içərisinə qədər gedib çıxır.
Badamdar, Yasamal, metronun “Elmlər Akademiyası” ətrafı, Tbilisi prospektində də eyni tıxac faciəsi yaşanmaqdadır.
İnsanlar iş yerlərinə vaxtında çata bilməyiblər, dayanacaqlarda marşrut gözləyənlər etirazlarını sosial şəbəkələrdə yazıblar.
Tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri, eləcə də cənuba doğru gedən sürücülər alternativ variant olaraq Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük verməyə çalışırlar. Ancaq adıçəkilən yollarda da sıxlıq, tıxac anbaan var.
Sorğu
Yeni dizaynımız necədir?