GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şamaxıda ölüm işi necə batırıldı?!.

Şamaxıda ölüm işi necə batırıldı?!.

Tarix: 16-03-2015, 18:52 Bölmə :Manşet Baxış: 0
Şamaxıda ölüm işi necə batırıldı?!.

Cinayət işləmiş şəxsin kənd icra nümayəndəsi olmağa hazırlaşdığı bildirilir

Azərbaycanda hər gün onlarla cinayət olayı baş verir. Onların arasında insan həyatının itirilməsi ilə sonuclanan cinayətlər də az deyil. Amma bu cinayətlərin bəzilərinin üstü müxtəlif səbəblərdən açılmamış qalır. Açılmamış cinayətlərinsə heç də hamısı əşyayi-dəlillərin tapılmamasından üstüörtülü qalmır, bu işlərdə bəzən cinayəti işləmiş adamların özləri və hamiləri tərəfindən aidiyyatı orqanların müxtəlif vasitələrlə “susdurulması” da ortaya çıxır. 2001-ci ildə Şamaxı rayonunun Avaxıl kəndində baş vermiş ölüm işinin ört-basdır edilməsində oluğu kimi...

Hadisə barədə redaksiyamıza 2001-ci ilin may ayının 6-da müəmmalı şəkildə dünyasını dəyişmiş Şamaxının Avaxıl kənd sakini Hacı Nafis Quliyevin qardaşı oğlu Gingiz Əfəndiyev məlumat verir. Bu yazı da məhz Çingiz Əfəndiyevin verdiyi bilgilər əsasında hazırlanıb. Təbii ki, mətbuat olaraq, yazıda adları çəkiləcək şəxslərin də mövqelərini öyrənməyə hazırıq.

Müəmmalı ölüm

Yuxarıda qeyd etdiyimiz kimi, 2001-ci ilin may ayının 6-da, saat 19 radələrində Şamaxı rayonunun Avaxıl kəndində Hacı Nafis Quliyev küçədə dünyasını dəyişib. Hadisədən evlərində xəbər tutan mərhumun qardaşı oğlu Çingiz Əfəndiyev olay yerinə gəlib. O, həmin əraziyə gələndə görüb ki, əmisi N.Quliyev şəxsi avtomobilinin qarşısında yerə uzanmış halda keçinib. Hadisə yerindəsə Avaxıl kənd icra nümayəndəsindən başqa heç kəs olmayıb. Ç.Əfəndiyev dərhal rayon Polis idarəsinə xəbər vermək istəyib. Bu zaman icra nümayəndəsi bildirib ki, artıq polisə də, prokurorluğa da məlumat verilib. Lakin nədənsə gecə saat 12-yə qədər heç bir aidiyyatı orqandan hadisə yerinə nümayəndə gəlməyib. Nəhayət, təxminən gecə saat 12-də rayon prokuroru, müstəntiq, polis işçiləri və ekspert olay yerinə gəliblər. Gələn orqan işçiləri hadisə yerinə baxış keçirmədən, olay yerinin şəklini çəkmədən meyiti “UAZ” markalı poliş maşınına qoyaraq, rayon mərkəzinə - meyitxanaya (morq) aparıblar. Amma meyitin ekspertizasını sabaha saxlayaraq, dağılışıb gediblər.

Bir də sabah günorta saatlarında ekspert Mamed Abdurazaqov o vaxtkı prokuror Kərimağa Tağıyevin, o vaxtlar müstəntiq işləyən Nəsimi Səfərovun, bir neçə polis işçisinin və mərhumun qardaşı oğlu Ç.Əfəndiyevin iştirakı ilə meyiti yarıb. Meyitin yalnız göyərmiş boğaz hissəsində laxtalanmış qan aşkar olunub ki, bu da boğaz hissəsinin möhkəm sıxılmasından xəbər verir. Meyitin şəklini çəkəndən sonra yiyəsinə təhvil veriblər.

Təbii ki, mərhumun qohumları yas mərasimi ilə məşğul olmağa başlayıblar. Yeddi mərasimindən sonra Ç.Əfəndiyev nəticəni bilmək üçün rayon prokurorluğuna yollanıb. Ona bildiriblər ki, məhkəmə-tibbi ekspertinin rəyinə görə, əmisi Nafis Quliyev infarktdan ölüb və müstəntiq Nəsimi Səfərov işə xitam verib...

Torpaqdan axan qan

Bu yerdə, mərhumun qardaşı oğlu Ç.Əfəndiyev bir neçə il əvvəl əmisi ilə Avaxıl kənd Bələdiyyəsinin sədri olmuş (hadisə baş verən vaxtlarda) Elxan Qədimov və qardaşı Aydın Qədimov arasında torpaq toqquşması olduğuna diqqət çəkir.

Təfərrüat belədir: 1967-ci ildə Kolxoz idarə heyyətinin qərarına əsasən, kolxozun torpaq ərazisindən əkib-becərmək üçün 0.80 ha sahə Nafis Quliyevin istifadəsinə verilib. Ta ki, kolxoz sistemi dağılana qədər adıkeçən sahə N.Quliyevin əkin yeri olub. Kənddə İslahat komissiyası yaradılanda da həmin ərazi bölünən pay torpaqlarının siyahısına salınmayıb. Məlum olduğu kimi, sonradan bələdiyyə qurumları yaradıldı. O zamanlar Avaxıl kənd orta məktəbinin direktoru işləyən Elxan Qədimov bələdiyyə sədri postuna yiyələnib. E.Qədimov bələdiyyə sədri olan kimi N.Quliyevin istifadəsində olan sözügedən torpaq sahəsinə iddia edib. Lakin N.Quliyev torpaqdan

əl çəkmək niyyətində olmayıb. Getdikcə mübahisə qızışıb. Belə olan halda, İslahat komissiyasının sədri Hacağa Quliyev köhnə sənədləri bir daha təsdiq edərək, bütün sənədləri Şamaxı rayon Məhkəməsinə təqdim edib (Kolxozun verdiyi sənədisə N.Quliyev özü hakim Şahlar Babayevə verib). Amma sonradan məhkəmə həmin sənədlərin itdiyini(?) bildirib...

Tərəflərin torpaq zəmnində baş verən çoxsaylı mübahisələri zamanı Qədimov qardaşları N.Quliyevi camaat arasında dəfələrlə ölümlə belə hədələyiblər. Ölüm hadisəsi baş verən gün də həmin yerdə 30-dan çox kənd sakini olub. Ç.Əfəndiyev bildirir ki, əmisinin Qədimov qardaşları ilə əlbəyaxa olmasını və boğularaq öldürülməsini də həmin adamlar görüblər. Lakin iş araşdırılmadığından, cinayət hadisəsinə laqeyd yanaşma(?) ucbatından cinayətkarlar cəzasız qalıblar.

Ç.Əfəndiyev bu barədə dəfələrlə rayonun və respublikanın aidiyyatı orqanlarına müraciət etdiyini, lakin cinayətin açılması üçün heç bir əməli addım atılmadığını söyləyir. Əmisinin məlum cinayətkarlar tərəfindən qətlə yetirildiyini israr edən Ç.Əfəndiyev, hüquq-mühafizə orqanlarının bu işə barmaqarası baxmasını başa düşmədiyini bildirir və səsinin dövlət rəhbəri səviyyəsinə çatdırılmasında mətbuatdan kömək istəyir.

P.S. Bildirildiyinə görə, Elxan Qədimov hazırda bələdiyyə işlədiyi dönəmdə qurub-yaratdığı “Qoşabulaq” restoranlar şəbəkəsinə rəhbərlik edir və rayon İH-də olan havadarlarının köməkliyi ilə Avaxıl kənd icra nümayəndəliyinə rəhbər gəlmək istəyir. Yəqin ki, yuxarıda qeyd olunan hadisənin məzmunu səlahiyyət verən dövlət qurumlarının diqqətindən qaçmaz.

Abay Əhmədli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib

    Şamaxıda piyadanın ölümü ilə nəticələnən ...

    8-12-2013, 22:45

  • 
  • Ağsu RİH-in icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşüblər -YENİLƏNİB

    Ağsu RİH-in icra nümayəndəsi və icra başçısının ...

    10-11-2017, 10:48

  • 
  • Şamaxıda xalası oğlu ilə nişanlı olan qız intihar edib

    Şamaxıda xalası oğlu ilə nişanlı olan qız intihar ...

    2-04-2018, 15:44

  • 
  • Qubada  müəmmalı ölüm

    Qubada müəmmalı ölüm ...

    5-06-2013, 02:07

  • 
  • Şamaxıda ər arvadını qohumu ilə yataqda tutdu, ağzından güllələdi

    Şamaxıda ər arvadını qohumu ilə yataqda tutdu, ...

    27-03-2019, 10:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu